Nisa Surəsi 171. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ey Kitab əhli! Dininizdə ifrata varmayın Allah barəsində yalnız həqiqəti deyin. Məryəm oğlu İsa Məsih ancaq Allahın elçisi, Onun Məryəmə göndərdiyi (“Ol!”) kəlməsi Onun tərəfindən (göndərilən) bir ruhdur. Allaha Onun elçilərinə iman gətirin və: “(İlah )üçdür!” deməyin. (Batil əqidənizə) son qoyun! (Bu) sizin üçün xeyirli olar. Həqiqətən, Allah Tək İlahdır! O, pakdır, müqəddəsdir, övladı olmaqdan uzaq-dır. Göylərdə yerdə varsa, Ona məxsusdur. Qoruyan olaraq Allah yetər.
Bünyadov-Məmmədəliyev:
Ey kitab əhli! Öz dininizdə həddi aşmayın! Allah barəsində yalnız haqqı deyin. Həqiqətən, Məryəm oğlu İsa əl-Məsih ancaq Allahın peyğəmbəri, (Cəbrail vasitəsilə) Məryəmə çatdırdığı bir söz Onun tərəfindən olan bir ruhdur. Allaha peyğəmbərlərinə iman gətirin. (Allah barəsində) “üçdür” deməyin. (Belə sözlərə) son qoyun ki, (bu) sizin üçün daha yaxşı olar. Həqiqətən, Allah tək bir tanrıdır. Övladı olmaqdan (bu bəşəri xüsusiyyətdən) kənardır. Göylərdə yerdə varsa, (hamısı) Onundur. Allahın (sizə) vəkil olması bəs edər!
Elmir Quliyev :
О люди Писания! Не проявляйте чрезмерности в вашей религии и говорите об Аллахе только правду. Мессия Иса (Иисус), сын Марьям (Марии), является посланником Аллаха, Его Словом, которое Он послал Марьям (Марии), и духом от Него. Веруйте же в Аллаха и Его посланников и не говорите: "Троица!" Прекратите, ведь так будет лучше для вас. Воистину, Аллах Единственный Бог. Он пречист и далек от того, чтобы у Него был сын. Ему принадлежит то, что на небесах, и то, что на земле. Довольно того, что Аллах является Попечителем и Хранителем!
Ələddin Sultanov:
Ey kitab əhli, dininizdə həddi aşmayın Allah barəsində haqdan başqa bir şey söyləməyin! Məryəm oğlu İsa Məsih ancaq Allahın peyğəmbəri, Məryəmə göndərdiyi sözü (“Ol” sözünün nəticəsi) Ondan bir ruhdur (Onun tərəfindən üfürülmüş bir ruhdur). Ona görə Allaha peyğəmbərlərinə iman gətirin “(Tanrı) üçdür” ­ deməyin! Öz yaxşılığınız üçün buna son qoyun! Şübhəsiz ki, Allah tək bir ilahdır. O, övladı olmaqdan uzaq pakdır. Göylərdə yerdə varsa, hamısı Ona məxsusdur. Vəkil olaraq Allah kifayətdir.
Kerbelayi Malik ağa:
Ey kitab əhli! Dininiz haqqında həddi aşmayın! Allah barəsində haqqdan (doğrudan, həqiqətdən) başqa bir şey söyləməyin. Məsih İsa Məryəmin oğludur yalnız Allahın Rəsulu Onun kəlməsidir. Onu Məryəmə göndərdi O, Özündən bir ruhdur. Elə isə Allaha Onun rəsullarına iman edin ‘Üçdür’ deməyin (ata Allah, oğul Allah Ruh'ul Qüds deyə üç Allah vardır deməyin), (bu sözlərinizdən) vaz keçin, sizin üçün xeyirlidir. Allah yalnız tək ilahdır. Onu ‘övlad sahibi olmaqdan’ tənzih edin (uzaq tutun). Göylərdə yer üzündə olanlar (hər şey) Onundur. Vəkil olaraq Allah kafidir.
Ələsgər Musayev:
Ay əhli kitab! Etməyin lağ dininizdə deməyin üzərinə Allahın, ancaq haqqı! Həqiqətən, Məsih Isa Məryə oğlu rəsuludur Allahın kəlməsidir Onun atdı onu tərəfinə Məryəmin Ruh Ondan. inanın Allah ilə rəsullarına Onun deməyin üçlüyü son qoyun - xeyirdir sizin üçün. Həqiqətən, Allah - Ilahidir Vahid O Pak - Müqəddəsidir ki, Onun övladı olsun. Onun üçündür ki, səmalarda ki, ərzdə var. kafidir Allah ilə Vəkillik!
A.Mehdiyev və D.Cəfərli:
Ey kitab əhli (ey xaçpərəstlər), öz dininizdə həddi aşmayın Allaha qarşı haqq həqiqətdən başqa bir şey deməyin («Allah allahlıqdan İsanın vücuduna çevrilmişdir» ya «Allah ruh kimi İsanın bədəninə daxil olmuşdur» deməyin). Həqiqətdə Məryəm oğlu İsa Məsih Allahın elçisi, Məryəmə təlqin etdiyi bir kəlmə («ol!» kəlməsi ilə onu Məryəmin bətnində yaradıb) Onun tərəfindən olan (və canlara həyat bəxş edən) bir ruhdur. Odur ki, Allaha Onun peyğəmbərlərinə iman gətirin «(Allah) üçlükdür (Allahın zatının cövhəri üç mövcuda ata, oğul Ruhul-Qudusa bölünüb)» deməyin. (Bu sözdən) çəkinin ki, sizin xeyrinizədir. Həqiqətən Allah tək olan tanrıdır, övladı olmaqdan pak (və uzaq)dır. Göylərdə yerdə olanlar Onun həqiqi mülküdür. Allah (varlıq aləminin işlərini) düzəltmək üçün kifayətdir.
Kövsər Tağıyev:
Ey Kitab əhli! Dininizdə həddi aşmayın Allah haqqında yalnız haqqı söyləyin. Məryəm oğlu İsa Məsih, yalnız yalnız, Allahın peyğəmbəri, Məryəmə çatdırdığı (əmri ilə onda yaratdığı) kəlməsi özündən olan bir ruhdur. Elə isə Allaha peyğəmbərlərinə iman edin, “(Allah) üçdür” deməyin. Öz yaxşılığınız üçün buna son qoyun. Allah yalnız tək bir ilahdır. O, övlad sahibi olmaqdan uzaqdır. Göylərdəki hər şey, yerdəki hər şey Onundur. Vəkil olaraq Allah yetər.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey Kitab əhli! Öz dininizdə ifrata varmayın Allah barəsində həqiqətdən başqa bir şey deməyin. Əlbəttə, Məryəm oğlu İsa Məsih Allahın peyğəmbəri, Onun Məryəmə çatdırdığı kəlamı Ondan olan bir ruhdur. Allaha Onun peyğəmbərlərinə iman gətirin deməyin ki, (tanrı) üçdür. Əl çəkin, bu sizin üçün daha yaxşı olar. Allah tək bir tanrıdır. O, övlada malik olmaqdan uzaqdır. Göylərdə yerdə varsa, Ona məxsusdur. Bir vəkil olaraq Allah kifayətdir.
Sabirə Dünyamalıyeva:
Ey Kitab Əhli! Dininizdə ifrata varmayın. Allah haqqında həqiqətdən başqa bir şey söyləməyin. Məryəm oğlu İsa Məsih, yalnız Allahın elçisi Məryəmə təlqin etdiyi/çatdırdığı sözü Öz tərəfindən bir ruhdur, vəhy vasitəsi ilə doğulmuş biridir. Artıq, Allaha elçilərinə inanın. "üçdür" deməyin. Son qoyun, sizin üçün daha yaxşı olar. Allah, ancaq tək bir məbuddur. O, övladı olmaqdan pakdır. Göylərdə olan şeylər yer üzündə olan şeylər yalnız Ona məxsusdur. "Bütün varlıqları müəyyən bir proqrama görə nizamlayan bu proqramı qoruyaraq, dəstəkləyərək tətbiq edən" olaraq Allah bəs edər.