Əraf Surəsi 176. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz istəsəydik, bunun (həmin ayələrin) sayəsində onu ucaldardıq. Lakin o, dünyaya meyl saldı öz istəyinə uydu. Onun məsəli itin məsəlinə bən-zəyir; onu qovsan da dilini çıxardıb ləhləyər, qovmasan da. Ayələrimizi yalan hesab edənlərin məsəli belədir. Bu əhvalatları (onlara) danış ki, bəlkə fikirləşələr.
Bünyadov-Məmmədəliyev:
Əgər Biz istəsəydik, onu (həmin ayələrlə) ucaldardıq. Lakin o, yerə (dünyaya) meyl edib nəfsinin istəklərinə uydu. O elə bir köpəyə bənzəyir ki, üstünə cumsan da dilini çıxardıb ləhləyər, cummasan da (Onun üçün heç bir fərqi yoxdur). Bu, ayələrimizi yalan hesab edənlər barəsində çəkilən məsəldir. (Ey Peyğəmbərim!) Bu əhvalatları (yəhudilərə) söylə ki, bəlkə, (lazımınca) düşünsünlər!
Elmir Quliyev :
Если бы Мы пожелали, то возвысили бы его посредством этого. Однако он приник к земле и стал потакать своим желаниям. Он подобен собаке: если ты прогоняешь ее, она высовывает язык, и если ты оставишь ее в покое, она тоже высовывает язык. Такова притча о тех, которые считают ложью Наши знамения. Рассказывай эти истории, быть может, они призадумаются.
Ələddin Sultanov:
Əgər Biz istəsəydik, onlarla (həmin ayələrlə) onu ucaldardıq. Lakin o, dünyaya meyil etdi öz nəfsinin arzularına uydu. Onun halı bir köpəyin halına bənzəyir; üstünə cumsan da ləhləyər, qoyub getsən ləhləyər. Bu, ayələrimizi yalanlayan qövmün halıdır. Hadisələri (onlara) nəql et ki, bəlkə, onlar düşünüb təfəkkür edərlər.
Kerbelayi Malik ağa:
Əgər diləsəydik onu onunla (ayələrimizlə) əlbəttə ucaldardıq. Lakin o, dünyaya meyl etdi həvasına (nəfsinin afətlərinə) tabe oldu. Artıq onun halı köpəyin halı kimidir, onu qovsan da ləhliyər, onu tərk etsən (öz başına buraxsan da) ləhliyər. Ayələrimizi yalanlayan qövmün halı bax belədir. Artıq bu hekayəni anlat, bəlkə onlar təfəkkür edərlər.
Ələsgər Musayev:
Əgər Biz istəsəydik onu rəfləndirərdik onunla. Lakin o, ərzə meyl etdi havayı nəfsinə tabe oldu. Bu surətdə onun məsəli it məsəli kimidir ki, əgər onu qovasan, dilini çıxardıb hürər əgər onu tərk edəsən, yenə hürər. Bu, o kəslərin məsəlidir ki, yalan saydılar ayətlərimizlə Bizi. Bu hekayələri hekayət et, ola ki, onlar fikirləşələr!
A.Mehdiyev və D.Cəfərli:
Əgər istəsəydik, həmin ayələrin vasitəsi ilə onu(n məqamını) mütləq (məcburi şəkildə) ucaldardıq. Lakin o(nu bəşəriyyətin yol seçməkdə ixtiyar sahibi olması ənənəsinə uyğun olaraq azad qoyduq o) alçaqlığa meyl edərək yerə ürək bağladı öz nəfsi istəklərinə tabe oldu. Buna görə onun hekayəti (o) susuz ya yorğun itin hekayətinə bənzəyir ki, ona hücum etsən dilini çıxarar, boşlasan da dilini çıxarar (bu şəxsi qorxutmağınla nəsihət verməyin birdir). Bu, Bizim ayələrimizi təkzib etmiş dəstənin məsəlidir. Odur ki, bu hekayəti nəql et, bəlkə düşündülər.
Kövsər Tağıyev:
İstəsəydik, o ayələrlə onu, əlbəttə, ucaldardıq. Lakin o, dünyaya bağlanıb qaldı, öz həvasına uydu. Onun halı elə bir köpəyə bənzəyir ki, üstünə getsən də, dilini çıxarıb ləhləyər, öz başına buraxsan da dilini çıxarıb ləhləyər. Bu, ayələrimizi yalan sayan qövmün halıdır. İndi onlara bu qissələri danış ki, düşünsünlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər istəsəydik Biz onu ayələrimizlə yüksəldərdik. Lakin o, yerə [dünya nemətlərinə] meyl saldı öz həva-həvəsinə uydu. Onun məsəli itin məsəlinə bənzər; onun üstünə getsən ləhləyir, onu tərk etsən ləhləyir. Bizim ayələrimizi yalan hesab edənlərin məsəli bax belədir. Belə əhvalatlar danış ki, bəlkə onlar bir fikirləşələr.
Sabirə Dünyamalıyeva:
əgər Biz istəsəydik, onu o ayələrlə ucaldardıq, amma o, alçaqlığa batıb qaldı öz istəyinə uydu. Artıq onun vəziyyəti, üstünə cumsan da dilini salladıb ləhləyən, boşlasan da dilini salladıb ləhləyən köpəyin vəziyyətinə bənzəyir. Bax bu, ayələrimizi təkzib edən qövmün halıdır. Ona görə sən, bu hekayəti yaxşı-yaxşı danış ki, onlar da yaxşı-yaxşı fikirləşsinlər.