Əlixan Musayev:
Allah pisi yaxşıdan ayırmayınca möminləri sizin olduğunuz vəziyyətdə tərk edən deyildir. Allah sizə qeybi bildirən deyildir. Lakin, Allah Öz elçilərindən istədiyini seçər. Odur ki, Allaha və Onun elçilərinə iman gətirin! Əgər iman gətirib (Allahdan) qorxsanız, sizə böyük bir mükafat verilər.
Bünyadov-Məmmədəliyev:
Allah pisi yaxşıdan (münafiqi mömindən) ayırmaq üçün möminləri sizin (indi) olduğunuz vəziyyətdə qoyan deyildir. Allah sizə qeybi də bildirən deyildir. Lakin, Allah öz peyğəmbərlərindən istədiyi şəxsi seçər (ona qeybdən bəzi şeylər bildirər). Buna görə də Allaha və Onun peyğəmbərlərinə inanın. Əgər inanıb Allahdan qorxsanız, sizi böyük bir mükafat gözləyir!
Elmir Quliyev
:
Аллах не оставит верующих в том положении, в котором вы находитесь, пока не отличит скверного от благого. Аллах не откроет вам сокровенное знание, однако Аллах избирает среди Своих посланников того, кого пожелает. Уверуйте же в Аллаха и Его посланников, ведь если вы уверуете и будете богобоязненны, то получите великую награду.
Ələddin Sultanov:
Allah pisi yaxşıdan ayırana qədər, möminləri, (indi) olduğunuz vəziyyətdə qoyası deyil. Allah sizə qeybi də bildirən deyildir. Lakin Allah, Öz peyğəmbərlərindən dilədiyi kimsəni seçər. Elə isə Allaha və Onun peyğəmbərlərinə iman gətirin! Əgər iman gətirib müttəqi olsanız, sizin üçün böyük bir mükafat vardır. (Təfsirlərdə qeyd edildiyinə görə, bu ayənin nazil olma səbəbi, kafirlərin Həzrət Peyğəmbərə (s.ə.s.): “Ey Mühəmməd! Bizdən kimin iman gətirib-gətirmədiyini bizə xəbər ver!” - demələridir.)
Kerbelayi Malik ağa:
Allah pis olanı təmiz olandan (mömin olanı mömin görünəndən) ayırana qədər möminləri sizin olduğunuz hal üzərə (mömin olanla mömin görünənin bir yerdə olduğu bir vəziyyətdə) tərk edəcək deyil. Allah sizə qeybi bildirəcək deyil. Lakin Allah rəsullarından dilədiyi kimsəni seçər (qeybi o rəsuluna bildirər). O halda Allaha və Onun rəsullarına iman edin. Əgər amənu olar və təqva sahibi olsanız, o zaman sizin üçün ‘Böyük Əcr’ vardır.
Ələsgər Musayev:
Olmadı Allah tərk edən inananları üzərində nə ki, siz
üzərindəsiniz onun, ta ayırsın xəbisi pakdan. Və olmadı Allah
agah etməsi üçün sizə üzərində qeybin və lakin Allah seçər
rəsullarından Onun kim istəsə. Və inanın Allah ilə və rəsulları
ilə Onun. Əgər inandınız və təqvalısız, sizin üçün əcr var
əzəmətli.
A.Mehdiyev və D.Cəfərli:
Allah (Peyg?mb?r? v?hy nazil etm?k v? ya muxt?lif imtahanlar vasit?sil?) x?bisi pakdan ay?rana kimi mominl?ri sizin indi oldugunuz (momininizl? munafiqinizin bir-birin? qar?sm?s oldugu) halda qoyan deyildir. V? (h?mcinin) Allah (Ozunun ?n?n?vi qanunlar?na ?sas?n) sizi qeyb sirl?rind?n (v? bir-birinizin batininizd?n) x?b?rdar ed?n deyildir. Lakin peyg?mb?rl?rind?n (onlar?n aras?ndan) ist?diyini secir (v? ona peyg?mb?rlik v?zif?sinin ehtiyac? q?d?r qeyb elmi oyr?dir). Odur ki, (q?ti v? s?rti qanunlar?n?n icras?nda) Allaha v? Onun peyg?mb?rl?rin? iman g?tirin. ?g?r iman g?tirs?niz v? t?qval? olsan?z, sizin ucun boyuk bir mukafat olacaqd?r.
Kövsər Tağıyev:
Allah pisi təmizdən ayırıncaya qədər möminləri içində olduğunuz bu vəziyyətdə buraxacaq deyil. Allah sizə qeybi bildirəcək də deyil. Lakin Allah peyğəmbərlərindən istədiyini seçər (qeybi ona bildirər). O halda Allaha və peyğəmbərlərinə iman edin. Əgər iman edər və Allaha qarşı gəlməkdən çəkinərsinizsə, sizin üçün böyük bir mükafat var.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah iman gətirənləri sizin vəziyyətinizdə qoyub tərk edən deyildir. O, axırda pisi yaxşıdan ayıracaqdır. Allah sizi qeyblə də tanış edən deyildir. Lakin Allah Öz peyğəmbərləri içərisindən istədiyi kəsi seçir, (ona qeybi bildirir). Elə isə Allaha və Onun peyğəmbərlərinə inanın! Əgər inansanız və qorxsanız, sizi böyük bir mükafat (gözləyir).
Sabirə Dünyamalıyeva:
Allah, murdar olanı təmiz olandan ayırana qədər möminləri hal-hazırda olduğunuz vəziyyətdə qoyası deyil. Allah sizləri görünməyən, eşidilməyən, hiss edilməyən, keçmiş, gələcək barəsində məlumatlandırası da deyil. Lakin Allah Öz elçilərindən istədiyini seçər. Elə isə Allaha və Elçisinə iman edin. Və əgər iman etsəniz və Allahın mühafizəsi altına daxil olsanız, bax o zaman sizin üçün çox böyük bir əvəz var.