Əlixan Musayev:
Onlar deyəcəklər: “Sən pak və müqəddəssən! Sənin əvəzinə özümüzə başqa himayədarlar götürmək bizə yaraşmaz. Lakin Sən onlara və atalarına o qədər firavanlıq nəsib etdin ki, axırda Zikri də yaddan çıxartdılar və məhvə məhkum olunmuş bir zümrəyə çevrildilər”.
Bünyadov-Məmmədəliyev:
(Bütlər) deyəcəklər: “Sən paksan, müqəddəssən! Səni qoyub (özümüzə) başqa dostlar (hamilər) qəbul etmək bizə yaraşmaz. Lakin sən onlara və atalarına o qədər nemət verdin ki, hətta (Sənin öyüd-nəsihətini, Quranı) xatırlamağı belə unutdular və (buna görə də) məhvə məhkum edilmiş bir tayfa oldular!”
Elmir Quliyev
:
Они скажут: "Пречист Ты! Не подобало нам брать покровителей и помощников вместо Тебя. Однако Ты позволил им и их отцам пользоваться благами, так что они забыли Напоминание. Они были пропащим народом".
Ələddin Sultanov:
Onlar: “Sən pak və müqəddəssən! Səndən başqa dostlar qəbul etmək bizə yaraşmaz. Lakin Sən onlara və atalarına o qədər nemət verdin ki, hətta (Səni) anmağı belə unutdular və məhv ediləsi bir qövm oldular”, - deyəcəklər.
Kerbelayi Malik ağa:
(Bütlər) dedilər ki: ‘Sən Sübhansan, Səndən başqa dost tutmağımız bizə yaraşmaz. Lakin Sən onları və onların atalarını mətalandırdın. (Bu səbəblə) belə ki, zikri unutdular və həlakı haqq edən bir qövm oldular.’
Ələsgər Musayev:
Dedilər: «Sübhansan Sən! Bizə yaraşmazdı ki, Səndən başqa özümüzə dost götürək. Lakin Sən mətahlandırdın onları və atalarını, ta onlar yad etməni unutdular və bədbəxt qoum oldular!»
A.Mehdiyev və D.Cəfərli:
Onlar deyəcəklər: «Paksan Sən (ey Allah)! Bizə Səndən qeyrisini dost götürmək yaraşmazdı (və buna haqqımız da yox idi). Lakin Sən onları və atalarını (dünya nemətlərindən) bəhrələndirdin, nəhayət Səni (və Sənin peyğəmbərlər vasitəsi ilə göndərdiyin ayələrini) unutdular və məhv olmuş bir dəstə oldular.»
Kövsər Tağıyev:
Onlar: “Biz səni nöqsanlardan uzaq tuturuq. Səni buraxıb başqa dostlar tutmaq bizə yaraşmaz. Lakin sən onlara və onların atalarına o qədər bol nemət verdin ki, axırda səni zikr etməyi unutdular və məhvə yuvarlanan bir qövm oldular”, – deyərlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar deyəcəklər “Sənə təriflər olsun! Biz özümüzə Səndən başqa himayəçilər götürməməliydik. Lakin sən onlara və atalarına elə xoş və uzun güzəran verdin ki, onlar Zikri [öyüd-nəsihəti, xəbərdarlığı] belə unutdular və məhvə məhkum adamlar oldular.”
Sabirə Dünyamalıyeva:
O saxta məbudlar dedilər ki: "Səni bütün nöqsanlıqlardan pak görürük. Sənin altındakılardan, [bir kəsə] kömək edən, yol göstərən və himayəçilik eləyən dostlar qəbul etmək bizə yaraşmaz. Amma Sən onlara və atalarına o qədər nemət verdin ki, Öyüdü/Kitabı tərk etdilər və dəyişikliyə/məhv olmağa gedən bir tayfa oldular."