Nəml Surəsi 18. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Nəhayət, onlar qarışqa vadisinə gəlib çatdıqda bir qarışqa dedi: “Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman qoşunu özləri hiss etmədən sizi tapdayıb məhv etməsinlər”.
Bünyadov-Məmmədəliyev:
Nəhayət, onlar (Taifdəki, yaxud Şamdakı) qarışqa vadisinə gəlib çatdıqda bir qarışqa (qarışqaların padşahı) dedi: “Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman ordusu özləri bilmədən sizi (ayaqları altında) basıb əzməsinlər!”
Elmir Quliyev :
Когда они прибыли в долину муравьев, муравьиха сказала: муравьи! Войдите в свои жилища, чтобы Сулейман (Соломон) и его воины не погубили вас, даже не почувствовав этого".
Ələddin Sultanov:
Nəhayət, onlar qarışqa vadisinə gəldikdə bir qarışqa belə dedi: “Ey qarışqalar, yuvalarınıza girin ki, Süleyman ordusu fərqinə varmadan sizi əzməsinlər!”
Kerbelayi Malik ağa:
Qarışqa vadisinə gəldikləri zaman bir qarışqa belə dedi: ‘Ey qarışqalar, yuvalarınıza girin! Süleyman (ə.s) onun orduları özləri bilmədən sizi əzməsin.’
Ələsgər Musayev:
Ta onda ki, yetişdilər qarışqalar vadisinin üzərinə, ana qarışqa dedi: «Ay qarışqalar! Daxil olun məskənlərinizə ki, Süleyman onun qoşunu bilmədən sizi ayaq altında əzməsin!»
A.Mehdiyev və D.Cəfərli:
Nəhayət, (onlar) «Vadin-nəmlə» (Taifdəki, ya Şamdakı qarışqa vadisinə) endikdə, bir qarışqa (hamıya elan etmək məqsədilə) dedi: «Ey qarışqalar, yuvalarınıza girin ki, Süleyman ordusu özləri bilmədən sizi əzməsinlər!».
Kövsər Tağıyev:
Nəhayət, onlar qarışqa vadisinə çatdıqları zaman bir qarışqa: “Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman onun ordusu özləri bilmədən sizi əzməsinlər”, dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar Nəmi [qarışqa] vadisinə çatanda ana qarışqa dedi: “Ey qarışqalar, Süleyman onun qoşunu hiss etmədən sizi tapdalamasın deyə öz yuvalarınıza daxil olun."
Sabirə Dünyamalıyeva:
Nəhayət, Qarışqa vadisinə gəlib çatdıqda, bir qarışqa: "Ey qarışqalar! Evlərinizə girin, Süleyman orduları bilmədən sizi qırıb məhv etməsin!" dedi.