Əhqaf Surəsi 18. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Belələri o kəslərdir ki, onlardan əvvəl gəlib-getmiş cin insanlardan ibarət olan xalqlar haqqındakı Söz onların barəsində gerçəkləşmişdir. Həqiqətən də, onlar ziyana uğrayanlardır.
Bünyadov-Məmmədəliyev:
Belələri özlərindən əvvəl gəlib getmiş insanlardan ibarət (kafir) ümmətlərlə birlikdə haqlarında əzab sözünün (hökmünün) gerçəkləşdiyi kimsələrdir. Onlar, doğrudan da, ziyana uğrayanlardır!
Elmir Quliyev :
Сбылось Слово относительно них и живших до них народов из числа джиннов и людей. Воистину, они были потерпевшими убыток.
Ələddin Sultanov:
Onlar özlərindən əvvəl gəlib-keçmiş cinlərdən insanlardan ibarət millətlər arasında haqlarında əzab sözü vacib olmuş kimsələrdir. Onlar, həqiqətən, ziyana uğrayanlardır.
Kerbelayi Malik ağa:
Onlardan əvvəl gəlib keçmiş olan cin insan toplumlarında, üzərlərinə (əzab) sözü haqq olmuşdur. Şübhəsiz ki, onlar hüsranda olanlardır.
Ələsgər Musayev:
Həmin onlar o kəslərdir ki, haqq oldu üzərində onların söz ümmətlərdə keçib gediblər onlardan qabaq cin insanlardan. Həqiqətən, onlar xəsarətdə oldular.
A.Mehdiyev və D.Cəfərli:
Belələri onlardan qabaq (olub) keçmiş insan cin tayfaları arasında barələrində Allahın sözü (kafirlərin cəhənnəmlik olmaları haqqındakı vədi) qətiləşmiş kəslərdir. Onlar doğrudan da ziyana uğramışdılar.
Kövsər Tağıyev:
Bax, onlar özlərindən əvvəl cinlərdən insanlardan gəlib-keçmiş topluluqlar içində haqlarında o sözün (əzabın) gerçəkləşdiyi kimsələrdir. Şübhəsiz, onlar ziyana uğrayanlardır.
M.Qənioğlu və T.Bilaloğlu:
Bunlar elələridir ki, özlərindən əvvəl gəlib keçmiş cin insan ümmətləri barəsindəki söz [əzab hökmü] bunlara da haqq oldu bunlar, şübhəsiz, uduzmuş oldular.
Sabirə Dünyamalıyeva:
Anası-atası ilə iman barədə qarşıdurma yaşayan, axirətə inanmayan övladlar, özlərindən əvvəl gəlib-keçmiş, bilinən-bilinməyən bütün ümmətlər içərisində, əleyhlərindəki Sözün gerçəkləşdiyi kimsələrdir. Şübhəsiz ki, onlar, həqiqətən itkiyə/ziyana məruz qalıb əzab çəkən kəslər idilər.