Məhəmməd Surəsi 18. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Məgər (kafirlər) o Saatın qəfildən onlara gəlməsindən başqa bir şeymi gözləyirlər? Artıq onun əlamətləri gəlmişdir. O (Saat) onlara gəlib yetişdiyi zaman ibrət almaları nəyə yarayar?
Bünyadov-Məmmədəliyev:
Onlar (kafirlər) ancaq o saatın (qiyamət saatının) qəfildən başlarının üstünü almasınımı gözləyirlər? Onun əlamətləri artıq gəlmişdir. (Qiyamət saatı) onlara gəlib yetişdiyi zaman ibrət almaları (peşman olub tövbə etmələri) onlara fayda verər?!
Elmir Quliyev :
Неужели они ожидают чего-либо, кроме Часа, который явится к ним внезапно? Ведь уже явились его приметы. Разве они смогут помянуть назидание, когда он явится к ним?
Ələddin Sultanov:
Onlar qiyamətin özlərinə qəflətən gəlməsinimi gözləyirlər? Artıq onun əlamətləri gəlmişdir. Qiyamət gəlib çatdığı zaman ibrət almaları onlara heç bir fayda verməyəcəkdir.
Kerbelayi Malik ağa:
Elə isə ‘o saatın’ gəlməsindən başqa bir şeymi gözləyirlər? Halbuki onun əlamətləri (işarətləri) gəlmişdir. Lakin (o saat) özlərinə gəldiyi zaman onlara xatırlatmanın faydası olar?
Ələsgər Musayev:
Onlara birdən gələcək saatdan başqa bir şeyəmi intizarları var? Fəqət, gəldi işarələri onun faydası onlar üçün, onda ki, gəldi onlara, onların yad etməsini onun?
A.Mehdiyev və D.Cəfərli:
Belə isə məgər onlar (kafirlər) Qiyamətin qəflətən onlara yetişməsindən ayrı bir şey gözləyirlər? Şübhəsiz, onun əlamətləri (insanların şəriət baxımından məsuliyyət daşımaları, boyunlarına vəzifə qoyulması, itaətkarlıq itəatsizliyin mövcudluğu, son peyğəmbərin göndərilməsi ayın möcüzə olaraq parçalanması) artıq gəlmişdir. Odur ki, (Qiyamət gəlib) onlara yetişəndə, öyüd-nəsihətləri onlara necə vaxt fayda verəcək?!
Kövsər Tağıyev:
Onlar qiyamətin özlərinə anidən gəlməsindən başqa bir şey gözləmirlər. Şübhəsiz, onun əlamətləri gəlmişdir (lakin öyüd götürmürlər). Qiyamət onlara gəlib çatdıqda öyüd götürmələri onlara fayda verəcək?
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər onlar qəflətən gələcək qiyamət günündən başqa bir şey gözləyirlər? Artıq onun əlamətləri (onlara) gəlib. O, [qiyamət günü] gələn zaman onların onu yada salmaları nələrinə yarayar?
Sabirə Dünyamalıyeva:
Onlar, qiyamətin qopma anının qəflətən gəlib-çatmasından başqa bir şeymi gözləyirlər? Şübhəsiz, o qiyamətin əlamətləri gəlmişdir. Artıq, o gəlib-çatdıqda, onların öyüd almağı özlərinə fayda verəcək!