Əlixan Musayev:
Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabahı üçün nə etdiyinə baxsın. Allahdan qorxun! Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır.
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabah üçün nə etdiyinə (axirət üçün özünə nə hazırladığına) nəzər salsın. Allahdan qorxun. Həqiqətən, Allah etdiklərinizdən xəbərdardır!
Elmir Quliyev
:
О те, которые уверовали! Бойтесь Аллаха, и пусть душа посмотрит, что она приготовила на завтрашний день. Бойтесь Аллаха, ведь Аллах ведает о том, что вы совершаете.
Ələddin Sultanov:
Ey iman gətirənlər, Allahdan qorxun! Hər kəs sabah (axirət) üçün nə hazırladığına baxsın! Allahdan qorxun! Şübhəsiz ki, Allah sizin etdiklərinizdən xəbərdardır.
Kerbelayi Malik ağa:
Ey amənu olanlar, Allaha qarşı təqva sahibi olun! Hər nəfs sabah üçün nə təqdim etdiyinə baxsın! Allaha qarşı təqva sahibi olun. Şübhəsiz ki, Allah etdiklərinizdən xəbərdardır.
Ələsgər Musayev:
Ay o
kəslər ki, inanırsınız! Qorxun Allahdan! Nəzər salsın nəfs ki,
qabaqcadan nə hazırlamışdır sabah üçün. Qorxun Allahdan,
həqiqətən, Allah Xəbirdir nə ilə ki, əməldəsiniz!
A.Mehdiyev və D.Cəfərli:
Ey iman gətirənlər, Allahdan qorxun! Hər kəs (özünün) sabah(ı) üçün qabaqcadan nə göndərdiyinə (qəlb gözü ilə) nəzər salmalıdır. Allahdan qorxun ki, Allah etdiklərinizdən xəbərdardır!
Kövsər Tağıyev:
Ey iman edənlər! Allaha qarşı gəlməkdən çəkinin və hər kəs sabah üçün əvvəlcədən nə göndərdiyinə baxsın. Allaha qarşı gəlməkdən çəkinin. Şübhəsiz, Allah etdiklərinizdən haqqı ilə xəbərdardır.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər! Allahdan qorxun. Qoy hər kəs (öz) sabahına nə hazırladığına bir baxsın. Allahdan qorxun, axı Allah nələr etdiyinizdən xəbərdardır!
Sabirə Dünyamalıyeva:
Ey inanan kəslər! Allahın mühafizəsi altına daxil olun; hər kəs sabah üçün nə hazırladığına baxsın. Və Allahın mühafizəsi altına daxil olun. Şübhəsiz ki, Allah əməllərinizdən xəbərdardır.