Əlixan Musayev:
Allahın Öz lütfündən bəxş etdiyini xərcləməyə xəsislik edənlər elə güman etməsinlər ki, bu, onların xeyrinədir. Əksinə, bu, onlar üçün pisdir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah nə etdiklərinizdən xəbərdardır.
Bünyadov-Məmmədəliyev:
Allah tərəfindən bəxş olunmuş mal-dövləti sərf etməyə xəsislik edənlər heç də bunu özləri üçün xeyirli hesab etməsinlər. Xeyr, bu onlar üçün zərərlidir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah hər bir əməlinizdən xəbərdardır!
Elmir Quliyev
:
Пусть не думают те, которые скупятся расходовать то, что Аллах даровал им по Своей милости, что поступать так лучше для них. Напротив, это хуже для них. В День воскресения их шеи будут обмотаны тем, чем они скупились. Аллаху принадлежит наследие небес и земли, и Аллах ведает о том, что вы совершаете.
Ələddin Sultanov:
Allahın, Öz lütfündən verdiyi şeylərdə xəsislik edənlər elə zənn etməsinlər ki, bu onlar üçün xeyirlidir. Əksinə, bu onlar üçün zərərlidir. Onların xəsislik etdiyi şeylər, qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allahındır. Allah etdiklərinizdən xəbərdardır. (Ayədəki “miras” kəlməsi təfsirlərdə belə izah edilmişdir: “Göylərdə və yerdə nə varsa, hamısı Allahın mülküdür. Ondan faydalanan insanlar da onu bir-birlərindən miras kimi alırlar”.)
Kerbelayi Malik ağa:
Allahın öz fəzlindən onlara verdiyi şeyləri (Allah yolunda infaq etməyib) xəsislik edənlər, əsla zənn etməsinlər ki, o, özləri üçün xeyirdir. Əksinə o, onlar üçün bir şərdir. Xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaq. Göylərin və yerin mirası Allahındır. Allah etdiyiniz şeylərdən xəbərdar olandır.
Ələsgər Musayev:
Hesab etməsin o kəslər ki, xəsislik edirlər nə
ilə əta edə onlara Allah fəzlindən Onun - o, xeyirdir onlar üçün.
Bəli, o şərdir onlar üçün. Əhatə olunacaq boyunları nə ki,
xəsislik ediblər onun ilə günü qiyamətin. Və Allah üçündür
mirası səmaların və ərzin və Allah nə ilə ki, əməldəsiniz,
Xəbirdir!
A.Mehdiyev və D.Cəfərli:
Allah?n Oz lutf v? r?hm?tind?n verdiyind? (s?mavi kitab elmi v? dunya mal?nda) x?sislik ed?n k?sl?r, bu x?sisliyin onlar?n xeyirl?rin? olmas?n? guman etm?sinl?r. ?ksin?, bu onlar ucun s?rdir. Tezlikl? x?sislik etdikl?ri sey (h?min elm v? mal?n z?ncir sur?tind?ki gerc?k t?c?ssumu) Qiyam?t gunu boyunlar?n?n boyunduruqu olacaqd?r. Goyl?rin v? yerin miras? Allaha m?xsusdur (ham? yox olacaq v? yaln?z O qalacaqd?r). Allah etdikl?rinizd?n x?b?rdard?r.
Kövsər Tağıyev:
Allahın öz lütfündən onlara verdiyi nemətlərdə xəsislik edənlər bunun özləri üçün xeyirli olduğunu sanmasınlar. Xeyr! O, özləri üçün bir şərdir. Xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaq. Göylərin və yerin mirası Allahındır. Allah etdiklərinizdən haqqı ilə xəbərdardır.
M.Qənioğlu və T.Bilaloğlu:
Allahın Öz lütfündən onlara verdiyi şeylərə xəsislik edənlər qətiyyən belə hesab etməsinlər ki, bu, onların xeyrinədir. Əksinə, bu onlar üçün pisdir. Onların xəsislik etdikləri şeylər qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur və Allah sizin nə etdiklərinizdən xəbərdardır.
Sabirə Dünyamalıyeva:
Və Allahın Öz fəzlindən verdiyi nemətlər qarşısında xəsislik edənlər, bunun özləri üçün xeyirli olduğunu zənn etməsinlər. Tamamilə əksinə, bu, onlar üçün zərərlidir. Xəsislik etdikləri şey qiyamət günündə boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası yalnız Allaha məxsusdur. Və Allah əməllərinizdən xəbərdardır.