Ali-İmran Surəsi 183. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar dedilər: “Allah bizdən əhd almışdı ki, heç bir elçiyə, odun yandıracağı bir qurban gətirməyincə inanmayaq”. De: “Məndən əvvəl sizə elçilər açıq-aydın dəlillərlə dediyiniz (qurbanla) gəlmişdilər. Əgər doğru danışanlarsınızsa, onda üçün onları öldürürdünüz?”
Bünyadov-Məmmədəliyev:
“Allah (Tövratda) bizə əmr etmişdir ki, onun yandıracağı (yeyəcəyi) bir qurban gətirməyincə heç bir peyğəmbərə inanmayaq!” deyənlərə belə cavab ver: “Məndən əvvəl sizə peyğəmbərlər açıq-aşkar möcüzələr dediklərinizi (dediyiniz qurbanları) gətirmişdilər. Əgər doğru danışırsınızsa, bəs üçün onları öldürdünüz?”
Elmir Quliyev :
Они сказали: "Аллах взял с нас обещание не верить ни одному посланнику, пока он не явится к нам с жертвой, которую будет пожирать огонь". Скажи: "До меня к вам приходили посланники с ясными знамениями и с тем, о чем вы говорите. Почему же вы убили их, если вы говорите правду?"
Ələddin Sultanov:
“Həqiqətən, Allah bizə əmr etdi ki, (göydən enən) alovun yeyəcəyi (yandırıb yox edəcəyi) bir qurban gətirməyincə heç bir peyğəmbərə inanmayaq!” deyənlərə de ki: “Məndən əvvəl sizə peyğəmbərlər açıq-aşkar möcüzələr (xüsusilə) sizin dediyinizi (möcüzəni) gətirmişdilər. Əgər doğru kimsələrsinizsə, bəs üçün onları öldürdünüz?” (Təfsirlərdə nəql edilən rəvayətlərə görə, Mədinədəki yəhudilərin müsəlman olmamaq üçün bəhanə etdikləri xüsusi möcüzə, Həzrət İsa peyğəmbərin göndərilməsidir. Bu möcüzə gəldiyi halda onlar yenə İsa peyğəmbəri inkar etmişdilər.)
Kerbelayi Malik ağa:
Onlar ‘Şübhəsiz ki, Allah ‘bizə atəşin yeyəcəyi bir qurbanı gətirənə qədər heç bir Rəsula’ iman etməməyimiz üçün bizdən əhd aldı’ dedilər. Onlara de ki: ‘Məndən öncə Rəsullar bəyyinələrlə sizin söylədiyiniz o şey ilə sizə gəlmişdilər. Əgər siz doğru söyləyənlərsinizsə, o halda onları üçün öldürdünüz.
Ələsgər Musayev:
O kəslər ki, deyirlər: «Həqiqətən, Allah bizdən əhd aldı ki, inanmayaq rəsula, ta gələ bizə qurban ilə, yeyir onu od!» De: «Əlbəttə, gəldi sizə rəsullar məndən qabaq bəyanatlarla onunla ki, deyirsiniz. üçün qətl edirdiniz onları, əgər oldunuz sadiqlər?»
A.Mehdiyev və D.Cəfərli:
H?min o k?sl?r ki, «h?qiq?t?n, Allah (s?ma kitablar?nda) biz? (q?bul ?lam?ti olaraq goyd?n g?l?n) odun yand?rd?g? bir qurbanl?q g?tirm?yinc? hec bir peyg?mb?r? ?sla iman g?tirm?m?yimizi taps?rm?sd?r» dedil?r. De: «Subh?siz, m?nd?n onc? (Z?k?riyya v? Y?hya kimi) bir s?ra peyg?mb?rl?r sizin ucun ayd?n d?lill?r v? dedikl?rinizi g?tirmisdil?r, ?g?r dogrucusunuzsa b?s onlar? n? ucun oldurdunuz?!»
Kövsər Tağıyev:
Onlar: “Allah bizə atəşin yeyəcəyi bir qurban gətirmədikcə heç bir peyğəmbərə inanmamağı əmr etdi”, dedilər. De ki: “Məndən əvvəl neçə-neçə peyğəmbərlər sizə açıq-aşkar dəlillər sizin dediyiniz şeyi gətirdi. Əgər doğru söyləyənlərsinizsə, üçün onları öldürdünüz?”
M.Qənioğlu və T.Bilaloğlu:
“Allah bizə tapşırmışdır ki, odun yeyəcəyi [yandıracağı] bir qurbanlıq gətirməyincə heç bir peyğəmbərə inanmayaq,“ - deyənlərə söylə: “Məndən əvvəl peyğəmbərlər aydın dəlilləri dediyiniz şeyi [qurbanlığı] sizə gətirmişdilər. Doğru danışansınızsa, bəs onda üçün onları öldürdünüz?"
Sabirə Dünyamalıyeva:
Allah kasıb, biz isə dövlətliyik deyənlər, "Atəşin yeyəcəyi bir qurbanı bizə gətirməyincə heç bir elçiyə iman gətirməyəcəyimiz barədə, Allah, bizə qəti surətdə əhd verdi" deyə cəfəngiyyat danışan kəslərdir. De ki: "Həqiqətən məndən əvvəl, sizə bəzi elçilər açıq-aşkar dəlillərlə sizin dediyiniz şeylə gəldilər, yaxşı, -əgər doğru kəslərsinizsə- bəs üçün onları öldürdünüz?"