Bəqərə Surəsi 184. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Müəyyən sayda olan günləri (oruc tutmalısınız.) Sizlərdən xəstə ya səfərdə olanlar başqa günlərdə eyni sayda (oruc tutmalıdırlar. )Buna taqəti olmayanlar isə (buraxdığı hər gününün əvəzinə) bir kasıbı yedirtməklə fidyə verməlidirlər. Kim könüllü olaraq yaxşılıq etsə, bu onun üçün daha xeyirli olar. Biləsiniz ki, sizə oruc tutmaq daha xeyirlidir.
Bünyadov-Məmmədəliyev:
(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyduracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir görərsə (həm oruc tutub, həm fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün qədər xeyirlidir!
Elmir Quliyev :
Поститься следует считанное количество дней. А если кто из вас болен или находится в пути, то пусть постится столько же дней в другое время. А тем, которые способны поститься с трудом, следует в искупление накормить бедняка. А если кто добровольно совершает доброе дело, то тем лучше для него. Но вам лучше поститься, если бы вы только знали!
Ələddin Sultanov:
(Oruc tutmaq) sayı müəyyən olan günlərdədir. Sizdən kim xəstə ya səfərdə olarsa, tutmadığı günlərin sayı qədər başqa günlərdə oruc tutsun! Oruc tutmağa tab gətirməkdə çətinlik çəkənlər isə bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Kim yaxşı bir görməkdə könüllü olarsa, bu onun üçün daha xeyirlidir. Ancaq oruc tutmağınız daha xeyirlidir. Kaş bunu biləydiniz!
Kerbelayi Malik ağa:
(Fərz qılınan oruc) sayılı günlərdir. Lakin sizdən kim xəstə ya səfərdə olsa, o təqdirdə (tuta bilmədiyi günlərin sayı qədər) digər günlərdə (oruc tutaraq) tamamlayar. (Qocalıqdan ya yaxşılaşması ümid edilməyən bir xəstəlik səbəbiylə) oruc tutmağa taqəti olmayanların bir yoxsulu (səhər, axşam) doyuracaq qədər bir fidyə verməsi lazımdır. Artıq kim istəyərək (könüldən) bir xeyir işləyərsə (orucunu ya fidyəni artırsa), o, özü üçün bir xeyirdir. Oruc tutmaq sizin üçün daha xeyirlidir kaş ki, bilsəydiniz.
Ələsgər Musayev:
Günlərin müddətin! kim oldu sizdən məriz, ya üzərində səfərin, müddətin günlərdən axır. Üzərində o kəslərin ki, taqətsizdirlər ona, fidyəsi təamdır miskinə. Kim könüllü tutarsa xeyirdən o xeyir onun üçündür oruc tutmağınızın xeyri sizin üçündür, əgər oldunuz bilənlər!
A.Mehdiyev və D.Cəfərli:
Bir neçə gün! Odur ki, sizdən kim xəstə yaxud səfərdə olsa, bir neçə gün (tutmadığı günlərin sayı qədər) digər günlərdə (oruc tutsun). oruc tutmağın taqətsizləşdirdiyi kəslər (qocalar, azyaşlılar ağır xəstələr oruc tutmaya bilərlər onlar) üçün (oruc tutmadığı hər günün müqabilində) bir yoxsula (bir «mudd», yəni yeddi yüz əlli qram) yemək vermək onun kəffarə əvəzidir. Kim xeyirə artırsa (və iki mudd versə) onun üçün daha yaxşıdır. Oruc tutmaq (çətin məşəqqətli olsa da), sizin üçün daha yaxşıdır, əgər bilsəniz!
Kövsər Tağıyev:
Oruc müəyyən saydakı günlərdədir. Sizdən kim xəstə ya da səfərdə olarsa, oruc tuta bilmədiyi günlərin sayı qədər başqa günlərdə tutsun. Oruc tutmağa gücü çatmayanlar isə bir yoxsulu doyuracaq qədər fidyə versin. Bununla birlikdə kimkönüllü olaraq bir yaxşılıq edərsə (məsələn, fidyəni artıq verərsə), bu, onun üçün daha xeyirli olar. Əgər bilsəniz, oruc tutmağınız sizin üçün daha xeyirlidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Bu, bir neçə günlükdür. Sizlərdən xəstə ya səfərdə olanı varsa, (orucu) eyni sayda başqa günlərdə tutmalıdır. Buna taqəti olmayanlar isə bir kasıbı yedirtməklə fidyə (əvəz) verməlidirlər. Kim könüllü olaraq daha yaxşısını edərsə, bu, onun üçün daha xeyirli olar. Bilsəydiniz, oruc tutmanız sizin üçün (necə də) xeyirlidir !
Sabirə Dünyamalıyeva:
'sayılı günlerde, o nedenle sizden her kim hasta olursa veyahut çiftçilik, ticaret, askerlik, eğitim- öğretim gibi gidiş gelişli; hareketli bir üzere olursa sayılı günler içinde hasta ve seferde olmadığı diğer günler sayısınca oruçlu olmalıdır. Oruca gücünü kaybetmiş olanlar/gücü yetenler üzerine ise bir yoksulun yiyeceği, kurtulmalık olarak borçtur. Kim de gönüllü hayır-iyilik yaparsa bu kendisi için çok hayırlıdır/yararlıdır. Ve eğer bilirseniz oruç tutmanız sizin için hayırlıdır/yararlıdır' şeklinde farz kılındığı gibi, size de farz kılındı.