Əlixan Musayev:
İnsanlara doğru yolu göstərən, bu yolun və (haqqı batildən) ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir. Sizlərdən bu aya çatan şəxslər (həmin ayı) oruc tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda (oruc tutmalıdır.) Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. O, (istəyir ki,) siz müddəti (buraxdığınız günlərin orucunu) tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız. Bəlkə şükür edəsiniz.
Bünyadov-Məmmədəliyev:
İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona (“Allahu əkbər” deməklə) təzim və şükür edəsiniz.
Elmir Quliyev
:
В месяц рамадан был ниспослан Коран — верное руководство для людей, ясные доказательства из верного руководства и различение. Тот из вас, кого застанет этот месяц, должен поститься. А если кто болен или находится в пути, то пусть постится столько же дней в другое время. Аллах желает вам облегчения и не желает вам затруднения. Он желает, чтобы вы довели до конца определенное число дней и возвеличили Аллаха за то, что Он наставил вас на прямой путь. Быть может, вы будете благодарны.
Ələddin Sultanov:
Ramazan ayı insanlara doğru yolu göstərən və içində haqqı batildən ayırmanın açıq dəlilləri olan Quranın nazil edildiyi aydır. Sizdən kim o aya (ramazan ayına) şahid olarsa, o ayı oruc tutsun! Kim xəstə və ya səfərdə olarsa, tutmadığı günlərin sayı qədər başqa günlərdə oruc tutsun! Allah sizin üçün çətinlik istəməz. O, sizin üçün asanlıq istəyər ki, (orucun) sayını tamamlayasınız, sizi doğru yola yönəltməsinə görə Allahı uca tutasınız və bəlkə şükür edəsiniz.
Kerbelayi Malik ağa:
Ramazan ayı ki, insanlar üçün hidayət edici (hidayətə çatma) və bəyyinələr (açıq dəlillər və isbat vasitələri) və Furqan (haqqı batildən ayırıcı) olaraq Quran Hüda tərəfindən onda (o ayın içində) endirildi. Artıq içinizdən kim bu aya (yetişib ramazan ayını görüb) şahid olsa, o zaman onu oruc tutaraq keçirsin. Kim xəstə və ya səfərdə olsa, o təqdirdə (tuta bilmədiyi günlərin sayı qədər) digər günlərdə (oruc tutaraq) tamamlayar. Allah sizin üçün asanlıq diləyər, çətinlik diləməz. (Sizə bu asanlıq) sayını tamamlamağınız və sizi hidayət etdiyi şeyə qarşılıq (sizin də) Allahı təkbir etməyiniz (ucaltmağınız) üçündür. Ümid edilər ki, beləcə siz (bütün bu asanlıqlara görə) şükür edərsiniz.
Ələsgər Musayev:
Şəhri görəcəkləri zaman, odur ki nazildir onda Quran -
hidayətdir insanlar üçün və bəyanatlar hidayətdən və Furqandır.
Və kim şahiddir sizdən şəhrə və gərək tutsun oruc onu. Və kim
oldu məriz, ya üzərində səfərin, müddətin günlərdən axır.
Istəyir Allah sizə asanlıq və istəməir sizə çətinlik və təkmil
üçün müddəti və böyük tutmağınız üçün Allahı üzərində
hidayətinizin, ola ki, şükr edəsiniz!
A.Mehdiyev və D.Cəfərli:
Ramazan ayı insanların bələdçisi, aşkar hidayət dəlillərinə malik və (haqq ilə batili bir-birindən) ayıran Qur’anın nazil olduğu bir aydır. Buna görə də sizdən bu ayı görən (öz vətənində olan) kəs, onu (o ayı) oruc tutmalıdır. Xəstə, yaxud səfərdə olan kəs isə başqa günlərdə bir neçə gün (oruc tutmadığı günlərin sayı qədər oruc tutmalıdır). Allah sizin üçün asanlıq istəyir, sizin üçün çətinlik istəmir. Həmçinin (istəyir ki,) müəyyən olunmuş miqdarı (otuz günü) tamamlayasınız və sizi hidayət etməsinin şükrü olaraq «təkbir» deyərək Allahı əzəmətli sayasınız, bəlkə (Onun) şükrünü yerinə yetirə bildiniz.
Kövsər Tağıyev:
(O müəyyən saydakı günlər) insanlar üçün bir hidayət, doğru yolun və haqq ilə batili bir-birindən ayırd etməyin açıq-aşkar dəlilləri olaraq Qur`anın endirildiyi Ramazan ayıdır. Elə isə sizdən kim bu aya yetişərsə, onu oruclu keçirsin. Kim də xəstə və ya səfərdə olarsa, tuta bilmədiyi günlərin sayı qədər başqa günlərdə oruc tutsun. Allah sizin üçün asanlıq istər, çətinlik istəməz. Bu da sayı tamamlamanız və hidayətə çatdırdığı üçün Allahı uca tutmanız və şükür etməniz üçündür.
M.Qənioğlu və T.Bilaloğlu:
(Ramazan ayında) insanlara düz yol göstəricisi, bu yolun haqqı batildən ayırmağın aydın dəlilləri olan Quranın nazil edildiyi aydır. Sizlərdən kim bu aya gəlib çatarsa, oruc tutmalıdır. Xəstə və ya səfərdə olanlar isə (orucu) eyni sayda başqa günlərdə tutmalıdırlar. Allah sizin işinizi yüngülləşdirmək istəyir, sizi çətinə salmaq istəmir ki, bu müddəti tamamlayasınız. Sizə düz yol göstərdiyinə görə Allahı uca tutun, bəlkə Ona şükr edəsiniz.
Sabirə Dünyamalıyeva:
Ramazân ayı ki, Kur'ân, insanlara bir kılavuz olarak ve furkândan, yol göstermeden açık seçik açıklamalar olarak kendisinde indirilmiştir. Bu nedenle sizden her kim bu aya şâhit olursa hemen onda yemeyi, içmeyi, cinsel ilişki ve konuşmayı terk etsin. Kim de hasta veya sefer; çiftçilik, ticaret, askerlik, eğitim- öğretim gibi gidiş gelişli; hareketli bir iş üzerinde ise RAMAZAN AYI içinde hasta ve seferde olmadığı diğer günler sayısınca yemeyi, içmeyi, cinsel ilişki ve konuşmayı terk etmelidir. Allah, size kolaylık diler, size zorluk dilemez. Bu kolaylık; fidyenin olmayışı, hareketli bir iş üzerinde olanlara ve hasta olanlara ruhsat verilmesi, Allah'ın koruması altına girmeniz ve sayıyı; kaç gün yemeyi, içmeyi, cinsel ilişki ve konuşmayı terk ettiyseniz bu görevi en yüksek değerde gerçekleştirmeniz, size yol gösterdiğinden dolayı Allah'ı büyüklemeniz ve Allah'ın verdiği nimetlerin karşılığını ödeyesiniz diyedir.