Bəqərə Surəsi 189. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Səndən yeni doğan aylar barəsində soruşurlar. De: “Bunlar insanlar həcc üçün vaxt ölçüləridir”. Evlərə arxa tərəfindən daxil olmağınız yaxşı əməl deyildir. Lakin yaxşı əməl (sahibi) Allahdan qorxan şəxsdir. Evlərə qapılarından daxil olun! Allahdan qorxun ki, bəlkə nicat tapasınız.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Yeni doğan aylar (hilal) barəsində səndən sual edildikdə, söylə ki, bunlar insanların istifadəsi həcc üçün vaxt ölçüləridir. Evlərinizə (Cahiliyyət dövründə olduğu kimi) arxa tərəfdən girməniz yaxşı deyildir. Yaxşı (pis əməllərdən) çəkinən kimsənin əməlidir. Evlərə qapılarından daxil olun Allahdan qorxun ki, nicat tapasınız!
Elmir Quliyev :
Они спрашивают тебя о новолуниях. Скажи: "Они определяют промежутки времени для людей и хаджа. Благочестие не в том, чтобы вы входили в дома с их задней стороны. Но благочестив тот, кто богобоязнен. Входите в дома через двери и бойтесь Аллаха, быть может, вы окажетесь преуспевшими.
Ələddin Sultanov:
Səndən yeni doğan aylar (hilallar) barəsində soruşurlar. De ki: “Onlar insanlar həcc üçün vaxt ölçüləridir”. Yaxşı əməl evlərinizə arxa tərəfdən girməyiniz deyildir. Yaxşı əməl pis işlərdən çəkinməkdir. Evlərə qapılarından daxil olun Allahdan qorxun ki, bəlkə nicat tapasınız! (Əvvəllər ərəblər həcc ziyarətindən qayıtdıqları zaman evlərinə qapıdan de­yil, evin arxasından girər bunda bir xeyir olduğunu düşünərdilər. Yuxarıdakı ayə bu batil inancın əsassız olduğunu bildirir.)
Kerbelayi Malik ağa:
Səndən hilal barəsində (ayın hilala dönən hallarından) soruşurlar. De ki: ‘O, insanlar üçün vaxtları həcc zamanını bildirən bir ‘vaxt ölçüsü’dür.’ Birr (insanı əbrar edən gözəl davranışlar) (cahiliyyət dövründə olduğu kimi) evlərə arxa tərəfdən girmək deyil. Halbuki birr insanın təqva sahibi olmasıdır. Evlərə qapılarından girin. Allaha qarşı təqva sahibi olun. Ümid edilər ki, beləcə siz fəlaha çatarsınız.
Ələsgər Musayev:
Sual edirlər sənə halallardan. De: «O, vaxtlardır insanlar üçün həcc üçün»Deyil yaxşılıq kigələsiniz evlərə zühurundan onun. Lakin yaxşılıq - kim təqvalıdır. gəlin evlərə qapılarından qorxun Allahdan, ola ki, siz nicat tapasınız!
A.Mehdiyev və D.Cəfərli:
Səndən yeni doğan aylar (və onun şəklinin para vəziyyətdən bütöv vəziyyətə kimi dəyişməsinin hikməti) barəsində soruşurlar. De: «Onlar, insanların (dünyəvi işlərinin) vaxtlarının Həccin (eləcə də, dəqiq vaxta malik digər dini əməllərin vaxtının) müəyyən edilməsi üçün vasitə (təbii təqvim)dir. Həmçinin yaxşılıq evlərə (cahiliyyət dövründə olduğu kimi) onların arxa tərəfindən daxil olmağınız deyil (cahiliyyət dövründə adət belə idi ehram geyimində olan şəxs öz evinə giriş qapısından deyil, divarın üstündən daxil olurdu) lakin yaxşılıq (günahdan) çəkinən şəxs(in əməli)dir. Evlərə onların qapısından daxil olun Allahdan qorxun, bəlkə nicat tapasınız.
Kövsər Tağıyev:
Səndən hilalları soruşurlar. De ki: “Onlar insanlar həcc üçün vaxt ölçüləridir. Yaxşılıq evlərə arxalarından girməyiniz deyildir. Ancaq yaxşı davranış təqva sahibi (Allaha qarşı gəlməkdən çəkinən) insanın davranışıdır. Evlərə qapılarından girin. Allaha qarşı gəlməkdən çəkinin ki, nicat tapasınız”.
M.Qənioğlu və T.Bilaloğlu:
Səndən hilal (yeni doğulmuş aylar) barəsində soruşanda de: "Onlar insanlar üçün həcc üçün vaxt ölçüləridir." Evlərə arxa tərəfdən daxil olmaq yaxşı deyildir. Yaxşı Allahdan qorxanın işidir. Evlərə qapılardan daxil olun ! Allahdan qorxun ki, uğura (nicata) qovuşasınız.
Sabirə Dünyamalıyeva:
Sənə təzə ay barədə sual verirlər. De ki: "Onlar, insanlar həcc/proqramlı ilahiyyat təhsilinin dövrləri üçün vaxt ölçüləridir." Evlərinizə arxa tərəflərindən daxil olmağınız/dində Allahın qanunlarından başqa qanunlar mənimsəməyiniz, "yaxşı adam" olmaq deyil. "Yaxşı adam" olmaq, Allahın mühafizəsi altına daxil olmaqdır. Elə isə, evlərinizə qapılardan daxil olun; dini, din sahibi Allahın müəyyən etdiyi çərçivədə yaşayın. müvəffəqiyyətə çatanlardan, nicat tapanlardan olmaq üçün Allahın mühafizəsi altına daxil olun.