Əlixan Musayev:
Haqqında əzab sözü gerçəkləşmiş kimsəni və Cəhənnəmdə olacaq kəsi sənmi xilas edəcəksən?
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər!) Məgər sən haqqında (lövhi-məhfuzda) əzab sözü (hökmü) vacib olmuş kimsəni (qoruya bilərsənmi)?! Məgər sən Cəhənnəmdə olanı qurtara bilərsənmi?!
Elmir Quliyev
:
Разве ты сможешь спасти того, относительно кого сбылось Слово о мучениях, кто находится в Огне?
Ələddin Sultanov:
Barəsində əzab sözü vacib olub cəhənnəmə düşəni sənmi xilas edəcəksən?
Kerbelayi Malik ağa:
Elə isə bir kimsə üzərinə əzab sözü haqq olduğu təqdirdə sən atəşdə olanı qurtara bilərsənmi?
Ələsgər Musayev:
Ə, o kəs ki, haqq oldu
üzərində onun əzab kəlməsi…? Ə, sən o kəsləri ki, oddadır,
xilas edə bilərsən?
A.Mehdiyev və D.Cəfərli:
Məgər (azğınlığına və itaətsizliyinə görə Allahın əzəli elmində və Lövhi-Məhfuzda) barəsində əzab kəlməsi gerçəkləşmiş və təsbit olmuş kəs (nicat tapacaq)? Məgər sən odda (od içərisində) olan kəsə nicat verə bilərsən?!
Kövsər Tağıyev:
Haqqında əzab sözü (hökmü) gerçəkləşənlər heç onlar kimi olarmı? Cəhənnəmlikləri sən qurtaracaqsan?
M.Qənioğlu və T.Bilaloğlu:
Haqqında əzab vədinin gerçəkləşdiyi kəsi, cəhənnəm odu içərisində olan kəsi sən xilas edə bilərsənmi?
Sabirə Dünyamalıyeva:
Yaxşı, üzərinə "əzab sözü" haqq olan kəs necə? Artıq atəşdəki o kimsəni sənmi xilas edəcəksən?