Əlixan Musayev:
Gördüyünüz göyləri dirəksiz yüksəldən, sonra da Ərşə ucalan, müəyyən vaxta qədər (göydə) hərəkət edən günəşi və ayı (əmrinə) tabe edən Allahdır. O, işləri yoluna qoyur və ayələrini (belə) izah edir ki, bəlkə Rəbbinizlə qarşılaşacağınıza yəqinliklə inanasınız.
Bünyadov-Məmmədəliyev:
Gördüyünüz göyləri dirəksiz olaraq yüksəldən, sonra ərşi yaradıb hökmü altına alan (ərş üzərində bərqərar olan), müəyyən vaxta (dünyanın axırına – qiyamətə) qədər (səmada) dolanan Günəşi və Ayı ram edən, bütün işləri yoluna qoyan, ayələri müfəssəl izah edən məhz Allahdır. (Bütün bu dəlillərdən sonra) Rəbbinizlə qarşılaşacağınıza (qiyamət günü dirilib haqq-hesab üçün hüzurunda duracağınıza), bəlkə, inanasınız!
Elmir Quliyev
:
Аллах вознес небеса без опор, которые вы могли бы увидеть, а затем вознесся на Трон (или утвердился на Троне). Он подчинил солнце и луну, и они движутся к назначенному сроку. Он управляет делами и разъясняет знамения, — быть может, вы будете убеждены во встрече со своим Господом.
Ələddin Sultanov:
Gördüyünüz göyləri dirəksiz ucaldan, sonra ərşə istiva edən (dünya və axirət işlərini nizamlayan), günəşə və aya boyun əydirən Allahdır. (Onların) hər biri müəyyən vaxta qədər dövr edir. O, işləri belə tənzimləyir. Ayələri müfəssəl izah edir ki, bəlkə Rəbbinizə qovuşacağınıza qəti şəkildə iman gətirəsiniz.
Kerbelayi Malik ağa:
Gördüyünüz səmaları dirəksiz olaraq yüksəldən Allahdır. Sonra ərşə istiva etdi (ucaldı). Günəşi və Ayı əmri altına aldı. Hamısı təyin olunmuş bir müddətə qədər hərəkət edər. İşləri idarə edər. Ayələri ayrı-ayrı açıqlayar ki, beləcə Rəbbinizə mülaki olmağa yəqinliklə inanasınız.
Ələsgər Musayev:
Allah – Odur ki, səmaları dirəksiz ucaltdı, onu görürsüz. Sonra ərşin üzərində qərar tutdu və ram etdi şəmsi və qəməri. Küllisi caridir toxunan əcəl üçün. O idarə edir əmrləri. Öz ayətlərini müfəssəl bəyan edir, ola ki, Rəbbinizin görüşünə yəqinliyiniz olsun.
A.Mehdiyev və D.Cəfərli:
Allah göyləri sizin görə bilmədiyiniz sütunlarla ucaldan, sonra isə (aləmin hökmranlıq) taxt(ın)a hakim olan və günəşi və ayı (Özünə) ram edəndir. Onların hər biri (özünün düz və dairəvi hərəkət yolunda) müəyyən bir müddətədək hərəkətdədir. (Allah varlıq aləminin) işi(ni) idarə edir, (Qur’anda, aləmlərdə və nəfslərdə olan) nişanələri müfəssəl bəyan edir ki, bəlkə siz (bu aləmdən sonra) Rəbbinizlə görüşəcəyinizə yəqinlik tapasınız.
Kövsər Tağıyev:
Allah göyləri gördüyünüz hər hansı bir dirək olmadan yüksəldən, sonra Ərş üzərində bərqərar olan, günəşi və ayı əmrinə ram edəndir. Bunların hamısı müəyyən bir vaxta qədər axıb gedir. O, hər işi (haqqı ilə) nizama qoyar, ayələri müfəssəl şəkildə açıqlayar ki, Rəbbinizə qovuşacağınıza yəqinliklə inanasınız.
M.Qənioğlu və T.Bilaloğlu:
Göyləri, gördüyünüz kimi, sütunlarsız ucaldan, sonra isə ərşdə qərar tutan, hər biri müəyyən olunmuş vaxt üzrə cövlan edən günəşi və ayı (insanların xidmətinə) tabe edən Allahdır. O, bütün işləri idarə edir və ayələri müfəssəl aydınlaşdırır ki, bəlkə Rəbbinizlə qarşılaşacağınıza tam inanasınız.
Sabirə Dünyamalıyeva:
Allah, göyləri gördüyünüz şəkildə, dirəklər olmadan yüksəldən, sonra ən böyük taxt üzərində hökmranlıq quran, günəşi və ayı ram edən/varlıqların istifadəsinə uyğun xüsusiyyətlərdə yaradandır. -Hamısı da müəyyən bir müöhlətin sonuna doğru axıb getməkdədir.- O, işi idarə edər, Rəbbinizə qovuşacağınız günə inanarsınız deyə ayələri ətraflı izah edər.