Möminun Surəsi 2. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
o kəslər ki, namazlarında mütidirlər,
Bünyadov-Məmmədəliyev:
O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən cismən yalnız Allaha) müti olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!)
Elmir Quliyev :
которые смиренны во время своих намазов,
Ələddin Sultanov:
O kəslər ki, namazlarında xüşu içindədirlər, (“Xüşu” sözünü İslam alimlərinin bir qismi “Allah qorxusu sevgisi ilə Ona təzim etmək bu hislə təvazökarlıq göstərmək” kimi izah etmişlər. Bəzilərinə görə isə, bununla yanaşı, namazda sükunət sağa-sola baxmamaq kimi əməlləri ehtiva edir.)
Kerbelayi Malik ağa:
Onlar namazlarında huşu duyanlardır.
Ələsgər Musayev:
o kəslər ki, islahatlarında çəkinəndirlər
A.Mehdiyev və D.Cəfərli:
O kəslər ki, namazlarında (həm ürəkləri, həm bədənləri ilə) itaətkardırlar.
Kövsər Tağıyev:
O möminlər ki, namazlarında dərin bir ehtiram duyarlar.
M.Qənioğlu və T.Bilaloğlu:
o kəslər ki, onlar öz namazlarında mütidirlər,
Sabirə Dünyamalıyeva:
Onlar, səlatlarında [maddi zehni baxımdan dəstək olmaq; cəmiyyəti maarifləndirmək işlərində] sadə/səmimi olan kəslərdir.