Əlixan Musayev:
Onlar dedilər: “Əgər Mərhəmətli (Allah) istəsəydi, biz onlara ibadət etməzdik!” Onların bu haqda heç bir biliyi yoxdur. Onlar ancaq yalan danışarlar.
Bünyadov-Məmmədəliyev:
Onlar dedilər: “Əgər Rəhman istəsəydi, biz onlara (mələklərə) ibadət etməzdik!” Onların (dedikləri sözün həqiqətə nə qədər uyğun olması barədə) heç bir biliyi yoxdur. Onlar ancaq yalan danışarlar.
Elmir Quliyev
:
Они сказали: "Если бы Милостивый пожелал, то мы не поклонялись бы им". У них нет об этом никакого знания, и они всего лишь лгут.
Ələddin Sultanov:
Onlar: “Əgər Rəhman istəsəydi, biz onlara ibadət etməzdik!” - dedilər. Buna dair onların heç bir məlumatı yoxdur. Onlar ancaq yalan danışırlar.
Kerbelayi Malik ağa:
(Onlar): ‘Əgər Rəhman istəsəydi, biz onlara tapınmazdıq.’ dedilər. Onların bu haqda bir elmləri (bilgiləri) yoxdur. Onlar yalnız yalan danışırlar.
Ələsgər Musayev:
Dedilər: «Əgər istəsəydi
Rəhman, ibadət etməzdik onlara!» Onların bu haqda elmi
yoxdu. Onlar ancaq yalan uydururlar!
A.Mehdiyev və D.Cəfərli:
Onlar (bütlər barəsində) dedilər: «Əgər Rəhman Allah (bizim bütlərə ibadət etməməyimizi) istəsəydi (əsla) onlara ibadət etməzdik!» Onların bu iddialarına (dair) bilikləri yoxdur, əksinə, yalnız güman edir və yalan deyirlər. (Çünki Allahın, şərik qoşmamağı məcburi etmək istəməməsi Onun həmin əmələ razı olmasına və bu işdən ixtiyari şəkildə çəkindirməməsinə dəlalət etmir. Əksinə, Allahın ayələri ixtiyari qadağanın olmasını sübut edir.)
Kövsər Tağıyev:
“Əgər Rəhman istəsəydi, biz onlara tapınmazdıq”, – dedilər. Bu haqda heç bir şey bilmirlər. Onlar sadəcə yalan danışırlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar dedilər: "Əgər Mərhəmətli [Allah] istəsəydi biz onlara [bütlərə] ibadət etməzdik!" Onlar bunu heç bir biliyə istinad etmədən (deyirlər), onlar ancaq yalan uydururlar!
Sabirə Dünyamalıyeva:
Və onlar: "Əgər Rəhman [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allah] istəsəydi, biz onlara ibadət etməzdik!" dedilər. Onların buna dair açıq-aşkar bir məlumatı yoxdur. Onlar yalnız uydururlar.