Müzzəmmil Surəsi 20. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Həqiqətən, Rəbbin bilir ki, sən səninlə olan insanların bir qismi (bəzən) gecənin üçdə ikisindən az, (bəzən) yarısını, (bəzən də) üçdə birini (ibadət üçün) durursunuz. Gecə gündüzü Allah ölçüb müəyyən­­ləşdirir. O, sizin bunları hesablamaqda çətinlik çəkəcəyinizi nəzərə alaraq, tövbələrinizi qəbul etdi. Elə isə (namaz qılarkən) Qurandan (sizə )asan gələni oxuyun! O bilir ki, bəziləriniz xəstə olacaq, digərləriniz Allahın mərhəmətindən (ruzi) əldə etmək məqsədilə müxtəlif yerlərə səfərə çıxacaq, bir qisminiz Allah yolunda vuruşacaqdır. Buna görə (namaz qılarkən) Qurandan sizə asan olanı oxuyun! Namaz qılın, zəkatınızı ödəyin Allaha gözəl bir borc verin. (Bu dünyada) qabaqcadan özünüzə hansı xeyirli əməlləri tədarük etsəniz, Allah yanında onun daha xeyirlisi ilə daha böyük mükafatla əvəz olunduğunu görəcəksiniz. Elə isə Allahdan sizi əfv etməsini istəyin! Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir!
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər!) Həqiqətən, Rəbbin bilir ki, sən (yatağından) qalxıb bəzən gecənin təqribən üçdə ikisini, bəzən yarısını, bəzən üçdə birini namaz qılırsan. Səninlə birlikdə olan bir zümrə (yaxın səhabən) belədir. Gecəni də, gündüzü ölçüb-biçən ancaq Allahdır. O sizin bunu (gecə vaxtlarını saatlarını) ölçüb saya bilməyəcəyinizi (yaxud bütün gecəni oyaq qalıb ibadət edə bilməyəcəyinizi) bildiyi üçün sizi əfv etdi (sizə rüsxət verdi). Qurandan sizə müyəssər olanı oxuyun. (Allah) bilir ki, içərinizdə xəstələr olacaq, bəziləri Allahın lütfündən ruzi axtarmaq üçün (ticarət məqsədilə) yer üzünü gəzib dolaşacaq, digərləri isə Allah yolunda vuruşacaqdır (cihada gedəcəkdir). Elə isə ondan (Qurandan) sizə müyəssər olanı oxuyun, namaz qılın, zəkat verin Allah yolunda gözəl (könül xoşluğu ilə) bir borc verin. Özünüz üçün öncə (dünyada) yaxşı görsəniz, Allah dərgahında onun daha xeyirli daha böyük mükafatı olduğunu görəcəksiniz. Allahdan bağışlanmağınızı diləyin. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!
Elmir Quliyev :
Воистину, твой Господь знает, что ты и часть тех, кто с тобой, простаиваете менее двух третей ночи, или половину ее, или треть ее. Аллах определяет меру дня и ночи. Он знает, что вам не сосчитать этого, и принимает ваши покаяния. Читайте же из Корана то, что необременительно для вас. Он знает, что среди вас будут больные, что одни странствуют по земле в поисках милости Аллаха, а другие сражаются на пути Аллаха. Читайте же из него то, что необременительно для вас, совершайте намаз, раздавайте закят и одолжите Аллаху прекрасный заем. Какое бы добро вы ни приготовили для себя заранее, вы найдете его у Аллаха в виде лучшего и большего вознаграждения. Просите же у Аллаха прощения, ведь Аллах Прощающий, Милосердный.
Ələddin Sultanov:
(Ey Peyğəmbər!) Şübhəsiz ki, Rəbbin sən səninlə birlikdə olanlardan bir zümrənin gecənin üçdə ikisinə yaxın bir qismini, (bəzən) yarısını, (bəzən də) üçdə birini ibadətə ayırdığını bilir. Gecəni gündüzü ölçüb-biçən Allahdır. O, bu vaxtları hesablaya bilməyəcəyinizi bildiyi üçün sizi bağışladı. Ona görə Qurandan sizə asan gələn yeri oxuyun! O, içinizdən xəstə olanları, eləcə Allahın lütfündən (ruzi) axtarmaq üçün yer üzündə səfər edənləri Allah yolunda vuruşanları bilir. Elə isə ondan (Qurandan) sizə asan gələn yeri oxuyun! Namazı qılın, zəkatı verin Allaha gözəl bir borc verin! Özünüz üçün (dünyada ikən) hansı xeyirli bir əməli etsəniz, Allah dərgahında onun daha xeyirli olduğunu daha böyük mükafatı olduğunu görəcəksiniz. Allahdan bağışlanmağınızı diləyin! Həqiqətən, Allah bağışlayandır, rəhmlidir.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, Rəbbin sənin səninlə birlikdə olanlardan bir topluluğun gecənin üçdə ikisindən az, (bəzən) onun yarısında (bəzən də) onun üçdə birində (Quran oxumaq, zikr etmək, təhəccüd namazı qılmaq üçün) qalxdığını bilir. Gecəni gündüzü Allah ölçüb müəyyənləşdirir, onu sizin əsla hesablaya bilməyəcəyinizi bildi. Bu səbəblə sizin tövbənizi qəbul etdi. O halda Qurandan sizə asan gələni oxuyun! Sizdən bir qisminizin xəstə olacağını, digərlərinin yer üzündə Allahın fəzlindən (ruzi) istəyərək gəzib-dolaşacaqlarını digər bir qisminin Allahın yolunda savaşacaqlarını bildi. Artıq Ondan (Qurandan) sizə asan gələni oxuyun, namazı qılın, zəkatı verin Allah üçün gözəl bir şəkildə borc verin! Nəfsiniz üçün xeyir olaraq təqdim etsəniz, onu Allahın dərgahında daha xeyirli daha böyük bir əcr olaraq taparsınız. Allahdan məğfirət diləyin! Şübhəsiz ki, Allah Ğafurdur, Rəhimdir.
Ələsgər Musayev:
Həqiqətən, Rəbbin bilir ki, sən bəzi vaxt gecənin üçdə iki qismətinə yaxın bəzi vaxt gecə yarısına kimi bəzən onun üçdən bir qismətin bir tayfa o kəslərdən ki, səninlədir, ayağa qalxaraq oyaq qalırsan. Allahdır ki, gecə gündüzü təqdir edir. O bilir ki, siz bunu nəzərə almayacaqsız qayıtdı O üzərinizə sizin. Qiraət edin Qur’andan sizə yüngül olanı. Bilir ki, olacaqdır sizdən xəstələr. axırdakılar ərzdə zərbə vururlar, axtarırlar fəzlindən Allahın axırdakılar döyüşürlər yolunda Allahın. Qiraət edin ondan sizə yüngül olanı ayağa qalxın islahat üçün əta edin zəkatı paklanmaq üçün. Borc verin Allaha yaxşı borc verməklə. ki, hazırlasanız nəfsiniz üçün xeyirdən, tapacaqsınız onu Allah yanında, o, xeyirdir əzəmətli əcrdir. Bağışlanmaq istəyin Allahdan, həqiqətən, Allah Ğəfurdur, Rəhimdir!
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, sənin Rəbbin bilir ki, sən gecənin üçdə ikisinə yaxın, (bəzən) onun yarısını, (bəzən də) onun üçdə birini (namaz ibadət üçün) durursan səninlə olan kəslərdən bir dəstə həmçinin. Gecəni gündüzü (yerin günəş ətrafında hərəkətini tənzimləməklə) ölçüyə salan Allahdır. O bilir ki, siz əsla onu (gecənin üçdə iki, yarı üçdə bir hissəsini bütün fəsillərdə dəqiqliklə) ətraflı hesablaya bilməyəcəksiniz, beləliklə sizə nəzər yetirdi (və rüsxət verdi). İndi isə, siz (gecə namazından və) Qur’andan müyəssər olanı oxuyun. O bilir ki, tezliklə sizdən bəzisi xəstələnəcək, digər bir dəstə Allahın ruzisini diləmək üçün səfərə çıxacaq başqa bir dəstə Allah yolunda vuruşacaqdır. Elə isə (gecələr) Qur’andan (sizə) müyəssər olanı oxuyun, namaz qılın, zəkat verin Allaha gözəl bir borc verin. Özünüz üçün öncədən göndərdiyiniz xeyir əməli Allah yanında daha gözəl mükafat baxımından daha böyük tapacaqsınız. Allahdan bağışlanmaq diləyin, çünki, Allah çox bağışlayan mehribandır.
Kövsər Tağıyev:
(Ey Muhamməd!) Şübhəsiz, Rəbbin sənin gecənin üçdə ikisinə yaxın qismini, yarısını üçdə birini ibadətlə keçirdiyini bilir. Səninlə birlikdə olanlardan bir dəstə belə edir. Allah gecə gündüzü nizamlayıb təqdir edər. Sizin buna (bütün gecə yaxud gecənin çox hissəsində ibadət etməyə) gücünüzün çatmayacağını bildi, sizi bağışladı (yükünüzü azaltdı). Artıq Qur`andan sizə asan gələni oxuyun. Allah aranızda xəstələrin olacağını, bəzilərinizin Allahın lütfündən ruzi axtarmaq üçün yer üzündə dolaşacağını, bəzilərinizin isə Allah yolunda vuruşacağını bilir. O halda Qur`andan sizə asan gələni oxuyun. Namazı qılın, zəkatı verin, Allaha gözəl bir borc verin. Özünüz üçün əvvəldən yaxşılıq göndərsəniz, onu Allah qatında üstün bir yaxşılıq daha böyük mükafat olaraq görərsiniz. Allahdan bağışlanma diləyin. Şübhəsiz, Allah çox bağışlayandır, çox mərhəmət edəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Həqiqətən, Rəbbin sənin səninlə olan bir dəstənin gecənin üçdə ikisi, yarısı, üçdə biri qədər durub namaz qıldığını bilir. Allah gecəni də, gündüzü ölçüb haqq-hesab edir. O bildi ki, siz bunu hesaba ala bilməzsiniz sizin tövbənizi qəbul etdi. Qurandan müyəssər olan bir şey oxuyun. Allah bilir ki, sizlərdən xəstələr olacaq. Bir qisminiz Allahın lütfündən ruzi aramaq üçün yer üzündə yol gedəcək, digər bir qisminiz Allah yolunda vuruşacaq. Qurandan müyəssər olan bir şey oxuyun namazı qılın, zəkatı verin Allaha gözəl bir borc verin, özünüz üçün qabaqcadan hansı xeyir əməli tədarük etsəniz, onu Allahın dərgahında ondan da yaxşı mükafat kimi daha böyük görərsiniz. Allahdan bağışlanmağınızı istəyin. Həqiqətən Allah bağışlayandır, Rəhmlidir.
Sabirə Dünyamalıyeva:
Heç şühbən olmasın, Rəbbin bilir ki, sən gecənin üçdə ikisindən daha azını, yarısını, üçdə birini ayaq üstündə olursan. Səninlə olanlardan bir dəstə belədir. Allah gecəni də, gündüzü ölçüyə salmışdır. Sizin bu işin öhdəsindən asanlıqla gələ bilməyəcəyinizi bildiyindən, sizin için vəzifənizi yüngülləşdirdi. Elə isə, Qurandan sizə asan gələni öyərinin-öyrədin. İçinizdə xəstələr olacağını bildi. Bildi ki, bir qisminiz Allahın fəzlindən nəsə axtarmaq üçün yer üzünü gəzib-dolaşacaq, başqa bir qisminiz isə Allah yolunda çarpışacaq. Elə isə, ondan sizə asan gələni öyrənin-öyrədin! Səlatı [maddi yaxud zehni baxımdan dəstəyi; cəmiyyəti maarifləndirmə qurumlarını] təşkil edin/davam etdirin, zəkatı verin! Allaha gözəl bir ödunc verin. Özünüz üçün qabaqcadan göndərdiyiniz yaxşılıqların Allah yanında xeyrinin çox, mükafatının böyük olduğunu görəcəksiniz. Allahdan əfv diləyin! Şübhəsiz ki, Allah çox bağışlayan, çox rəhm edəndir.