Əlixan Musayev:
Sən onlara möcüzə gətirmədiyin zaman: “Nə olardı ki, onu da (özündən) uyduraydın?”– deyərlər. De: “Mən yal-nız Rəbbimdən mənə vəhy olunanlara tabe oluram. Bunlar Rəbbinizdən gələn aşkar dəlillər, iman gətirən bir camaat üçün doğru yolu göstərən rəhbər və mərhəmətdir”.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbərim!) Sən onlara (Məkkə müşriklərinə) bir ayə gətirmədiyin zaman (sənə ayə nazil olmayanda): “Məgər sən onu öz tərəfindən uydurub düzəltməli deyildin? – deyə soruşarlar. De: “Mən ancaq Rəbbimdən mənə vəhy edilənlərə tabe oluram. Bu (Quran, vəhylər) Rəbbiniz tərəfindən (göndərilmiş) aşkar dəlillərdir, həm də iman gətirən bir tayfa üçün hidayət və mərhəmətdir.
Elmir Quliyev
:
Если ты не явишь им знамения, они скажут: "Почему ты не выбрал (не показал) его?" Скажи: "Я следую только за тем, что внушается мне в откровении от моего Господа. Это — очевидное знамение от Господа вашего, верное руководство и милость для верующих".
Ələddin Sultanov:
Onlara bir ayə gətirmədiyin zaman: “Sən onu özündən uydurmalı deyildinmi?” - deyərlər. De: “Mən ancaq Rəbbimdən mənə vəhy olunana tabe oluram. Bu Quran Rəbbiniz tərəfindən göndərilmiş dəlillərdir, iman gətirən bir qövm üçün də hidayət və mərhəmət mənbəyidir”.
Kerbelayi Malik ağa:
Onlara bir ayə gətirmədiyin zaman ‘Onu uydurub düzəltsən olmazmı?’ dedilər. De ki: ‘Rəbbimdən mənə nə vəhy olunarsa, mən ancaq ona tabe olaram.’ Bu, Rəbbinizdən bəsirətlərdir (qəlb gözlərinin görməsini təmin edəcək olan yardımlardır), hidayətə ərdirəndir və mömin olan (qəlbinə iman yazılan) bir qövm üçün rəhmətdir.
Ələsgər Musayev:
Onda ki, gəlmirsən onlara ayətlə, onlar deyirlər: «Əgər ki, sən onu seçsəydin?» De: «Həqiqətən, mən tabe oluram nə ki, vəhy olur tərəfimə Rəbbimdən. Bu, bəsarətdir Rəbbinizdən və hidayət və rəhmətdir o qoum üçün ki, inanır!»
A.Mehdiyev və D.Cəfərli:
(Vəhyin gəlməsi bir müddət təxirə düşən zaman və) onlara bir ayə və nişanə gətirməyəndə «nə üçün (özündən) bir ayə və nişanə düzəldib gətirmirsən?» deyərlər. De: «Həqiqətən mən yalnız Rəbbimdən mənə gələn vəhyə tabe oluram. Bu (Qur’an) Rəbbiniz tərəfindən ayıqlıq ёmənbələridir və iman gətirən bir dəstə üçün başdan-başa hidayət və rəhmətdir».
Kövsər Tağıyev:
(Ey Muhamməd!) Onlara (istədikləri) bir ayə gətirmədiyin zaman (istehza edərək) deyərlər ki: “Gərək onu da bir yerdən düzüb-qoşaydın”. De ki: “Mən ancaq Rəbbimdən mənə vəhy olunana tabe oluram. Bu (Qur`an ayələri) Rəbbinizdən gələn bəsirətlərdir (qəlb gözünü aydınlandıran nurlardır). İman edəcək bir topluluq üçün bir hidayət qaynağı və bir rəhmətdir”.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər onlara (istədikləri vaxtı) bir ayə gətirməsən onlar deyərlər: "Bir ayə quraşdırsana!" De: "Həqiqətən, mən yalnız öz Rəbbim tərəfindən mənə vəhy olunanların ardınca gedirəm. Bu [Quran], Rəbbinizdən aşkar dəlillərdir, iman gətirənlər üçün düz yol göstəricisi və mərhəmətdir".
Sabirə Dünyamalıyeva:
Onlara bir ayə gətirmədiyin zaman, "Nə olardı, özündən uyduraydın" deyərlər. De ki: "Mən ancaq Rəbbimdən mənə nə vhəy edilsə, ona tabe oluram." Bax bu Quran, Rəbbinizdən gələn, qəlb gözünü açacaq sözlərdir, iman gətirən bir camaat üçün bir yol göstərən və bir mərhəmətdir.