Nur Surəsi 21. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ey iman gətirənlər! Şeytanın izi ilə getməyin. Kim şeytanın izi ilə getsə, (bilsin ki,) o (şeytan) iyrənc yaramaz işlər görməyi əmr edir. Əgər Allahın sizə lütfü mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt təmizə çıxmazdı. Lakin Allah dilədiyini təmizə çıxardır. Allah Eşidəndir, Biləndir.
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! Şeytanın yolunu tutub getməyin! Kim Şeytanın getdiyi yolla getsə, o, (insanlara) çirkin, pis işlər görməyi (zina etməyi, yalan danışmağı, özgələrə böhtan atmağı) əmr edər. Əgər Allahın sizə neməti mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt (günahdan) pak olmazdı. Lakin Allah dilədiyini (günahdan) pak edər. Allah (hər şeyi) eşidəndir, biləndir!
Elmir Quliyev :
О те, которые уверовали! Не следуйте по стопам дьявола. А если кто следует по стопам дьявола, то ведь он призывает к мерзости и предосудительному. И если бы не милосердие и милость Аллаха к вам, то никто из вас никогда не очистился бы. Однако Аллах очищает того, кого пожелает. Аллах Слышащий, Знающий.
Ələddin Sultanov:
Ey iman gətirənlər! Şeytanın addımlarını izləməyin! Kim Şeytanın addımlarını izləyərsə, həqiqətən, o, çirkin işləri pisliyi əmr edər. Əgər Allahın sizə lütfü mərhəməti olmasaydı, sizdən heç kim əsla təmizlənə bilməzdi. Lakin Allah dilədiyi kimsəni təmizləyər. Allah hər şeyi eşidəndir, hər şeyi biləndir.
Kerbelayi Malik ağa:
Ey amənu olanlar şeytanın addımlarına tabe olmayın! Kim şeytanın addımlarına tabe olsa, bilin ki, şeytan çirkinliyi münkəri əmr edər. Əgər Allahın rəhməti fəzli sizin üzərinizə olmasaydı, içinizdən heç biri əbədi olaraq nəfsini təmizləyə bilməzdi. Lakin Allah dilədiyinin nəfsini təmizə çıxarar. Allah Səmi'dir (ən yaxşı eşidəndir) Alimdir.
Ələsgər Musayev:
Ay o kəslər ki, inanırsınız! Tabe olmayın şeytanın xətalı izinə! Kim tabe olarsa şeytanın xətalı izinə həqiqətən, o, əmr edər fahişəliyə inkar edilənə. Əgər olmasaydı fəzli Allahın üzərinizdə rəhməti Onun, sizlərdən biriniz əbədən pak ola bilməzdi. Lakin Allah kimi istəsə pak edər Allah Səmidir, Alimdir!
A.Mehdiyev və D.Cəfərli:
Ey iman gətirənlər, Şeytanın addımlarına tabe olmayın. Kim Şeytanın addımlarına tabe olsa, şübhəsiz, o, pis çirkin işə əmr edir. Əgər Allahın sizə lütf mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt (pis əqidə, əxlaq əməldən) pak olmazdı. Lakin istədiyini (kamillik mərhələlərində) paklaşdıran Allahdır. Allah (hər şeyi) eşidən biləndir.
Kövsər Tağıyev:
Ey iman edənlər! Şeytanın addımlarına uymayın. Kim şeytanın addımlarına uysa, bilsin ki, o, əxlaqsızlığı çirkinliyi əmr edir. Əgər Allahın sizə lütfü mərhəməti olmasaydı, sizdən heç kim əsla təmizə çıxa bilməzdi. Lakin Allah istədiyini təmizə çıxarar. Allah haqqı ilə eşidəndir, haqqı ilə biləndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər! Şeytanın izləri [yolu] ilə getməyin! Kim şeytanın izləri ilə gedərsə, o, çirkin xoşagəlməz işlər görməyi əmr edər. Əgər sizə Allahın lütfü mərhəməti olmasaydı, sizlərdən bir nəfər belə heç vaxt pak olmazdı. Lakin Allah istədiyi kəsi pak edir. Allah hər şeyi eşidəndir, biləndir.
Sabirə Dünyamalıyeva:
Ey iman etmiş kəslər! Şeytanın izindən getməyin. kim şeytanın izindən getsə, bunu bilsin ki, o, həddini aşmağı, iffətsizlik etməyi bütün çirkin işləri əmr edər. əgər Allahın sizə lütfü mərhəməti olmasaydı, sizdən heç bir kimsə əbədiyyən təmizə çıxmazdı. Lakin Allah istədiyini təmizə çıxardır. Allah, ən yaxşı eşidəndir, ən yaxşı biləndir.