Əlixan Musayev:
itaət etsinlər və xoş söz söyləsinlər. (Cihada) qəti əmr verildiyi zaman Allaha sadiq qalsaydılar, əlbəttə ki, onlar üçün daha yaxşı olardı.
Bünyadov-Məmmədəliyev:
İtaət etmək və gözəl bir söz demək (sənin əmrini dinməz-söyləməz yerinə yetirmək). İş qətiləşdiyi (onlara cihad vacib olduğu) zaman Allaha (verdikləri vədə) sadiq olsaydılar, sözsüz ki, onlar üçün daha yaxşı olardı!
Elmir Quliyev
:
повиноваться и говорить слово доброе. Если же дело решено, то для них лучше быть верными Аллаху.
Ələddin Sultanov:
Onların vəzifəsi itaət etmək və gözəl söz söyləməkdir. (Cihad barəsindəki) iş qətiləşdikdə Allaha (verdikləri sözə) sadiq qalsaydılar, şübhəsiz ki, onlar üçün daha yaxşı olardı.
Kerbelayi Malik ağa:
İtaət etsinlər və maruf söz söyləsinlər. Lakin bir əmr qətiləşdiyi zaman Allaha sadiq olsaydılar, şübhəsiz ki, onlar üçün daha xeyirli olardı.
Ələsgər Musayev:
itaət etmək və mərifətli söz! Onda ki, əmr möhkəm həll
olundu, əgər onlar sadiq olsaydılar Allaha, xeyirli olardı onlar
üçün.
A.Mehdiyev və D.Cəfərli:
İtaətkarlıq və gözəl söz onlar üçün daha yaxşıdır. İş (müharibə) ciddiləşən zaman əgər Allaha sadiq olsalar (könüllü şəkildə cihada getsələr, bu) əlbəttə, onlar üçün daha yaxşı olar.
Kövsər Tağıyev:
İtaət və gözəl bir söz onlar üçün daha xeyirlidir. İş ciddiləşdikdə Allaha verdikləri sözə bağlı qalsaydılar, əlbəttə, onlar üçün daha yaxşı olardı.
M.Qənioğlu və T.Bilaloğlu:
itaət etsinlər və xoş söz (desinlər), əgər (döyüş) əmri qəti olarsa, onda Allaha sadiq qalsalar, onlar üçün daha yaxşı olar!
Sabirə Dünyamalıyeva:
Artıq, itaət və adət-ənənəyə uyğun/hər kəs tərəfindən yaxşı olduğu qəbul edilən söz onlara daha yaxındır. Sonra iş qətiləşdikdə Allaha sədaqət göstərsəydilər, həqiqətən özləri üçün daha xeyirli olardı.