Əlixan Musayev:
Rəbbiniz tərəfindən bağışlanmağa və genişliyi göyün və yerin genişliyi qədər olan, Allaha və Onun elçilərinə iman gətirənlər üçün hazırlanmış Cənnətə tələsin. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah böyük lütf sahibidir.
Bünyadov-Məmmədəliyev:
(Ey insanlar!) Rəbbiniz tərəfindən bağışlanmağa və genişliyi yerlə göyün genişliyi qədər olan, Allaha və Onun peyğəmbərlərinə iman gətirənlərdən ötrü hazırlanmış Cənnətə nail olmaq üçün (yaxşı əməllər etməkdə) bir-birinizi ötüb keçməyə çalışın. Bu, Allahın dilədiyi kimsəyə əta etdiyi lütfdür (mərhəmətdir). Allah çox böyük lütf (mərhəmət) sahibidir!
Elmir Quliyev
:
Стремитесь же к прощению от вашего Господа и Раю, ширина которого подобна ширине неба и земли. Он уготован для тех, которые уверовали в Аллаха и Его посланников. Такова милость Аллаха, которую Он дарует тем, кому пожелает. Аллах обладает великой милостью.
Ələddin Sultanov:
Həm Rəbbinizin məğfirəti, həm də Allaha və Onun peyğəmbərlərinə iman gətirənlər üçün hazırlanan və genişliyi yerlə göy arası qədər olan cənnət üçün yarışın! Bu, Allahın istədiyi kimsəyə verdiyi lütfüdür. Allah böyük lütf sahibidir.
Kerbelayi Malik ağa:
Rəbbinizdən məğfirətə və genişliyi yer üzü və səmanın genişliyi qədər olan, Allaha və Onun Rəsuluna inananlar üçün hazırlanmış olan cənnət üçün yarışın. Bu, Allahın fəzlidir. Onu dilədiyinə verər. Allah böyük fəzl sahibidir.
Ələsgər Musayev:
Qabaqlayın bir-birinizi bağışlanmaqda
Rəbbinizdən və cənnətə – ərazisi hansı ki, səmanın və ərzin
ərazisi kimidir – hazırlanıb o kəslər üçün ki, inandılar Allah ilə
və rəsulları ilə Onun. Bu, fəzlidir Allahın, əta edir onu kimə
istəsə. Allah əzəmətli fəzl sahibidir!
A.Mehdiyev və D.Cəfərli:
(Yaxşı əməllər vasitəsi ilə) Rəbbiniz tərəfindən olan bağışlanmaya və vüsəti göylə yerin eni kimi olan və Allaha, peyğəmbərlərə iman gətirənlər üçün hazırlanmış Cənnətə tərəf (tələsərək) bir-birinizlə ötüşün. Bu, Allahın istədiyi kəsə verdiyi lütf və mərhəmətdir. Allah böyük lütf, mərhəmət sahibidir.
Kövsər Tağıyev:
Rəbbinizdən bir bağışlanmaya və eni göylə yerin genişliyi qədər olan, Allaha və Rəsuluna inananlar üçün hazırlanan cənnətə yarışarcasına tələsin. Bax bu, Allahın lütfüdür. Onu istədiyinə verər. Allah böyük lütf sahibidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Rəbbinizdən bağışlanma almağa, genişliyi səma ilə yerin genişliyi qədər olan, Allaha və Onun peyğəmbərlərinə iman gətirənlər üçün hazırlanmış cənnətə tələsin! Bu, Allahın istədiyi kəsə bir lütfüdür. Axı Allah böyük lütf sahibidir!
Sabirə Dünyamalıyeva:
Rəbbiniz tərəfindən bağışlanma, Allaha və elçilərinə iman gətirənlər üçün hazırlanmış, genişliyi göylə yerin genişliyi kimi olan cənnət üçün yarışın. Bax bu, Allahın, istədiyinə verdiyi hədiyyədir. Onu dilədiyinə verər. Və Allah, böyük lütf sahibidir.