İbrahim Surəsi 22. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
İş bitdikdə şeytan deyəcək: “Həqiqətən də, Allah sizə gerçək vəd vermişdi. Mən sizə vəd vermişdim, lakin (vədimə) xilaf çıxdım. Mənim sizin üstünüzdə heç bir hökmranlığım yox idi. Mən sizi (azğınlığa) dəvət etdim, siz (dəvətimi) qəbul etdiniz. Buna görə məni yox, özünüzü qınayın. mən sizin köməyinizə çata bilərəm, siz mənim köməyimə çata bilərsiniz. Heç şübhəsiz ki, mən əvvəllər sizin məni (Allaha) şərik qoşmağınızı rədd etmişdim”. Həqiqətən, zalımlar üçün üzücü bir əzab hazırlanmışdır.
Bünyadov-Məmmədəliyev:
İş bitdikdə (cənnətliklər Cənnətə, cəhənnəmliklər Cəhənnəmə daxil olduqda) Şeytan (onu məzəmmət edən kafirlərə) belə deyəcək: “Allah (peyğəmbərlər vasitəsilə) sizə (pis əməllərinizə görə Cəhənnəmə düşəcəyiniz barədə) doğru vəd vermişdi. Mən sizə (kömək edəcəyim haqda) vəd vermişdim, amma sonra vədimə xilaf çıxdım. Əslində mənim sizin üzərinizdə heç bir hökmüm (sizi özümə tabe edə biləcək heç bir qüdrətim) yox idi. Lakin mən sizi (günah işlətməyə, Allaha asi olmağa) çağırdım, siz mənə uydunuz. İndi məni yox, özünüzü qınayın. mən sizin dadınıza çata bilərəm, siz mənim dadıma. Mən öncə (dünyada) sizin məni (Allaha) şərik qoşmağınızı da inkar etmişdim (qəbul etməmişdim). Həqiqətən, zalımları şiddətli bir əzab gözləyir!
Elmir Quliyev :
Когда дело свершится, дьявол скажет: "Воистину, обещание Аллаха было правдиво, а я обещал вам, но не сдержал данного вам слова. У меня не было над вами никакой власти. Я звал вас, и вы послушались меня. Посему не порицайте меня, а порицайте самих себя. Я не могу помочь вам, а вы не можете помочь мне. Я не причастен к тому, что ранее вы приобщили меня к Аллаху". Воистину, беззаконникам уготованы мучительные страдания.
Ələddin Sultanov:
(Haqq-hesab çəkilib) bitdiyi zaman şeytan (kafirlərə) deyəcəkdir: “Həqiqətən, Allah sizə haqq olanı vəd vermişdi. Mən sizə vəd vermişdim, ancaq vədimə xilaf çıxdım. Onsuzda mənim sizə qarşı bir gücüm yoxdu. Mən sadəcə olaraq sizi (küfrə) dəvət etdim, siz dəvətimi qəbul etdiniz. Ona görə məni qınamayın, özünüzü qınayın! mən sizi xilas edə bilərəm, siz məni xilas edə bilərsiniz. Şübhəsiz ki, mən əvvəllər sizin məni (Allaha) şərik qoşmağınızı inkar etmişdim”. Həqiqətən, zalımlar üçün acı bir əzab vardır.
Kerbelayi Malik ağa:
Şeytan əmr yerinə yetirildiyi zaman belə dedi: ‘Şübhəsiz ki, Allah sizə ‘haqq olan vədini’ vəd etdi. Mən sizə vəd etdim. Lakin mən vədimdən döndüm mən sizin üzərinizdə bir gücə (sultanlığa, hökmranlığa) sahib deyiləm. Yalnız sizi dəvət etdim. Beləcə siz mənə uydunuz. Artıq məni qınamayın! Özünüzü qınayın! Mən sizin yardımçınız deyiləm. Siz mənim yardımçım deyilsiniz. Həqiqətən mən sizin məni şərik qoşmağınızı daha əvvəl inkar etmişdim. Şübhəsiz ki, zalımlara acılı-ağrılı əzab vardır.’
Ələsgər Musayev:
Elə ki, işlər tamam oldu, şeytan deyər: «Həqiqətən, Allah sizə haqq vəd verdi mən vəd verdim mən sizə qarşı vədimə xilaf çıxdım. Mənim sizin üzərinizdə heç bir hökmüm olmadı, ancaq ki, sizi dəvət etdim siz mənə cavab verdiniz. Məni məlamət etməyin, özünüzü məlamət edin. Mən sizə kömək etmirəm siz mənə kömək etməyəcəksiniz. Bundan qabaq məni şərik etdiklərinizədə kafirəm». Həqiqətən, zalimlər üçün ələmli əzab var!
A.Mehdiyev və D.Cəfərli:
(Qiyamət günü) tamam olduqda(n cəhənnəmliklər öz yerlərini tutduqdan sonra böyük) Şeytan (və birinci İblis bütün cəhənnəm əhlinə xitab edərək) deyər: «Həqiqətən, Allah sizə haqq vəd verdi (onların hamısı gerçəkləşdi). mən sizə vəd verdim vədimə xilaf çıxdım (heç biri həyata keçmədi). Mənim (dünyada) sizin üzərinizdə, sizi dəvət etməkdən başqa heç bir hökmranlığım yox idi siz (də) mənim dəvətimi qəbul etdiniz. Odur ki, məni məzəmmət etməyin, özünüzü məzəmmət edin. İndi mən sizin dadınıza yetişənəm (də) siz mənim dadıma yetişənsiniz. Mən bundan qabaq məni itaətdə Allaha şərik qoşmağınıza kafirəm. Həqiqətən, zalımlar üçün ağrılı bir əzab vardır.»
Kövsər Tağıyev:
İş bitirildikdə şeytan da deyəcək ki: “Şübhəsiz, Allah sizə haqq olanı vəd etdi. Məndə sizə vəd verdim, amma sizə verdiyim vədə xilaf çıxdım. Əslində mənim sizi məcbur edəcək bir gücüm yox idi. Mən sadəcə sizi çağırdım, siz mənə uydunuz. Elə isə məni qınamayın, özünüzü qınayın. Artıq mən sizi xilas edə bilmərəm, siz məni xilas edə bilməzsiniz. Şübhəsiz, mən daha əvvəl sizin məni Allaha şərik qoşmağınızı qəbul etməmişdim. Şübhəsiz, zalımlar üçün ağrılı-acılı bir əzab var”.
M.Qənioğlu və T.Bilaloğlu:
Artıq bitmiş olan zaman şeytan deyər: "Doğrudan da Allah sizə haqq [düzünü] vəd etmişdi. Mən sizə vəd vermişdim, lakin sizin üçün mən vədə xilaf çıxdım. Axı mən sizin üzərinizdə heç bir hökm sahibi deyildim. Mən sizi ancaq dəvət etdim, siz səsimə səs verdiniz. Siz məni qınamayın, özünüzü qınayın. mən sizə bir yardım edə bilərəm, siz mənə. Mən sizin vaxtilə məni (Allaha) şərik qoşmanızı rədd edirəm". Həqiqətən, haqsızlara üzücü bir əzab olacaqdır.
Sabirə Dünyamalıyeva:
bitincə şeytan [İblis/zehin qabiliyyəti] onlara, "Şübhəsiz ki, Allah sizə gerçək vədi vəd etdi, mən sizə vəd etdim, dərhal xilaf çıxdım. Onsuz da mənim sizə qarşı heç bir məcburedici qüvvəm yox idi. Ancaq mən sizi çağırdım, siz mənə cavab verdiniz. O səbəblə məni qınamayın, öz-özünüzü qınayın! Mən sizin dadınıza çata bilərəm, siz mənim xilaskarım deyilsiniz! Şübhəsiz ki, mən əvvəlcədən məni Allaha şərik qoşmağınızı da qəbul etməmişdim" dedi. -Şübhəsiz, şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyənlər üçün ağrılı bir əzab var!