Fatir Surəsi 22. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Dirilərlə ölülər eyni deyillər. Şübhəsiz ki, Allah istədiyinə (haqqı) eşitdirir. Sən isə qəbirlərdə olanlara eşitdirə bilməzsən.
Bünyadov-Məmmədəliyev:
Dirilərlə ölülər eyni deyillər! (Bütün bunlar kimi kafirlə mömin, küfrlə iman, Cəhənnəmlə Cənnət, batillə haqq da eyni olmazlar!) Şübhəsiz ki, Allah dilədiyinə (ayələrini) eşitdirər. Sən isə (ya Peyğəmbər!) qəbirlərdə olanlara (haqqı) eşitdirən deyilsən!
Elmir Quliyev :
Не равны живые и мертвые. Воистину, Аллах дарует слух тому, кому пожелает, и ты не можешь заставить слышать тех, кто в могиле.
Ələddin Sultanov:
Dirilərlə ölülər eyni deyillər. Şübhəsiz ki, Allah istədiyi kimsəyə (haqqı) eşitdirər. Ancaq sən qəbirlərdə olanlara (haqqı) eşitdirə bilməzsən! (Bu ayədə kafirlər müşriklər qəbirlərdəki ölülərə bənzədilmişlər. Çünki qəbirdəkilər heç bir şey eşitmədiyi kimi, kafir müşriklər haqqı dinləmir eşitmək istəmirlər.)
Kerbelayi Malik ağa:
Hayy (diri) olanlar ölülər eyni deyildir. Şübhəsiz ki, Allah dilədiyinə eşitdirər. Sən qəbirlərdə olanlara eşitdirə bilməzsən.
Ələsgər Musayev:
Bərabər deyil dirilərlə ölülər. Həqiqətən, Allah eşitdirir kimə istəsə sən eşitdirə bilməzsən kim ki, qəbirdədir.
A.Mehdiyev və D.Cəfərli:
(iman əhli olan beyin qəlb) dirilər(i) ilə (küfr cəhalət əhli olan fikir qəlb) ölülər(i) eyni deyillər! Şübhəsiz, Allah istədiyi kəsə (dinin dəvətini qəbul etdikdən sonra dini insani təkamül yollarını) eşitdirər. Sən isə əsla qəbir əhlini eşitdirə bilməzsən.
Kövsər Tağıyev:
Dirilər ilə ölülər bir olmaz. Allah istədiyinə eşitdirər. Sən qəbirdə olanlara eşitdirə bilməzsən.
M.Qənioğlu və T.Bilaloğlu:
Dirilər ölülərlə eyni deyildirlər. Allah istədiyi kəslərə eşitdirir. Sən isə qəbirdəkilərə eşitdirə bilməzsən,
Sabirə Dünyamalıyeva:
Ölülər dirilər bərabər olmaz. Şübhəsiz ki, Allah dilədiyi/diləyən hər kəsə eşitdirər. Sən isə qəbirlərdəki kəslərə eşitdirən deyilsən.