Bəqərə Surəsi 221. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Müşrik qadınlar iman gətirməyincə onlarla evlənməyin. Əlbəttə, iman gətirmiş bir kəniz, sizi heyran edən müşrik bir qadından daha xeyirlidir. Müşrik kişilər iman gətirməyincə (mömin qadınları) onlara ərə verməyin. Əlbəttə, iman gətirmiş bir kölə, sizi heyran edən müşrik bir kişidən daha xeyirlidir. Onlar Oda çağırırlar. Allah isə Öz izni ilə Cənnətə bağışlanmağa dəvət edir. O, Öz ayələrini insanlara bəyan edir ki, bəlkə, düşünüb ibrət alsınlar.
Bünyadov-Məmmədəliyev:
Allaha şərik qərar verən (Onu inkar edən) qadınlar imana gəlməyincə onlarla evlənməyin! Əlbəttə, Allaha iman gətirmiş bir cariyə, gözəlliyinə heyran olduğunuz bir müşrik bir qadından daha yaxşıdır. Həmçinin müşrik kişilər Allaha iman gətirməyənə qədər mömin qadınları (onlara) arvadlığa verməyin! Əlbəttə, Allaha iman gətirən bir kölə camalına məftun olduğunuz müşrik bir kişidən daha xeyirlidir. Onlar (müşrik qadınlar kişilər) sizi Cəhənnəmə çağırdıqları halda, Allah sizi Öz izni ilə Cənnətə, məğfirətə (bağışlanmağa) çağırır yaxşı düşünüb ibrət almaları üçün insanlara hökmlərini aydınlaşdırır.
Elmir Quliyev :
Не женитесь на язычницах, пока они не уверуют. Безусловно, верующая невольница лучше язычницы, даже если она понравилась вам. Не выдавайте мусульманок замуж за язычников, пока они не уверуют. Безусловно, верующий невольник лучше язычника, даже если он понравился вам. Они зовут к Огню, а Аллах зовет к Раю и прощению со Своего соизволения. Он разъясняет людям Свои знамения, быть может, они помянут назидание.
Ələddin Sultanov:
İman gətirməyincə müşrik qadınlarla evlənməyin! Müşrik bir qadın xoşunuza gəlsə belə, mömin bir kəniz ondan daha yaxşıdır. Müşrik kişilərə də, iman gətirənə qədər (mömin qadınları) ərə verməyin! Müşrik bir kişi xoşunuza gəlsə belə, mömin bir kölə ondan daha yaxşıdır. Onlar (müşrik qadın kişilər) cəhənnəmə çağırırlar. Allah isə Öz izni ilə cənnətə, məğfirətə çağırır insanlar üçün ayələrini bəyan edir ki, bəlkə, düşünüb ibrət alalar.
Kerbelayi Malik ağa:
Müşrik (Allaha şərik qoşan) qadınlar mömin olana qədər onlarla evlənməyin. Mömin bir cariyə müşrik (hür, azad) bir qadından, əlbəttə daha xeyirlidir, (müşrik qadın) xoşunuza gəlsə belə. (Qadınlarınızı da) müşrik kişilərlə (onlar) mömin olana qədər evləndirməyin. Mömin bir kölə müşrik (hür, azad) birindən (müşrik kişidən) xoşunuza gəlsə belə, əlbəttə daha xeyirlidir. Onlar sizi atəşə dəvət edərlər. Allah isə öz izni ilə sizi cənnətə məğfirətə dəvət edir insanlara ayələrini açıqlayır. Ümid edilir ki, onlar beləcə təzəkkür edərlər.
Ələsgər Musayev:
Nigah etməyin müşrikələrlə, ta inanalar! əlinizdəki inanan xeyirlidir müşrikədən əgər təəccübləndirə sizi nigah etməyin müşriklərlə, ta inanalar inanan bəndə xeyirlidir müşrikdən əgər təəccübləndirə siziHəmin onlar dəvət edirlər tərəfinə odun Allah dəvət edir tərəfinə cənnətin məğfirətinizni ilə Onun bəyan edir ayətlərini insanlar üçün, ola ki, onlar yad etsinlər.
A.Mehdiyev və D.Cəfərli:
Müşrik qadınlarla, iman gətirməyincə evlənməyin. Əlbəttə ki, möminə bir kəniz azad müşrik bir qadından - hətta o(nun camalı malı) sizin xoşunuza gəlsə belə - daha yaxşıdır. Həmçinin müşrik kişilərə iman gətirməyincə arvad verməyin. Əlbəttə ki, mömin bir qul azad müşrik bir kişidən - hətta o(nun malı məqamı) sizin xoşunuza gəlsə belə - daha yaxşıdır. Onlar (müşrik kişi arvad ər-arvadlılıq müddəti boyunca küfr mənəvi pozğunluq baxımından öz həyat yoldaşlarına təsir edir nəticədə onları) oda tərəf dəvət edirlər. Allah Öz yardımı ilə Cənnətə bağışlanmağa doğru dəvət edir Öz ayələrini insanlara açıqlayır ki, bəlkə (düşünüb) anladılar.
Kövsər Tağıyev:
İman etmədikləri müddətcə Allaha şərik qoşan qadınlarla evlənməyin. Allaha şərik qoşan qadın xoşunuza gəlsə də, mömin bir cariyə Allaha şərik qoşan bir qadından daha xeyirlidir. İman etmədikləri müddətcə qadınlarınızı Allaha şərik qoşan kişilərlə evləndirməyin. Allaha şərik qoşan azad kişi xoşunuza gəlsə də, iman edən bir kölə Allaha şərik qoşan bir kişidən daha xeyirlidir. Onlar cəhənnəm oduna çağırırlar, Allah isə izni ilə cənnətə bağışlanmağa çağırır. O, insanlara ayələrini açıqlayır ki, öyüd götürüb düşünsünlər.
M.Qənioğlu və T.Bilaloğlu:
İman gətirməyincə müşrik qadınlarla evlənməyin, iman gətirmiş qul qadın xoşunuza gəlmiş müşrik qadından daha yaxşıdır. İman gətirməyincə müşrik kişilərə (qız) ərə verməyin. İman gətirmiş kölə kişi xoşunuza gəlmiş müşrik kişidən daha yaxşıdır. Onlar (insanları) cəhənnəm oduna çağırırlar, Allah isə öz İzni İlə cənnətə bağışlanmaya dəvət edir. O, Öz ayələrini insanlara aydınlaşdırır ki, bəlkə düşünüb daşınalar.
Sabirə Dünyamalıyeva:
şərik qoşan qadınlarla, iman gətirməyənə qədər nikah kəsməyin. İman edən, kafirlərin himayəsindəki bir qul qadın, -sizin çox xoşunuza gəlsə belə- şərik qoşan bir qadından daha xeyirlidir. Şərik qoşan kişilərlə iman gətirməyincə nikah kəsməyin. İman etmiş bir qul kişi, -sizin çox xoşunuza gəlsə belə-şərik qoşan bir kişidən daha xeyirlidir. Şərik qoşanlar atəşə çağırırlar, Allah isə Öz elmi ilə cənnətə bağışlanmağa dəvət edir. O, ibrət alıb düşünsünlər deyə insanlara ayələrini aydınlaşdırır.