Bəqərə Surəsi 229. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Boşanma iki dəfə (olar). Bundan sonra (qadını şəriətə) müvafiq qayda üzrə saxlamaq, yaxud xoşluqla buraxmaq gərəkdir. Onlara verdiklərinizdən bir şey götürmək sizə halal olmaz. Yalnız hər ikisinin Allahın hədlərini yerinə yetirməyəcəklərindən qorxması istisnadır. Əgər siz onların Allahın hədlərini yerinə yetirməyəcəklərindən qorxsanız, qadının (boşanmaq üçün) bir şey əvəz verməsində ikisinə heç bir günah yoxdur. Bunlar Allahın hüdudlarıdır, onları aşmayın! Allahın hüdudlarını aşanlar məhz onlar zalımlardır.
Bünyadov-Məmmədəliyev:
(Rici) talaq vermə (boşama) iki dəfə mümkündür, ondan sonra yaxşı dolanmaq (qadını yaxşı saxlamaq), ya da xoşluqla ayrılmaq (buraxmaq) gərəkdir. (Ey kişilər!) Onlara (qadınlarınıza) verdiyinizdən (kəbin haqqından, mehrdən) bir şey tələb etməniz sizə halal olmaz. Bu yalnız kişi ilə qadının Allahın (ər-arvadlıq) haqqındakı hökmlərini yerinə yetirə bilməyəcəklərindən qorxduqları zaman mümkündür. (Ey şəriət hakimləri!) Əgər onların (ər-arvadın) Allahın hökmlərini yerinə yetirməyəcəklərindən siz qorxsanız, arvadın (kəbin haqqından) ərinə bir şey verməsində heç biri üçün günah yoxdur. Bunlar Allahın hədləridir (hökmləridir). Onlardan kənara çıxmayın. Allahın hədlərindən kənara çıxanlar, əlbəttə, zalımlardır.
Elmir Quliyev :
Развод допускается дважды, после чего надо либо удержать жену на разумных условиях, либо отпустить ее по-доброму. Вам не дозволено брать что-либо из дарованного им, если только у обеих сторон нет опасения, что они не смогут соблюсти ограничения Аллаха. И если вы опасаетесь, что они не смогут соблюсти ограничения Аллаха, то они оба не совершат греха, если она выкупит развод. Таковы ограничения Аллаха, не преступайте же их. А те, которые преступают ограничения Аллаха, являются беззаконниками.
Ələddin Sultanov:
Boşama (talaq) iki dəfədir. Bundan sonra (qadını) ya yaxşılıqla saxlamaq, yaxud da xoşluqla ayrılmaq lazımdır. Hər iki tərəfin Allahın hüdudlarında qala bilməməkdən qorxmaları istisna olmaqla, onlara (mehr kimi) verdiyinizdən bir şeyi geri almağınız sizə halal olmaz. Əgər Allahın hüdudlarında qala bilməyəcəklərindən qorxsanız, (mehrdən) ona (ərinə) bir şey verməsində heç birinə günah yoxdur. Bunlar Allahın hüdudlarıdır. Onları aşmayın! Kim Allahın hüdudlarını aşarsa, onlar əsil zalımlardır.
Kerbelayi Malik ağa:
Boşanma iki dəfədir. Bundan sonra (qadın) ya marufla (adət-ənənəyə uyğun olaraq) saxlanar ya ehsanla sərbəst buraxılar. Qadınlarınıza verdiklərinizdən bir şey geri almağınız sizin üçün halal olmaz. Ancaq ikisinin Allahın (evlilik haqqındakı) hüdudunu yerinə yetirə bilməyəcəklərindən qorxmaları istisnadır. O zaman siz əgər Allahın bu hüdudunu yerinə yetirəbilməyəcəyinizdən qorxsanız, bu vəziyyətdə qadının (ayrılmaq üçün) verdiyi fidyə barəsində hər ikisinin üzərinə günah yoxdur. Bunlar Allahın hüdudlarıdır. Artıq onları (Allahın hüdudlarını) aşmayın. Kim Allahın hüdudlarını aşarsa, onlar zalımlardır.
Ələsgər Musayev:
Talaq iki dəfədir: «Saxlamaq mərifətlə, ya azad etmək ehsanla halal deyil sizin üçün kigötürəsiniz nədən əta etmisiniz onlarabir şeyləancaq kixoflana hər ikisietməyələr qiyam hüduduna Allahın. Əgər xoflandınızetməyələr qiyam hüduduna Allahın, yoxdur günah üzərində onların hər ikisininnədə kifəda edər arvad onunlaBu, hüdududur Allahın adlamayın onlarıKim adlaya hüdudunu Allahın həmin onlardır zalimlər.
A.Mehdiyev və D.Cəfərli:
(Kişinin arvadı yenidən özünə qaytarmaq haqqına malik olduğu ric’i) talaq iki dəfədir. Beləliklə (hər dəfə iddə müddətində qayıdaraq onu) yaxşılıqla saxlamaq ya (qayıtmayıb onu) xoşluqla buraxmaq (kişinin öhdəsinədir). sizə onlara (mehriyyə kimi) verdiyinizdən bir şeyi geri almaq caiz deyil, hər ikisinin Allahın müəyyən etdiyi qanunlara riayət etməməkdən qorxmaları istisna olmaqla. Buna görə əgər (siz şəriət hakimləri) o ikisinin Allahın hökmlərini yerinə yetirməyəcəklərindən qorxsanız (onların heç birinin digərini istəmədiyi ya qadının kişini heç istəmədiyi təqdirdə onlara bildirin ki,) qadının (özünü azad etməsi üçün talaq əvəzində mehriyyənin bir hissəsini, ya hamısını, yaxud da ondan da çoxunu) fidyə verməsində onlar üçün heç bir günah yoxdur. Bunlar Allahın (təyin etdiyi) sərhədləridir, onları pozmayın. Allahın sərhədlərini pozanlar, həqiqətən zalımdırlar.
Kövsər Tağıyev:
(Geri dönülə bilən) boşama iki dəfədir. Ondan sonrası ya yaxşı dolanmaq ya da xoşluqla buraxmaqdır. (Evlilikdə) tərəflərin Allahın təyin etdiyi ölçüləri qoruya bilməmək qorxusu xaricində, qadınlara verdiklərinizdən bir şeyi (boşanarkən) geri almanız sizin üçün halal olmaz. Əgər onlar Allahın təyin etdiyi ölçülərə riayət etməyəcəklər deyə əndişəyə düşsəniz, o zaman qadının (boşanmaq üçün) bir şey verməsində ikisinə günah yoxdur. Bunlar Allahın qoyduğu hədlərdir. Bunlardan kənara çıxmayın. Kim Allahın qoyduğu hədlərdən kənara çıxsa, onlar məhz zalımlardır.
M.Qənioğlu və T.Bilaloğlu:
Boşamaq iki dəfə olar. Bundan sonra ya qayda üzrə saxlamaq, ya da xoşluqla azad etmək lazımdır. Onlara verdikləriniz şeylərdən nəyi isə almaq sizə halal olmaz. Lakin onların [ər ilə arvadın] Allahın qoyduğu hüdudları (qaydaları] pozmaqdan qorxma halları (burada) istisnadır. Əgər Allahın qoyduğu hüdudları pozmaqdan qorxursunuzsa, arvadın bir şey əvəz verməsində onların hər ikisinə heç bir günah olmaz. Allahın qoyduğu hüdudlar belədir, onlari aşmayın! Allahın qoyduğu hüdudlu aşanlar onlar zalımdırlar.
Sabirə Dünyamalıyeva:
Boşamaq iki dəfə mümkündür. Bundan sonrası ya adətlərə müvafiq olaraq/hər kəs tərəfindən qəbul edilmiş şəkildə saxlamaq, ya da yaxşılıqla buraxmaqdır. Onlara verdiklərinizdən bir şey almağınız da sizin üçün halal olmaz. Ancaq ikisinin Allahın hədlərinə riayət edə bilməməkdən qorxmağı istisna olmaqla. Əgər siz dövlət qulluqçuları, onların, Allahın hədlərinə riayət edən bilməyəcəyindən qorxsanız, qadının fidyə/ayrılmaq üçün müəyyən haqq verməsində ikisinə günah yoxdur. Bunlar, Allahın hədləridir. Artıq bunları aşmayın. Hər kim Allahın hədlərini aşsa, artıq onlar, məhz özlərinə haqsızlıq edənlərdir.