Əlixan Musayev:
Nəfsinin istəyini ilahiləşdirən şəxsi gördünmü? Allah (əzəli )elmi sayəsində onu azğınlığa saldı, qulağını və qəlbini möhürlədi, gözünə də pərdə çəkdi. Allahdan başqa kim onu doğru yola yönəldə bilər? Məgər düşünüb anlamırsınız?
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər!) Nəfsini özünə tanrı edən və Allahın bilərəkdən (onu hələ yaratmamışdan gələcəkdə kafir olacağını bildiyi üçün) yoldan çıxartdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? Allahdan başqa kim onu doğru yola sala bilər?! Məgər düşünüb ibrət almırsınız? (Haqqı bildiyi halda küfr edənin cəzası, haqqı bilmədən, cahilliyi üzündən küfr edənin cəzasından daha ağırdır. Çünki alimlə cahilin məsuliyyəti eyni ola bilməz!)
Elmir Quliyev
:
Видел ли ты того, кто обожествил свою прихоть? Аллах ввел его в заблуждение на основании знания, запечатал его слух и сердце и бросил на его взор покрывало. Кто же наставит его на прямой путь после Аллаха? Неужели вы не помяните назидание?
Ələddin Sultanov:
Nəfsinin istəklərini özünə ilah qəbul edəni gördünmü?! Allah onu Öz əzəli elmi ilə bildiyi üçün haqq yoldan azdırıb qulağını və qəlbini möhürləmiş, gözünə də pərdə çəkmişdir. Elə isə Allahdan başqa kim onu doğru yola yönəldə bilər?! Hələ də düşünüb öyüd almırsınızmı?
Kerbelayi Malik ağa:
Həvasını özünə ilah edən kimsəni gördünmü? Allah onu elm (onun faydasız elmi) üzrə dəlalətdə buraxdı. Onun qulağını və qəlbini möhürlədi və gözlərinə pərdə çəkdi. Elə isə Allahdan sonra onu kim hidayətə ərdirər? Hələ də düşünüb ibrət almırsınızmı?
Ələsgər Musayev:
Ə, görmədinmi o kəsi ki, götürdü özü üçün ilahi öz
havayı istəyini və zəlalətdə tərk etdi Allah onu Öz elmi
üzərində və xətm vurdu üzərinə qulağının və qəlbinin onun və
etdi üzərində bəsarətinin örtük? Kim hidayət edər onu Allahdan
sonra? Ə, yad etməzsinizmi?
A.Mehdiyev və D.Cəfərli:
Nəfsi istəyini öz məbudu etmiş və Allahın (onun batini küfrü və niyyətinin xəbisliyi barəsində olan) Öz elminə və onun məlumatına əsasən özbaşına buraxdığı, qulağını və qəlbini (bədbəxtlik möhürü ilə) möhürlədiyi və gözünə pərdə çəkdiyi kəsi gördünmü? Belə olan halda onu Allahdan başqa kim hidayət edə (bilə)r? Məgər ibrət götürmürsünüz?
Kövsər Tağıyev:
Nəfsinin arzusunu ilahlaşdıran, Allahın (halını) bildiyi üçün sapdırdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə isə pərdə çəkdiyi kimsəni gördünmü? İndi Allahdan başqa kim onu doğru yola yönəldə bilər? Hələ də düşünüb ibrət götürməyəcəksinizmi?
M.Qənioğlu və T.Bilaloğlu:
Sən həva-həvəsini özünə tanrı edən, Allahın özündəki bilgiyə görə azdırdığı, qulağına və ürəyinə möhür vurduğu, gözünə pərdə çəkdiyi kəsi gördünmü? Allahdan başqa ona kim yol göstərə bilər? Bir düşünüb daşınmazsınızmı?
Sabirə Dünyamalıyeva:
Yaxşı, sən, öz boş-müvəqqəti arzusunu özünə məbud qəbul edən və Allahın Öz elminə əsasən doğru yoldan azdırdığı, qulağını və qəlbini möhürlədiyi və gözünün üstünə bir pərdə çəkdiyi kimsəni gördünmü/heç düşündünmü? Artıq, Allahdan sonra ona kim doğru yol bələdçiliyi edəcək? Yenə də öyüd alıb düşünürmürsünüz?"