Əlixan Musayev:
Onlar sizin və atalarınızın qoyduqları adlardan başqa bir şey deyildir. Allah onlar haqqında heç bir dəlil nazil etməmişdir. Onlar yalnız zənnə və nəfslərinin istəklərinə uyarlar. Halbuki Rəbbindən onlara doğru yolu göstərən rəhbər artıq gəlmişdir.
Bünyadov-Məmmədəliyev:
Onlar (bütlər) sizin atalarınızın (özlərindən uydurub) qoyduqları adlardan başqa heç bir şey deyildir! (Onların yalnız quru adı var, heç bir şeyə qadir deyillər). Allah onlara (ibadət edilməsinə) dair heç bir dəlil endirməmişdir. Onlar (müşriklər) yalnız zənnə və nəfslərindən gələn istəklərə uyarlar. Halbuki Rəbbindən onlara haqq yolu göstərən rəhbər (Quran və Peyğəmbər) gəlmişdir.
Elmir Quliyev
:
Они — всего лишь имена, которыми нарекли их вы и ваши отцы, относительно которых Аллах не ниспослал никакого доказательства. Они следуют лишь предположениям и тому, чего желают души, хотя верное руководство от их Господа уже явилось к ним.
Ələddin Sultanov:
Onlar yalnız sizin və atalarınızın ad qoyduqları şeylərdir. Allah onlar haqqında heç bir dəlil nazil etməmişdir. Rəbbi tərəfindən onlara doğru yolu göstərən rəhbər gəldiyi halda onlar yalnız zənnə və nəfslərinin arzularına uyurlar.
Kerbelayi Malik ağa:
Onlar (bu adlar) ancaq sizin və atalarınızın onlara qoyduqları adlardır. Allah onlara heç bir sultan (dəlil) endirmədi. Onlar yalnız zənnə və nəfslərinin arzuladığı şeylərə tabe olurlar. And olsun ki, onlara Rəblərindən hidayət gəldi.
Ələsgər Musayev:
O ancaq adlardır, hansı ki,
adlandırmısınız siz və atalarınız. Allah onunla nazil etməyib
sultanlıqdan. Onlar tabe olurlar ancaq zəndən və ona ki, onların
nəfsləri əyilmişdir. Onlara, əlbəttə, Rəblərindən hidayət
gəlmişdir.
A.Mehdiyev və D.Cəfərli:
(Məbud, Allaha yaxınlaşdıran və şəfaətçi adlandırılan) bu bütlər sizin və atalarınızın (onlara) qoyduğunuz quru adlardan başqa bir şey deyildirlər. Allah onlar(ın haqq olmaların)a dair əsla bir dəlil-sübut nazil etməmişdir. (Bəli,) onlar yalnız gümana və nəfsi istəklərə tabe olurlar, halbuki Rəbbləri tərəfindən onlara hidayət vasitəsi (Qur'an və Peyğəmbər) gəlmişdir.
Kövsər Tağıyev:
Onlar sadəcə sizin və atalarınızın (ilah tutduğunuz şeylərə) qoyduğunuz isimlərdir. Allah onlar haqqında heç bir dəlil endirməmişdir. Onlar (bütpərəstlər) yalnız zənnə və nəfslərin arzusuna tabe olurlar. And olsun ki, onlara Rəbləri qatından yol göstərən gəlmişdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Bu adlar sizin və ata-babalarınızın qoyduqları adlardan başqa bir şey deyildir. Allah onlar barəsində heç bir dəlil endirməmişdir. Onlar ancaq zənnə və nəfislərin istəklərinə uyurlar. Halbuki onlara öz Rəbbindən yol göstəricisi gəlmişdir.
Sabirə Dünyamalıyeva:
Bunlar, Allah bunlar haqqında bir sübut nazil etmədiyi halda, sizin və atalarınızın qoyduğu adlardan başqa bir şey deyil. And olsun ki, Rəblərindən onlara doğru yolu göstərən gəldiyi halda, onlar sadəcə zənnə, bir də nəfslərinin xoşladığı şeylərə qapılırlar.