Ənfal Surəsi 23. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər Allah onlarda bir xeyir olduğunu bilsəydi, əlbəttə, onlara eşitdirərdi. Əgər onlara eşitdirsəydi belə, yenə üz çevirərək dönərdilər.
Bünyadov-Məmmədəliyev:
Əgər Allah (əzəldən) onlarda bir xeyir (olacağını) bilsəydi, (haqq sözü) onlara eşitdirərdi. Onlar eşitməsəydilər belə, yenə (haqdan inadla) üz çevirərək dönüb gedərdilər.
Elmir Quliyev :
Если бы Аллах знал, что в них есть добро, Он непременно наделил бы их слухом. Но даже если бы Он наделил их слухом, они все равно бы отвернулись с отвращением.
Ələddin Sultanov:
Əgər Allah onlarda bir xeyir olacağını bilsəydi, əlbəttə, onlara (haqqı) eşitdirərdi. Onlara eşitdirsəydi belə, yenə onlar üz çevirərək dönərdilər. (Bu ayələr Həzrət Peyğəmbərin sözlərini eşitdiyi halda əhəmiyyət verməyən kimsələrə bir xəbərdarlıqdır. Onlar zahirdə eşitdikləri halda həqiqi mənada eşitmədikləri üçün söz anlamayan kar korlara bənzədilmişdirlər.)
Kerbelayi Malik ağa:
Allah onların (ağıl işlətməyən lal karların) içində xeyir olduğunu görsə, əlbəttə onlara eşitdirərdi. Onlara eşitdirsə belə, (onlar) mütləq dönərdilər onlar üz çevirənlərdir.
Ələsgər Musayev:
Əgər bildi Allah onlarda xeyir, onları eşidən edərdi. Əgər onları eşitdirdi, üz döndərərdilər onlar dönükdürlər.
A.Mehdiyev və D.Cəfərli:
Əgər Allah onlarda bir xeyir bilsəydi (əgər onların haqqı qəbul edən gözəl batinləri olsaydı), onlara (hətta peyğəmbərlər vasitəsi ilə təbliği təkrar etməklə olsaydı belə) mütləq eşitdirərdi. Əgər (indiki halda) onlara eşitdirsə, onlar (elə qəlbən də) dönük olduqları halda mütləq üz döndərərlər.
Kövsər Tağıyev:
Allah onlarda bir xeyir (haqqa yönəliş) olduğunu bilsəydi, əlbəttə, onlara eşitdirərdi. Onlara eşitdirsəydi mütləq yenə üz döndərib gedərdilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər Allah onların xeyir verəcəyini bilsəydi, onları eşidən edərdi. Əgər O, onlara eşitmə versəydi belə onlar yenə arxa çevirib gedərdilər.
Sabirə Dünyamalıyeva:
əgər Allah onlarda xeyir olduğunu bilsəydi, əlbəttə, onlara eşitdirərdi. əgər eşitdirsəydi, yenə onlar, boyun qaçıranlar olaraq üz döndərərdilər.