Bəqərə Surəsi 236. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Yaxınlıq etmədiyiniz mehrini təyin etmədiyiniz qadınları boşasanız, sizə heç bir günah gəlməz. Onlara (şəriətə )müvafiq qayda üzrə yaxşılıq edin. Varlı öz imkanı daxilində, kasıb da öz imkanı daxilində (yaxşılıq etməlidir). (Bu isə) yaxşılıq edənlər üçün bir borcdur.
Bünyadov-Məmmədəliyev:
Yaxınlıq etmədiyiniz (toxunmadığınız) mehrini (kəbin haqqını, başlığını) təyin etmədiyiniz qadınları boşamaq sizə günah sayılmaz. Qəbul olunmuş qayda üzrə, varlı öz imkanı daxilində, kasıb da gücü çatdığı qədər, yaxşılıq (ehsan) edənlərə layiq şəkildə onlara bir şey (mütə) versin!
Elmir Quliyev :
На вас не будет греха, если вы разведетесь с женами, не коснувшись их и не установив для них обязательное вознаграждение (брачный дар). Одарите их разумным образом, и пусть богатый поступит по мере своих возможностей, а бедный по мере своих. Такова обязанность творящих добро.
Ələddin Sultanov:
Yaxınlıq etmədən ya mehrlərini təyin etmədən qadınları boşasanız, sizə günah olmaz. Onlara adətə müvafiq qaydada bir pay verin! Varlı gücünün çatdığı qədər, kasıb da imkanı daxilində versin. Bu, yaxşı əməl sahiblərinin üzərinə bir borcdur.
Kerbelayi Malik ağa:
Əgər hələ yaxınlıq etmədiyiniz ya özləri üçün (fərz olaraq) bir mehir təyin etmədiyiniz qadınları boşasanız, sizin üzərinizə günah yoxdur. Zəngin olanın öz imkanı daxilində, kasıb olanın da öz imkanı daxilində marufla (adət-ənənəyə uyğun) bir məta (pay) verərək faydalandırmaları muhsinlərin üzərinə bir haqdır.
Ələsgər Musayev:
Yoxdur günah üzərinizdə sizin, əgər talaq verdiniz qadınlara toxunmadınız onlara, ya fərz etməmisiniz onlar üçün fərzi. Mətah onlara üzərində imkanlının qədəri onun üzərində kasıbın qədəri onun mətah mərifətlə, haqdır üzərində yaxşıların!
A.Mehdiyev və D.Cəfərli:
Yaxınlıq etmədiyinz mehriyyə təyin etmədiyiniz qadınlara talaq verməyiniz günah deyildir (nə yaxınlıq etmədən mehriyyə təyin etmədən boşamağınız günah deyil). Onlara öz malınızdan bir pay verməli onları öz malınızdan bəyənilən şəkildə bəhrələndirməlisiniz, dövlətli öz imkanı qədər kasıb öz imkanı qədər. Bu haqq, yaxşı əməl sahibləri üçün sabit vacibdir.
Kövsər Tağıyev:
Onlara toxunmadan ya da mehr təyin etmədən boşasanız, sizə bir günah yoxdur. (Bu halda) imkanı geniş olan öz gücü qədər, imkanı dar olan da öz gücü qədər onlara ağlın dinin tələblərinə uyğun olaraq mütə verin. Bu, yaxşılıq edənlər üzərində bir borcdur.
M.Qənioğlu və T.Bilaloğlu:
Toxunmadığınız ya mehr təyin etmədiyiniz qadınları boşasanız, sizə günah deyildir. Onlara qayda üzrə haqlarını verin varlı öz gücünə görə, kasıb da öz gücünə görə. Bu, xeyirxahlara xas olan bır haqdır.
Sabirə Dünyamalıyeva:
Əgər qadınları, onlara toxunmadan yaxud onlar üçün bir mehr[#344] hazırlamadan/müəyyən etmədən boşasanız, sizin üçün bir günah yoxdur. onlara [bir şey] qazandırın. Geniş [imkanı] olan öz vəziyyətinə görə, əli aşağı olan da öz vəziyyətinə görə. Ənənəyə uyğun/hər kəs tərəfindən qəbul edilən bir qazanc, gözəl-yaxşı əməl işləyənlər üçün bir borcdur.