Əlixan Musayev:
Həqiqətən, Biz səni haqla müjdə verən və qorxudub xəbərdar edən olaraq göndərdik. Elə bir ümmət yoxdur ki, ona xəbərdar edən (bir peyğəmbər) gəlmiş olmasın.
Bünyadov-Məmmədəliyev:
Doğrudan da, Biz səni haqla (Quranla) müjdə verən və qorxudan bir peyğəmbər olaraq göndərdik. Elə bir ümmət yoxdur ki, onun içindən (kafirləri Allahın əzabı ilə) qorxudan (xəbərdar edən) bir peyğəmbər (yaxud alim) gəlib-getməsin!
Elmir Quliyev
:
Мы послали тебя с истиной добрым вестником и предостерегающим увещевателем, и нет ни одного народа, к которому не приходил бы предостерегающий увещеватель.
Ələddin Sultanov:
Həqiqətən, Biz səni müjdəçi və xəbərdar edən bir peyğəmbər olaraq haqq ilə göndərdik. Elə bir ümmət yoxdur ki, onlara xəbərdar edən bir peyğəmbər gəlməmiş olsun.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, Biz səni haqq ilə müjdələyici və nəzir olaraq göndərdik. Elə bir ümmət yoxdur ki, onun içindən bir nəzir gəlib-getməsin.
Ələsgər Musayev:
Həqiqətən, Biz səni göndərdik haqq ilə bəşarət verən və nəzərə
çatdıran və əgər, ancaq Xələ ümmətindən – orada nəzərə
çatdıran.
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən, Biz səni haqla (əqlə, hikmətə, rəhmətə və xilqətin tam quruluşuna uyğun olaraq möminlərə) müjdəverici və (kafirləri) qorxudan (peyğəmbər) olaraq göndərdik. Elə bir ümmət olmamışdır ki, onların içindən qorxudan bir (peyğəmbər, yaxud onun məsum vəsisi və ya saleh bir alim) gəlib-getməmiş olsun.
Kövsər Tağıyev:
Şübhəsiz, Biz səni müjdələyən və xəbərdar edən olaraq haqq ilə göndərdik. Elə bir ümmət yoxdur ki, aralarından bir xəbərdar edən gəlib-keçməsin.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz səni haqq ilə bir müjdəçi, öyüd-nəsihətçi olaraq göndərdik. Elə bir millət yoxdur ki, onun içərisində bir öyüd-nəsihətçisi olmasın.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz Biz, səni haqq ilə müjdələyən, xəbərdarlıq edən biri kimi göndərdik/elçi etdik. Hər ümmətin içindən xəbərdarlıq edən bir kəs mütləq gəlib