Bəqərə Surəsi 240. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sizlərdən ölən (özündən sonra) zövcələr qoyub gedən kimsələr zövcələrinə bir ilin tamamınadək (evlərindən) çıxarılmamaq şərtilə baxılmasını vəsiyyət etməlidirlər. Əgər onlar (öz istəkləri ilə) çıxıb getsələr, (şəriətə) müvafiq qayda üzrə özləri barəsində etdiklərinə görə sizə günah gəlməz. Allah Qüdrətlidir, Müdrikdir.
Bünyadov-Məmmədəliyev:
Sizlərdən vəfat edib özlərindən sonra arvadlarını qoyub gedən şəxslər həmin qadınlara öz evindən çıxarılmamaq şərtilə, bir il müddətində baxılmasını (vərəsələrinə) vəsiyyət etməlidirlər. Əgər onlar (öz arzuları ilə) çıxıb gedərlərsə, o zaman onların qəbul olunmuş qayda üzrə (şəriətə müvafiq) öz barələrində görəcəkləri işlər üçün siz günahkar deyilsiniz. Allah yenilməz qüvvət, hikmət sahibidir!
Elmir Quliyev :
Если кто-либо из вас скончается и оставит после себя жен, то они должны завещать, чтобы их обеспечивали в течение одного года и не прогоняли. Если же они сами уйдут, то на вас не будет греха за то, что они распорядятся собой разумным образом. Аллах Могущественный, Мудрый.
Ələddin Sultanov:
Sizlərdən vəfat edib (arxalarında) arvadlarını qoyub gedənlər öz zövcələri üçün vəsiyyət etməlidirlər ki, (evlərindən) çıxarılmamaq şərtilə bir il müddətində baxılsınlar (qoyub getdikləri mallarından faydalansınlar). Əgər (öz istəkləri ilə) çıxıb gedərlərsə, öz barələrində etdikləri məşru işlər üçün sizə günah olmaz. Allah qüdrətlidir, hikmət sahibidir.
Kerbelayi Malik ağa:
İçinizdən vəfat edən zövcələrini qoyub gedənlərin zövcələri üçün (evlərindən) çıxarılmadan bir ilə qədər dolanışığının təmin etməsini vəsiyyət etməsi lazımdır. Buna baxmayaraq əgər (zövcələri öz istəkləri ilə evlərindən) çıxarlarsa, o təqdirdə özləri üçün maruf olaraq (adət-ənənəyə uyğun olaraq) etdikləri şeylər barəsində artıq sizin üzərinizə bir günah yoxdur. Allah Əzizdir (üstündür), Hakimdir (hökm sahibidir).
Ələsgər Musayev:
O kəslər ki, vəfat edirlər sizdən qalır zövcələri, vəsiyyət zövcələri üçün, mətah tərəfinə ətrafına qeyri ixracınƏgər xaricdirlər, yoxdur günah üzərinizdə sizin ki, fəaliyyətdədirlər öz nəfslərində mərifətdənAllah Əzizdir, Həkimdir!
A.Mehdiyev və D.Cəfərli:
Sizdən ölümləri yaxınlaşan özlərindən sonra arvadlarını qoyub gedən şəxslər arvadları (onların evdən) çıxarılmadan bir illik yaşayış xərcləri(nin təmin olunması) barəsində vəsiyyət etməlidirlər. Əgər onlar özləri çıxıb getsələr, onda, onların özləri barədə bəyənilən şəkildə gördükləri işdə (evlənmələrində ya başqa bir işi seçmələrində) sizə (meyidin varislərinə) günah yoxdur (və xərclər boyundan götürülür). Allah qüdrətli hikmətlidir. (Bu hökm İslamın ilkin çağlarında qüvvədə olub sonradan nəsx edilərək, irs iddə hökmü ilə əvəz edilib).
Kövsər Tağıyev:
Sizdən ölüb arxada dul övrətlər qoyub gedən kişilər övrətləri üçün evdən çıxarılmadan bir illik dolanışıqlarının təmin edilməsini vəsiyyət etsinlər. Ancaq onlar (öz istəkləri ilə) çıxsalar, artıq onların şəriətə uyğun şəkildə özləri ilə əlaqəli olaraq etdiklərindən ötrü sizə bir günah yoxdur. Allah mütləq güc sahibidir, hökm hikmət sahibidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Sizlərdən kimsələr vəfat edib arvadları qalarsa, arvadlarına il tamam olana qədər, evlərindən çıxarılmamaq şərtilə baxılması vəsiyyət olunmalıdır. Əgər arvadlar özləri (evdən) çıxsalar, onların qəbul olunmuş qayda üzrə özləri etdikləri işlərə görə sizə günah düşmür. Allah qüvvət hikmət sahibidir !
Sabirə Dünyamalıyeva:
sizlərdən vəfat edib özlərindən sonra zövcələri qalanlar, zövcələri üçün bir il müddətlə evlərindən çıxarılmamaq şərti ilə onlara çatacaq qədər malı vəsiyyət etməlidirlər. Əgər onlar çıxsalar, adətlərə uyğun/hər kəs tərəfindən qəbul edilmiş şəkildə özlərinin elədikləri işdən sizin üçün bir günah yoxdur. Allah, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qanun qoyandır, pozulmağın qarşısını yaxşı alan/möhkəm edəndir.