Bəqərə Surəsi 243. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Minlərlə (adam) olduqları halda ölüm qorxusundan yurdlarından didərgin düşüb gedənləri görmədinmi? Allah onlara: “Ölün!”– dedi. Sonra isə onları diriltdi. Doğrudan da, Allah insanlara qarşı lütfkardır, lakin insanların çoxu (buna) şükür etmir.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Minlərlə adamın (taundan) ölüm qorxusu ilə öz yurdlarını tərk edib getdiklərini görmədinmi? Allah onlara: “Ölün!” dedi sonra da (yenidən) diriltdi. Həqiqətən, Allah insanlara lütf edəndir, lakin insanların bir çoxu şükür etməzlər!
Elmir Quliyev :
Разве ты не знаешь о тех, которые покинули свои жилища, опасаясь смерти, хотя их были тысячи? Аллах сказал им: "Умрите!" Затем Он оживил их. Воистину, Аллах милостив к людям, однако большинство людей неблагодарны.
Ələddin Sultanov:
Sayları minlərlə olduğu halda ölüm qorxusu ilə öz yurdlarından çıxıb gedənləri görmədinmi?! Allah onlara: “Ölün!” - dedi. Sonra onları diriltdi. Həqiqətən, Allah insanlara qarşı lütüfkardır, lakin insanların çoxu şükür etməz. (Təfsirlərdə qeyd edilən bir rəvayətə görə, keçmişdə yəhudi qövmündən olan bir qrup insan məmləkətlərində Taun xəstəliyi yayıldığı üçün ölüm qor­xusu ilə öz məmləkətlərini tərk etmişdilər. Allah-Təala da onları qaçıb getdikləri yerdə öldürmüş insanlara ibrət olsun deyə təkrar diriltmişdi. Yuxarıdakı ayə bu hadisəyə işarə edir.)
Kerbelayi Malik ağa:
Ölüm qorxusuyla öz diyarlarından çıxan minlərlə adamı görmədinmi? Halbuki Allah onlara: ‘Ölün.’ dedi (beləcə öldülər). Sonra da onları diriltdi. Şübhəsiz ki, Allah insanlar üzərində, əlbəttə fəzlin sahibidir. Lakin insanların çoxu şükür etməzlər.
Ələsgər Musayev:
Ə, görmədinmi tərəfinə o kəslər ki, xaric oldular diyarlarından onlar onlar minlərlədir, həzəri ölümün? Dedi onlar üçün Allah: «Ölün!» Sonra diri etdi onları. Həqiqətən, Allah fəzl sahibidir insanlar üzərində lakin əksər insan şükr etməz!
A.Mehdiyev və D.Cəfərli:
Sayları minlərlə olduğu halda ölümün qorxusundan (və cihaddan qaçmaq üçün) öz evlərindən çıxan kəslərə (ibrət gözü ilə) baxmadınmı? Onda Allah onlara dedi: «Ölün! (Allah onların ölümünü istədi, onlar da dərhal öldülər.)» Sonra onları diriltdi (ki, ölümdən qaçmağın mümkün olmamasını başa düşsünlər). Doğrudan da Allah insanlara qarşı lütf bəxşiş sahibidir. Lakin insanların çoxu şükr etmirlər.
Kövsər Tağıyev:
Minlərlə nəfər olduqları halda ölüm qorxusu ilə yurdlarını tərk edənləri görmədinmi? Allah onlara: “Ölün”, dedi, sonra da onları diriltdi. Şübhəsiz ki, Allah insanlara qarşı lütf kərəm sahibidir. Ancaq insanların çoxu şükür etməz.
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər sən minlərlə adamın ölüm qorxusundan öz diyarını tərk etdiklərini görmədinmi? Allah onlara: "Ölün!"-dedi. Sonra isə onları diriltdi. Həqiqətən Allah insanlar üçün lütf sahibidir, lakin insanların çoxu naşükürdür.
Sabirə Dünyamalıyeva:
Sayları minlərlə adam olduğu halda ölüm qorxusundan yurdlarından çıxan, sonra da Allahın onlara "Ölün/canınız çıxsın!" dediyi, sonra da onlara bir həyat verdiyi kəsləri görmədinmi/heç düşünmədinmi? Həqiqətən, Allah insanlara lütf edəndir. Lakin insanların bir çoxu özlərinə verilən nemətlərin əvəzini ödəmirlər.