Əlixan Musayev:
Onlar bir-birini qabaqlamaq məqsədilə qapıya tərəf yüyürdülər və qadın onun köynəyini arxadan cırdı. İkisi də qapının yanında qadının əri ilə rastlaşdı. (Qadın) dedi: “Sənin ailənə pislik etmək istəyənin cəzası, zindana salınmaqdan və ya ağrılı-acılı bir əzaba düçar edilməkdən başqa nə ola bilər?!”
Bünyadov-Məmmədəliyev:
(Yusif canını qurtarmaq, Züleyxa da onu yaxalayıb kamına çatmaq məqsədilə) hər ikisi qapıya tərəf cumdu. (Züleyxa) onun köynəyini arxadan cırdı. Onlar qapının ağzında (qadının) ağası (əri) ilə rastlaşdılar. (Züleyxa) dedi: “Sənin ailənə pislik (övrətinlə zina) etmək istəyənin cəzası yalnız zindana salınmaq, ya da şiddətli bir əzaba düçar edilməkdir!”
Elmir Quliyev
:
Они бросились к двери, пытаясь опередить друг друга, и она порвала его рубаху со спины. У двери они встретили ее господина. Она сказала: "Как иначе можно покарать того, кто хотел причинить зло твоей жене, если не заточить его в темницу или не подвергнуть мучительным страданиям?!"
Ələddin Sultanov:
İkisi də qapıya tərəf qaçdılar. (Züleyxa) onun köynəyini arxadan cırdı. Qapının ağzında (Züleyxanın) əri ilə rastlaşdılar. (Züleyxa) dedi: “Sənin ailənə pislik etmək istəyənin cəzası yalnız zindana atılmaq, yaxud şiddətli bir işgəncədir!”
Kerbelayi Malik ağa:
İkisi də qapıya tərəf qaçdılar. (Qadın) onun köynəyini arxadan (çəkərək) cırdı. Qapının yanında onun (qadının) əfəndisi (əri) ilə qarşılaşdılar və (qadın) belə dedi: ‘Sənin əhlinə (ailənə) pislik etmək istəyən kimsənin cəzası zindana atılmaq və ya ağrılı-acılı əzabdan başqa nə ola bilər?’
Ələsgər Musayev:
Onlar
o halda qapı qabağına yetişdilər və o, cırdı onun paltarını
arxadan və qapı qabağında ərini gördülər. Dedi: «O kəs ki,
sənin əhlinə pislik istədi, onun cəzası nədir – zindan, ya ələmli
əzab deyilmi?»
A.Mehdiyev və D.Cəfərli:
Və onların hər ikisi qapıya tərəf qaçdı və qadın onun köynəyini arxadan cırdı. (Qapı açılanda) hər ikisi qadının ağasını (ərini) qapı ağzında gördülər. Qadın dedi: «Sənin ailənə qarşı pis fikrə düşənin cəzası zindana salınmaqdan və ya ağrılı əzab görməkdən başqa nə ola bilər?!»
Kövsər Tağıyev:
İkisi də qapıya tərəf qaçdılar. Qadın Yusufun köynəyini arxadan cırdı. Qapının yanında xanımın ağası ilə rastlaşdılar. Qadın dedi ki: “Sənin ailənə pislik etmək istəyənin cəzası, ancaq zindana atılmaq və ya ağrılı-acılı bir əzabdır”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar hər ikisi qapıya tərəf qaçdılar. O [qadın] arxadan onun köynəyini cırdı və ikisi də qapının yanında onun ağası ilə üz-üzə gəldilər. O [qadın] dedi: "Sənin külfətinə pislik etmək istəyənin cəzası yalnız zindan və ya üzücü əzabdır!"
Sabirə Dünyamalıyeva:
Və ikisi də qapıya [doğru] qaçdılar. Xanım, onun köynəyini arxadan cırdı. Və qapının yanında o xanımın ağasıyla qarşı-qarşıya gəldilər. O xanım: "Sənin əhlinə pislik etmək istəyən adamın cəzası, zindana salınmaqdan və ya ağrılı bir əzabdan başqa nə ola bilər?" dedi.