Əlixan Musayev:
Biz o elçilərin bəzisini digərlərindən üstün etdik. Onlardan bəzisi ilə Allah danışmış, bəzisini isə dərəcələrə yük-səltmişdir. Biz Məryəm oğlu İsaya açıq-aydın dəlillər verdik və onu müqəddəs Ruh (Cəbrail) ilə qüvvətləndirdik. Əgər Allah istəsəydi, onlardan sonra gələnlər özlərinə açıq-aydın dəlillər gəldikdən sonra bir-biriləri ilə vuruşmazdılar. Lakin onlar ixtilaf etdilər. Onlardan kimisi iman gətirdi, kimisi də inkar etdi. Əgər Allah istəsəydi, onlar bir-biriləri ilə vuruşmazdılar. Lakin Allah istədiyini edir.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Bu peyğəmbərlərin bəzisini digərindən üstün etdik. Allah bunlardan bəzisi ilə danışmış, bəzisinin isə dərəcələrini yüksəltmişdir. Məryəm oğlu İsaya açıq möcüzələr verdik və onu müqəddəs ruhla (Cəbraillə) qüvvətləndirdik. Əgər Allah istəsəydi, bu peyğəmbərlərin ardınca gələn insanlar onlara göndərilən aşkar dəlillərdən sonra bir-biriləri ilə vuruşmazdılar. Fəqət (bununla belə yenə də) ixtilafa düşdülər. Onlardan bəziləri (Allaha) iman gətirdilər, bəziləri isə kafir oldular. Əgər Allah istəsə idi, onlar bir-biriləri ilə vuruşmazdılar. Lakin Allah Öz istədiyini edər!
Elmir Quliyev
:
Таковы посланники. Одним из них Мы отдали предпочтение перед другими. Среди них были такие, с кем говорил Аллах, а некоторых из них Аллах возвысил до степеней. Мы даровали Исе (Иисусу), сыну Марьям (Марии), ясные знамения и поддержали его Святым Духом (Джибрилем). Если бы Аллах пожелал, то следующие за ними поколения не сражались бы друг с другом после того, как к ним явились ясные знамения. Однако они разошлись во мнениях, одни из них уверовали, а другие не уверовали. Если бы Аллах пожелал, то они не сражались бы друг с другом, но Аллах вершит то, что пожелает.
Ələddin Sultanov:
Biz o peyğəmbərlərin bəzilərini digərlərindən üstün etdik. Allah onlardan bəziləri ilə danışmış, bəzilərinin də dərəcələrini yüksəltmişdir. Məryəm oğlu İsaya da açıq-aşkar möcüzələr verdik və onu müqəddəs ruhla (Cəbraillə) qüvvətləndirdik. Əgər Allah diləsəydi, onlardan sonrakılar özlərinə açıq-aşkar dəlillər gəldikdən sonra (bir-birlərilə) vuruşmazdılar. Lakin ixtilafa düşdülər və onlardan kimisi (Allaha) iman gətirdi, kimisi də kafir oldu. Əgər Allah diləsəydi, onlar vuruşmazdılar. Lakin Allah dilədiyini edər.
Kerbelayi Malik ağa:
Biz o rəsullardan bir qismini digərlərindən fəzilətli etdik. Allah onlardan kimiylə danışdı, kimini də dərəcələrlə yüksəltdi. Biz Məryəmin oğlu İsaya bəyyinələr verdik. Onu Ruh'ul Qüds ilə dəstəklədik (təsdiqlədik). Əgər Allah diləsəydi, onlardan sonra gələnlər özlərinə bəyyinələr (isbat vasitələri) gəldikdən sonra bir-birlərini öldürməzdilər. Lakin ixtilafa düşdülər. O zaman onlardan kimi iman etdi, kimi də inkar etdi. Əgər Allah diləsəydi, bir-birlərini öldürməzdilər. Lakin Allah dilədiyi şeyi edər.
Ələsgər Musayev:
Bunlar elçilərdir ki, fəzilətli etdik onların bəzilərini
üzərində bəzisinin. Onlardan var kim ki, kəlmə kəsdi Allah
və yüksəltdi bəzilərinin dərəcəsini. Və əta etdik Isa Məryəm
oğluna aydın bəyanat və qüvvətləndirdik onu Müqəddəs
Ruhla. Əgər Allah istəsəydi, qətl etməzdilər o kəslər ki,
onlardan sonra var idilər, ondan sonra ki, onlara aydın bəyanat
gəldi. Lakin ixtilaf etdilər. Və onlardan var kim ki, inandı və
onlardan var kim ki, kafir oldu. Əgər Allah istəsəydi, onlar
qətl etməzdilər və lakin Allah nə istəsə fəaliyyət edər!
A.Mehdiyev və D.Cəfərli:
Bu peyğəmbərlərdən (adları çəkilən) bəzilərini bəzilərindən üstün etdik. Onlardan eləsi var ki, Allah onunla danışıb (Musa kimi) və bəzilərini bir neçə dərəcə ucaldıb (ulul-əzm peyğəmbərlər kimi). Və Məryəm oğlu İsaya aydın dəlillər (aşkar möcüzələr) əta etdik və onu «Ruhul-Qudus» ilə qüvvətləndirdik. Əgər Allah qəti şəkildə istəsəydi, onlardan sonra (tarix boyu) gələnlər (onların ümmətləri) onlara gəlmiş (bütün bu) aydın dəlillərdən sonra bir-birləri ilə vuruşmazdılar. Lakin ixtilafa düşdülər. Beləliklə onların bəzisi iman gətirdi və bəzisi kafir oldu (və yer üzündə müharibələr törətdilər). Şübhəsiz, əgər Allah istəsəydi, onlar bir-birləri ilə vuruşmazdılar. Lakin Allah istədiyini (bəndələri əqidə və əməllərində ixtiyar sahibi) edir.
Kövsər Tağıyev:
Budur peyğəmbərlər! Biz onların bir qismini bir qismindən üstün etdik. Onlardan bəzisi ilə Allah danışmışdır. Bir qisminin də dərəcələrini yüksəltmişdir. Məryəm oğlu İsaya isə açıq-aydın dəlillər verdik və onu Ruhul-Qüds (Cəbrail) ilə dəstəklədik. Əgər Allah istəsəydi, bunların ardından gələn (millət)lər özlərinə açıq-aydın dəlillər gəldikdən sonra bir-birilərini öldürməzdilər. Lakin ixtilafa düşdülər. Onlardan inananlar da var idi, inkar edənlər də. Yenə Allah istəsəydi, bir-birilərini öldürməzdilər. Lakin Allah istədiyini edər.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz bu peyğəmbərlərin bəzisini digərindən üstün etdik. Onlardan eləsi var ki, Allah (onunla) danışmış, və bəzisini yüksək dərəcələrə çatdırmışdır. Məryəm oğlu İsaya aydın dəlillər bəxş edərək, onu müqəddəs ruhla qüvvətləndirdik. Əgər Allah istəsəydi, onlardan sonra gələnlər özlərinə aydın möcüzələr gəldikdən sonra bir-birilə vuruşmazdılar. Lakin onlar ixtilafda oldular. Kimisi iman gətirdi, kimisi isə küfr etdi. Əgər Allah istəsəydi, onlar bir-birilə vuruşmazdılar. Lakin Allah istədiyini edir.
Sabirə Dünyamalıyeva:
Budur elçilər; Biz onların bəzisini bəzisindən üstün etdik. Onlardan bir qismi Allahın tək tərəfli olaraq söz dediyi/yaraladığı, çətinliklərə düçar etdiyi kəslərdir və bəzisi də dərəcələrini yüksəltdiyi kəslərdir. Və Məryəm oğlu İsaya açıq-aydın dəlillər verdik və onu Allahın vəhyi ilə qüvvətləndirdik. Və əgər Allah istəsəydi, onların ardınca gələnlər, açıq-aydın dəlillər özlərinə gəlib çatdıqdan sonra bir-birlərini öldürməzdilər. Lakin ixtilafa düşdülər və onlardan bəzisi iman etdi, bəzisi küfr işlədi [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etdi]. Və əgər Allah istəsəydi bir-birlərini öldürməzdilər. Lakin Allah istədiyini edər.