Bəqərə Surəsi 256. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Hər kəs tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah Eşidəndir, Biləndir.
Bünyadov-Məmmədəliyev:
Dində məcburiyyət (zorakılıq) yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edildi. Hər kəs Taqutu (Şeytanı ya bütləri) inkar edib Allaha iman gətirsə, o, artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olur. Allah (hər şeyi olduğu kimi) eşidəndir, biləndir!
Elmir Quliyev :
Нет принуждения в религии. Прямой путь уже отличился от заблуждения. Кто не верует в тагута, а верует в Аллаха, тот ухватился за самую надежную рукоять, которая никогда не сломается. Аллах Слышащий, Знающий.
Ələddin Sultanov:
Dində məcburiyyət (zorakılıq) yoxdur. Doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edilmişdir. Artıq kim Tağutu (bütləri ya şeytanları) inkar edib Allaha iman gətirərsə, o, heç vaxt qırılmayan ən möhkəm qulpdan yapışmış olar. Allah hər şeyi eşidəndir, biləndir! (Bu ayədəki “dində məcburiyyət yoxdur” ifadəsi ilə insanların zorla İslam dinini qəbul etməyə məcbur edilməsinin doğru olmadığı qəsd edilir.)
Kerbelayi Malik ağa:
Dində məcburiyyət yoxdur. İrşad yolu (Allahın hidayət yolu) qayy yolundan (dəlalət yolundan, şeytanın yolundan) açıq-aşkar ayrılıb ortaya çıxmışdır. Artıq kim tağutu (şeytanı) inkar edib Allaha iman etsə (mömin olsa) beləcə o (Allahdan) qopması mümkün olmayan ürvətül vusqadan (möhkəm bir qulpdan, dəstəkdən, mürşidin əlindən) yapışmışdır. Allah Səm'i'dir, Alimdir.
Ələsgər Musayev:
Yoxdur ikrah dində. Əlbəttə, aydın oldu doğru yol azğınlıqdan. kim Tağutla küfr edib inana Allah ilə, fəqət möhkəm bir yerdən yapışıb ki, onun üçün qopmaq yoxdur. Allah Səmidir, Alimdir!
A.Mehdiyev və D.Cəfərli:
Dində (əqidənin əsasalarında) məcburiyyət yoxdur (çünki, daxili inanc etiqadlar zorla qəbul etdirilə bilməzlər dəlil-sübuta tabedirlər). Şübhəsiz, (bu Qur’an vasitəsilə) hidayət yolu azğınlıqdan (seçilib) aydınlaşmışdır. Buna görə də, kim azğın itaətsizə (şeytan onun ardıcıllarına) kafir olub Allaha iman gətirsə, doğrudan da heç vaxt qırılmayan möhkəm bir dəstəkdən yapışmışdır. Allah eşidən biləndir.
Kövsər Tağıyev:
Dində məcburiyyət yoxdur. Çünki doğruluq azğınlıqdan tamamən ayrılmışdır. O halda kim tağutu tanımayıb Allaha inanarsa, qopmaq bilməyən möhkəm bir qulpdan yapışmışdır. Allah haqqı ilə eşidəndir, haqqı ilə biləndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Dində heç bir zorakılıq yoxdur. Artıq düz yol yanlış yoldan aydın şəkildə fərqlənmişdir. Tağuta [şeytana ya bütlərə] inanmayıb Allaha iman gətirən heç vaxt qırılmayan çox möhkəm teldən yapışmışdır. Allah hər şeyi eşidəndir, biləndir !
Sabirə Dünyamalıyeva:
Dində zorakılıq/ikrah etdirmək yoxdur; iman küfrdən [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar etməkdən]; yaxşı pisdən, gözəl çirkindən, düzgünlük azğınlıqdan həqiqətən yaxşıca ayrılmışdır. Elə isə hər kim tağutu[#346] inkar etsə; onu rədd edərək Allaha iman gətirsə, qopmaq bilməyən möhkəm bir dəstəkdən yapışmış olar. Allah, ən yaxşı eşidəndir, ən yaxşı biləndir.