Fəth Surəsi 26. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Kafirlər öz qəlbində təkəbbürlüyə cahiliyyə lovğalığına qapıldıqları zaman Allah Öz Elçisinə möminlərə (mənəvi )rahatlıq nazil etdi onlara təqva sözünü vacib buyurdu. Onların buna daha çox haqqı var idi ona layiq idilər. Allah hər şeyi bilir.
Bünyadov-Məmmədəliyev:
Kafirlər öz ürəklərində Cahiliyyət təkəbbürü təəssübünə qapıldıqları (Hüdeybiyyə sazişinə “bismillahir-rəhmanir-rəhim”, “Muhəmmədun rəsulullah” sözlərini yazmaqdan imtina etdikləri, hicrətin altıncı ilində Muhəmməd əleyhissəlamın Məkkəyə daxil olmasına razılıq vermədikləri) zaman Allah Peyğəmbərinə möminlərə öz dərgahından arxayınlıq (qəlb rahatlığı, mənəvi möhkəmlik) göndərmiş onlara təqva gəlməsini (la ilahə illallah, Muhəmmədun rəsulullah” sözünü) xas etmişdi. Onların bu sözə (Məkkə müşriklərindən) daha çox haqqı var idi ona layiq idilər. Allah hər şeyi biləndir!
Elmir Quliyev :
Вот неверующие поместили в своих сердцах заносчивость заносчивость времен невежества, а Аллах ниспослал Своему Посланнику и верующим покой и возложил на них (или сделал неразлучным с ними) слово богобоязненности (свидетельство о том, что нет божества, кроме Аллаха). Они заслуживали его более других и были достойны его. Аллах же знает о всякой вещи.
Ələddin Sultanov:
Kafirlər öz qəlblərinə təkəbbürü - cahiliyyə təkəbbürünü yerləşdirdikləri zaman Allah Peyğəmbərinə möminlərə mənəvi rahatlıq verdi onlara təqva kəlməsini (kəlmeyi-tövhidi) vacib etdi. Bu, ən çox onların haqqı idi onlar buna layiq idilər. Allah hər şeyi biləndir.
Kerbelayi Malik ağa:
Kafirlər təəssübü- cahiliyyə fanatizmini qəlblərinə yerləşdirincə, Allah da Rəsulunun möminlərin üzərinə səkinətini endirdi. Təqva kəlməsi onlara vacib oldu onların ona (təqva sahibi olmağa) ən çox haqqı vardır. Ona layiq oldular. Allah hər şeyi ən yaxşı biləndir.
Ələsgər Musayev:
Onda o kəslər ki, kafir idilər, qəlblərində onların cahiliyyat əsəri var idi, onu aşkar etdilər. Buna görə Allah Öz rəsuluna inananlara sakitlik nazil etdi. təqva kəlməsini onlar üçün onlardan uzaqlaşmayan etdi onların buna haqqı var idi onlar ona layiq idilər. Oldu Allah küllisi ilə şeyin Alim!
A.Mehdiyev və D.Cəfərli:
(Yada sal) o zaman(ı) ki, kafirlər öz qəlblərində cahiliyyət qəzəb təəssübü yerləşdirdilər (və Hüdeybiyyədə Peyğəmbərin onun səhabələrinin Məkkəyə daxil olmalarının qarşısının alınması müqaviləsini imzaladılar). Onda Allah Öz Peyğəmbərinə möminlərə xatircəmlik qəlb rahatlığı nazil etdi təqva (tovhid, səbat təslim) kəlməsini onlara qoşdu. onlar ona onun əhlinə daha layiq idilər. Allah həmişə hər şeyi biləndir.
Kövsər Tağıyev:
Xatırla ki, inkar edənlər öz qəlblərinə təəssübü, cahiliyyə təəssübünü yerləşdirmişdilər. Allah isə peyğəmbərinə iman edənlərə öz dərgahından hüzur aramlıq endirmiş onları təqva (Allaha qarşı gəlməkdən çəkinmə) sözünə bağlı etmişdi. Onların buna haqqı var idi buna layiq idilər. Allah hər şeyi haqqı ilə bilir.
M.Qənioğlu və T.Bilaloğlu:
Kafirlər öz ürəklərinə kin-küdurət, cahiliyyə təəssübü salan zaman Allah da Öz peyğəmbərinə möminlərə ürək rahatlığı endirdi "təqva" [Allahdan qorxmaq] sözünü onlar üçün vacib etdi. Onların buna daha çox haqları var idi onlar buna daha layiq idilər. Allah hər şeyi yaxşı bilir!
Sabirə Dünyamalıyeva:
Bir vaxt kafirlər [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edənlər], cahiliyyə qalığı qüruru nəsil təəssübünü öz ürəklərində alovlandırıb coşdurduqları zaman, dərhal Allah, Elçisinin möminlərin ürəyinə qəlbi təskin edən xatircəmlik sakitlik hissini/mənəvi gücü vermiş möminlərin "təqva/Allahın mühafizəsi altına daxil olməaq" vədinə sadiq qalmalarını təmin etmişdi. Onsuz da onlar buna layiq idilər buna haqları var idi. Allah, hər şeyi ən yaxşı biləndir.