Maidə Surəsi 26. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Allah) dedi: “Artıq ora (o müqəddəs yer) onlara qırx il müddətinə haram edildi. Onlar yer üzündə sərgərdan gəzəcəklər. Sən isə günahkar tayfa­ üçün heyfsilənmə”.
Bünyadov-Məmmədəliyev:
(Allah Musaya) buyurdu: “Artıq ora (müqəddəs torpaq) qırx il müddətinə onlara haram edildi. Onlar olduqları yerdə (Tih səhrasında) sərgərdan gəzib dolaşacaqlar. O günahkar (və azğın) camaatın halına acıma!”
Elmir Quliyev :
Он сказал: "Тогда она будет запретна для них в течение сорока лет. Они будут скитаться по земле. Не печалься же о нечестивых людях".
Ələddin Sultanov:
(Allah) buyurdu: “Elə isə ora qırx il onlara haram edilmişdir. (Bu müddət ərzində) onlar yer üzündə çaşqınlıq içində gəzib dolaşacaqlar. Ona görə günahkar qövm üçün kədərlənmə!”
Kerbelayi Malik ağa:
Allah buyurdu ki: ‘Artıq şübhəsiz ki, ora onlara qırx il haram qılınmışdır (qadağan edilmişdir). Onlar yer üzündə çaşbaş gəzib dolaşacaqlar. Sən artıq fasiq qövm üçün kədərlənmə!’
Ələsgər Musayev:
Dedi: «Həqiqətən, ora haramdır üzərində onların qırx il. Gəzərlər avara halda ərzdə təəssüflənmə üzərində fasiq qoumun!»
A.Mehdiyev və D.Cəfərli:
(Allah) dedi: «Bu torpaq (günahlarının cəzası olaraq) qırx il onlara haram oldu. (Bu müddət ərzində) onlar daim yer üzündə (Sina çölündə) sərgərdan qalacaqlar. Odur ki, bu itaətsiz dəstəyə görə qəmgin olma».
Kövsər Tağıyev:
Allah belə dedi: “O halda ora onlara qırx il haram edilmişdir. Bu müddət ərzində yer üzündə sərgərdan gəzib dolaşacaqlar. Artıq yoldan çıxan qövmə görə kədərlənmə”.
M.Qənioğlu və T.Bilaloğlu:
O, [Allah] dedi: "Artıq o yer onlar üçün qırx il qadağan olundu. Onlar yer üzündə didərgin dolaşacaqlar. Sən isə bu azğın camaata görə məyus olma!
Sabirə Dünyamalıyeva:
Allah dedi ki: "Pak torpaqlar artıq onlara qırx il haram edildi. Yer üzündə sərgərdan gəzəcəklər. Odur ki, sən, haqq yoldan çıxmış o camaat üçün qəm çəkmə!"