Əlixan Musayev:
(Allah) istədiyi kəsə hikmət bəxş edir. Kimə hikmət verilmişsə, ona çoxlu xeyir nəsib edilmişdir. Bunu isə ancaq düşüncəli insanlar anlayarlar.
Bünyadov-Məmmədəliyev:
Allah istədiyi şəxsə hikmət (elm, mərifət, müdriklik) bəxş edər. Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir (əbədi səadət) verilmişdir. Bunu ancaq ağıllı adamlar dərk edərlər!
Elmir Quliyev
:
Он дарует мудрость, кому пожелает, и тот, кому дарована мудрость, награжден великим благом. Однако поминают назидание только обладающие разумом.
Ələddin Sultanov:
Allah dilədiyi kimsəyə hikmət verər. Kimə hikmət verilmişsə, deməli, ona çoxlu xeyir verilmişdir. Ağıl sahiblərindən başqa heç kəs (bunu) dərk etməz. (Faydalı və dərin elmə hikmət deyilmişdir. Allahın hikmət verdiyi kimsələr, başda peyğəmbərlər olmaqla elmi ilə əməl edən alimlərdir.)
Kerbelayi Malik ağa:
Allah hikməti dilədiyinə verər. Kimə hikmət verilmişsə, beləcə ona çox xeyir verilmişdir. Üluləlbabdan başqası təzəkkür edə bilməz.
Ələsgər Musayev:
Əta edər hikmət kim istəsə. Kimə əta edibsə hikmət,
fəqət əta olunub ona çoxlu xeyir. Və yad edər ancaq ağıl
sahibləri!
A.Mehdiyev və D.Cəfərli:
Hikməti (şəriət hökmlərini və əqli və əməli maarifi) istədiyi (və vücudunda tələbat olan və haqqın hikməti ilə uyğun gələn) şəxsə verir. Kimə hikmət verilsə, (ona) doğrudan da çoxlu xeyir verilmişdir. Əsl ağıl sahiblərindən başqa heç kəs öyüd almaz.
Kövsər Tağıyev:
Allah hikməti istədiyinə verər. Kimə hikmət vermişsə, demək, ona çoxlu xeyir vermişdir. Bunu ancaq ağıl sahibləri dərk edər.
M.Qənioğlu və T.Bilaloğlu:
O, istədiyi kəsə hikmət bəxş edir. Kimə hikmət bəxş olunmuşsa, ona da bol xeyir-bərəkət verilmişdir. Bunu isə yalnız ağıl sahibləri anlayarlar.
Sabirə Dünyamalıyeva:
Allah, istədiyinə haqsızlığın, fitnə-fəsadın və qarışıqlığın qarşısını almaq üçün qoyulmuş qanun, prinsip və qaydalar verir. Və kimə haqsızlığın, fitnə-fəsadın və qarışıqlığın qarşısını almaq üçün qoyulmuş qanun, prinsip və qaydalar verilsə, həqiqətən ona çoxlu xeyir verilmişdir. Qavrama qabiliyyəti olanlardan qeyriləri yaxşıca düşünməz.