Əlixan Musayev:
Onların doğru yola gəlməsi sənə aid deyildir. Yalnız Allah istədiyi şəxsi doğru yola yönəldir. Xərclədiyiniz hər bir sədəqə özünüz üçündür. Siz onu ancaq Allahın Üzünü dilədiyinizə görə sərf edirsiniz. Malınızdan (Allah yolunda) nə xərcləsəniz, əvəzi sizə tam verilər və sizə zülm edilməz.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) İnsanları doğru yola yönəltmək sənin borcun deyildir. (Sənin vəzifən ancaq onları haqq yola dəvət etməkdir). Allah kimi istərsə, onu doğru yola yönəldər. Malınızdan sərf etdiyiniz hər hansı bir şeyin (mənfəəti) ancaq özünüz üçündür. Siz onu yalnız Allahın razılığını qazanmaq üçün verirsiniz. Malınızdan verdiyiniz hər hansı bir şeyin əvəzi tamamilə sizə ödəniləcəkdir. Sizə əsla zülm edilməz!
Elmir Quliyev
:
Вести их прямым путем — не твоя обязанность, ибо Аллах ведет прямым путем, кого пожелает. Все, что вы расходуете, идет на пользу вам самим. Вы расходуете это только из стремления к Лику Аллаха. Какое бы добро вы ни израсходовали, вам воздастся сполна, и с вами не поступят несправедливо.
Ələddin Sultanov:
Onları hidayətə çatdırmaq sənə aid deyil (Sənin vəzifən yalnız haqqı təbliğ etməkdir). Lakin Allah dilədiyi kimsəni hidayətə çatdırar. Malınızdan nə infaq etsəniz, özünüz üçündür. Siz yalnız Allahın rizasını qazanmaq üçün infaq edirsiniz. Malınızdan (Allah yolunda) nə infaq etsəniz, (əvəzi) sizə tam ödəniləcək və siz əsla haqsızlığa məruz qalmayacaqsınız.
Kerbelayi Malik ağa:
Onların hidayəti sənin üzərinə (vəzifə) deyil. Lakin Allah dilədiyi kimsəni hidayətə ərdirər. Xeyir olaraq nə infaq etsəniz, o sizin öz nəfsiniz üçündür. Siz (ey möminlər), yalnız Allahın Vəchini (Zatını) diləyərək infaq edərsiniz (verərsiniz). Xeyir olaraq nə infaq etsəniz, o sizə tamamilə ödənər və siz zülm edilməzsiniz (sizə haqsızlıq edilməz).
Ələsgər Musayev:
Sənin üzərində deyil onların
hidayəti. Lakin Allah kim istəsə hidayət edər. Nə infaq edəsiniz
xeyirdən, öz nəfsiniz üçündür. Infaq edirsiniz ancaq Allahın
vəchinə çalışaraq. Nə infaq edəsiniz xeyirdən, onun savabı sizə
yetişəcək və sizə zülm olunmayacaq.
A.Mehdiyev və D.Cəfərli:
Onların (batini) hidayətləri sənin öhdəndə deyildir (sənin vəzifən çatdırmaq, qorxutmaq, müjdə vermək və dəlil gətirməkdən ibarətdir). Lakin (Öz hikmət və rəhmətinə uyğun olaraq) istədiyini hidayət edən Allahdır. (Allah yolunda) nə mal xərcləyirsinizsə öz xeyrinizədir və Allahın razılığını qazanmaqdan başqa bir şey üçün xərcləmirsiniz. (Odur ki, malların ən yaxşısını xərcləyin və minnət də qoymayın). (Allah yolunda) xərclədiyiniz hər bir mal (onun mükafatı və ya onun eynilə özü axirətdə) kamil surətdə sizə veriləcək, sizə əsla zülm olunmayacaq, haqqınızdan kəsilməyəcəkdir.
Kövsər Tağıyev:
Onları hidayətə çatdırmaq sənin işin deyildir. Ancaq Allah istədiyini hidayətə çatdırar. Xeyir olaraq nə xərcləsəniz, bu, özünüz üçündür. Onsuz da siz ancaq Allahın razılığını qazanmaq üçün xərcləyirsiniz. Xeyir olaraq nə xərcləsəniz, heç bir haqsızlığa uğramadan əvəzi sizə tamamilə ödənər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onları düz yola yönəltmək sənin üzərinə düşmür. Ancaq Allah istədiyi kəsi düz yola yönəldir. Mal-dövlətdən nə sərf edirsinizsə, özünüz üçündür. Sərf etdikləriniz ancaq Allah rizası üçün olmalıdır. Xeyir olaraq sərf etdiyinizin əvəzi sizə tam ödəniləcək və siz incidilməyəcəksiniz.
Sabirə Dünyamalıyeva:
Onları doğru yola gətirmək sənin boynunda bir borc deyil, ancaq Allah dilədiyi kimsəni doğru yola gətirər. Və xeyirdən Allah yolunda xərclədiyiniz/başda yaxınlarınız olmaqla başqalarının ehtiyaclarını təmin etdiyiniz şeylər sırf özünüz üçündür. Və siz yalnız Allahın razılığını qazanmaqdan başqa bir şey üçün xərcləmirsiniz. Və xeyirdən nə xərcləsəniz, o, sizə tam olaraq veriləcək. Və siz, haqsızlığa məruz qalmayacaqsınız.