Əlixan Musayev:
Sən yanında olanlarla birlikdə gəmiyə mindiyin zaman de: “Bizi zalım adamlardan xilas edən Allaha həmd olsun!”
Bünyadov-Məmmədəliyev:
Sən yanında olanlarla birlikdə gəmiyə minən kimi: “Bizi zalım tayfanın əlindən qurtaran Allaha həmd olsun!” – de.
Elmir Quliyev
:
А когда ты и те, кто с тобой, подниметесь в ковчег, скажи: “Хвала Аллаху, Который спас нас от несправедливых людей!”
Ələddin Sultanov:
Sən yanındakılarla birlikdə gəmiyə mindiyin zaman: “Bizi zalım qövmdən xilas edən Allaha həmd olsun!” – de.
Kerbelayi Malik ağa:
Beləcə sən və səninlə birlikdə olan kimsələr gəmiyə mindiyiniz zaman: ‘Zalım qövmdən bizi qurtaran Allaha həmd olsun.’ de.
Ələsgər Musayev:
Onda ki, sən və səninlə olan inananlar gəmidə
möhkəmləndiniz, de: «Həmd Allah üçündür – Odur ki, bizə
zalim qoumdan nicat verdi!»
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə elə ki, sən və səninlə birlikdə olanlar gəmiyə yerləşdiniz, de: «Həmd və səna bizə zalım dəstədən nicat verən Allaha məxsusdur.»
Kövsər Tağıyev:
Sən və səninlə birlikdə olanlar gəmiyə mindiyiniz zaman: “Bizi zalım qövmün əlindən qurtaran Allaha həmd olsun”, – de.
M.Qənioğlu və T.Bilaloğlu:
Elə ki sən və səninlə olanlar gəmidə qərar tutdunuz, onda de: "Bizi haqsız adamlardan xilas etmiş Allaha həmd olsun!"
Sabirə Dünyamalıyeva:
Sonra sən və səninlə birgə olanlar gəmiyə mindikdə: 'Bütün təriflər, bizi şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyən tayfanın əlindən xilas edən Allaha məxsusdur; başqasını tərifləməyin'