Casiyə Surəsi 28. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sən (həmingün) bütün millətləri diz çökmüş görəcəksən. Hər millət öz əməl kitabına tərəf çağırılacaqdır. “Bu gün sizə etdiyiniz əməllərin əvəzi veriləcəkdir!
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər! O gün) hər ümməti diz çökmüş (yaxud bir yerə yığılmış) görəcəksən. Hər ümmət öz (əməl) dəftərinə tərəf çağırılacaqdır. (Onlara belə deyiləcəkdir: ) “Bu gün sizə (dünyada) etdiyiniz əməllərin əvəzi (mükafatı ya cəzası) veriləcəkdir!
Elmir Quliyev :
Ты увидишь все общины коленопреклоненными. Каждую общину призовут к ее Писанию (Книге деяний): "Сегодня вам воздастся за то, что вы совершали".
Ələddin Sultanov:
Hər ümməti diz çökmüş bir vəziyyətdə görərsən. Hər ümmət öz əməl dəftərinə tərəf çağırılar. (Onlara belə deyilər:) “Bu gün sizə etdiyiniz əməllərin əvəzi veriləcəkdir!
Kerbelayi Malik ağa:
Bütün ümmətləri diz çökmüş olaraq görərsən. Bütün ümmətlər öz kitablarına dəvət edilərlər. O gün əməllərinizin qarşılığı (cəza mükafat) verilər.
Ələsgər Musayev:
Görəcəksən külli ümməti diz çökmüş. Külli ümməti çağıracaqlar öz kitabına tərəf. O gün cəzalanacaqsınız ki, oldunuz əməllilər.
A.Mehdiyev və D.Cəfərli:
(Həmin gün) bütün ümmətləri (qorxunun şiddətindən) bir yerə toplaşmış diz çökmüş görərsən. Hər bir ümmət öz kitabına (hər bir şəxs öz əməl dəftərinə ya hər bir ümmət öz dini kitabına) tərəf çağırılacaq (və belə xitab olunacaq ki:) «etdiklərinizin müqabilində bu gün cəzalandırılacaqsınız (və ya sizin axirət cəzanız dünyadakı əməllərinizin gerçək təzahürüdür).»
Kövsər Tağıyev:
O gün hər ümməti diz çokmüş görərsən. Hər ümmət öz kitabına çağırılar. (Onlara belə deyilər:) “Bu gün (sadəcə) etdiklərinizin qarşılığı veriləcək”.
M.Qənioğlu və T.Bilaloğlu:
Sən hər bir ümməti diz çökmüş görəcəksən. Hər ümmət öz əməl dəftərinə tərəf çağınlacaqdır. (Onlara deyiləcəkdir): "Bu gün sizə tutmuş olduğunuz əməllərin əvəzi veriləcəkdir.
Sabirə Dünyamalıyeva:
başçısı olan hər qövmü, diz çökmüş halda görəcəksən. Başçısı olan hər qövm, öz kitabına dəvət ediləcək: "Bu gün, işlədiyiniz əməllərin əvəzi sizə veriləcək.