Bəqərə Surəsi 281. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allahın dərgahına qaytarılacağınız gündən qorxun! Sonra hər kəsə qazandığının əvəzi büsbütün veriləcək onlara zülm olunmayacaqdır.
Bünyadov-Məmmədəliyev:
Allaha tərəf qaytarılacağınız gündən qorxun! (O gün) hər kəsə gördüyü əməlin əvəzi veriləcək (haqsız yerə) zülm olunmayacaqdır!
Elmir Quliyev :
Бойтесь того дня, когда вы будете возвращены к Аллаху. Тогда каждый человек сполна получит то, что приобрел, и с ними не поступят несправедливо.
Ələddin Sultanov:
Allaha qaytarılacağınız o gündən çəkinin! Sonra hər kəsə, qazandığının əvəzi tam olaraq veriləcək onlara heç bir haqsızlıq edilməyəcəkdir.
Kerbelayi Malik ağa:
Allaha qaytarılacağınız sonra hər kəsə qazandığının (qazandığı dərəcələrin qarşılığının) tam olaraq ödənəcəyi gündən çəkinin. Onlar zülm edilməzlər (haqsızlığa uğramazlar).
Ələsgər Musayev:
Qorxun o gündən ki, müraciət edəcəksiniz tərəfinə Allahın. Sonra vəfa olunar külli nəfsə ki, kəsb edibdir onlara zülm olunmayacaq!
A.Mehdiyev və D.Cəfərli:
Allaha tərəf qaytarılacağınız, sonra hər bir şəxsə qazandığının əvəzinin (və ya etdiyi əməllərin eynilə təzahürünün) kamil surətdə veriləcəyi onlara zülm olunmayacağı (və mükafatlarının azaldılmayacağı) gündən qorxun!
Kövsər Tağıyev:
Özünüzü elə bir gündən qoruyun ki, o gün hamınız Allaha qaytarılacaqsınız. Sonra hər kəsə qazandığının əvəzi veriləcək onlara əsla haqsızlıq edilməyəcəkdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Allaha qaytarılacağınız gündən qorxun ! Sonra hər kəsə qazandıqlarının (əvəzi) tam ödəniləcək onlar incidilməyəcəklər.
Sabirə Dünyamalıyeva:
Allaha tərəf qaytarılacağınız günə qarşı Allahın mühafizəsi altına daxil olun. Sonra da hər kəs qazancını kamil surətdə alacaq. onlar haqsızlığa məruz qoyulmaz.