Əlixan Musayev:
Ey qövmüm! Mən bunun əvəzinə sizdən var-dövlət istəmirəm. Mənim mükafatım ancaq Allaha aiddir. Mən iman gətirənləri qovan deyiləm. Çünki onlar öz Rəbbi ilə qarşılaşacaqlar. Mən sizi cahil adamlar görürəm.
Bünyadov-Məmmədəliyev:
Ey camaatım! Mən peyğəmbərliyi təbliğ etməyə görə sizdən bir mal, mükafat istəmirəm. Mənim mükafatım ancaq Allaha aiddir. Mən iman gətirənləri qovan deyiləm. Onlar (qiyamət günü) öz Rəbbi ilə qarşılaşacaqlar. Lakin mən sizi cahil bir tayfa görürəm!
Elmir Quliyev
:
О мой народ! Я не прошу у вас за это богатства, ибо вознаградит меня один лишь Аллах. Я не стану прогонять тех, которые уверовали, ибо они собираются встретиться со своим Господом. А вас я считаю людьми невежественными.
Ələddin Sultanov:
Ey qövmüm! Mən buna görə sizdən mal-mülk istəmirəm. Mənim mükafatım yalnız Allaha aiddir. İman gətirənləri də qovan deyiləm. Onlar Rəbbinə qovuşacaqlar. Lakin mən sizin cahil bir tayfa olduğunuzu görürəm. (Həzrət Nuhun qövmünün başçıları xalqın kasıb təbəqəsindən olan möminlərlə birlikdə olmağı özlərinə sığışdırmırdılar. Ona görə də Həzrət Nuhdan bu insanları yanından uzaqlaşdırmasını tələb etmişdilər. Ancaq Nuh peyğəmbər onların bu təklifini qəbul etməmişdi.)
Kerbelayi Malik ağa:
Ey qövmüm! Buna (təbliğ etdiyim şeylərə) qarşılıq sizdən heç bir mal istəmirəm. Əgər ücrətim (mükafatım) varsa, ancaq Allaha aiddir. Mən amənu olanları qovan deyiləm. Şübhəsiz ki, onlar Rəblərinə mülaki olacaqlar. Lakin, mən sizi cahillik edən bir qövm olaraq görürəm.
Ələsgər Musayev:
Ay qoumum! Mən sizdən ona görə mal istəmirəm, əgər
əcrim ancaq üzərinədir Allahın. Mən öz yanımdan qovmaram
o kəsləri ki, inanırlar. Həqiqətən, onlar Rəbləri ilə görüşəcəklər.
Lakin mən sizi cahil bir qoum görürəm!
A.Mehdiyev və D.Cəfərli:
«Və ey mənim qövmüm, mən bunun (risalətin) çatdırılması üçün sizdən bir mal istəmirəm, mənim muzdum yalnız Allahın öhdəsinədir. Və mən iman gətirənləri qovan deyiləm, çünki onlar (sabah) öz Rəbbləri ilə görüşəcəklər (və orada mənimlə düşmənçilik edərlər) və lakin sizi nadanlıq edən bir qövm görürəm.»
Kövsər Tağıyev:
“Ey qövmüm! Bunun əvəzində sizdən bir mal da istəmirəm. Mənim mükafatım ancaq Allaha aiddir. Mən o iman edənləri (sizə uyaraq yanımdan) qovmaram. Çünki onlar Rəblərinə qovuşacaqlar. Lakin mən sizin cahil bir toplum olduğunuzu görürəm”.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey camaatım! Mən bunun üçün sizdən mal-dövlət istəmirəm, belə ki, mənim mükafatım yalnız Allahdadır. Mən iman gətirənləri də qovan deyiləm, axı onlar öz Rəbbi ilə qarşılaşacaqlar. Lakin mən görürəm ki, siz cahil adamlarsınız.
Sabirə Dünyamalıyeva:
Və: "Ey qövmüm! Mən sizdən hər hansı bir mal istəmirəm. Mənim muzdum ancaq Allah yanındadır. Və mən iman gətirənləri qovan deyiləm. Onlar əlbəttə Rəbblərinə qovuşacaqlar. Lakin mən sizi cahil bir toplum olaraq görürəm."