Zümər Surəsi 29. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allah bir-biri ilə çəkişən bir neçə şərikli ağası olan kişi ilə tək bir ağası olan kişini məsəl çəkir. Onlar məsəlcə eyni ola bilərmi? Həmd Allaha məxsusdur, lakin onların əksəriyyəti (bunu) bilmir.
Bünyadov-Məmmədəliyev:
Allah (müşriklərlə müvəhhid möminlər barəsində) bir məsəl çəkir: “Bir adamın (kölənin) bir-biri ilə çəkişən (pis xasiyyətli) bir neçə şərikli ağası var (hərəsi onu haqqı çatan qədər işlədir). Başqa bir adamın da yalnız bir ağası var (təkcə ona xidmət edir). Onların hər ikisi vəziyyətcə eyni ola bilərmi?! Həmd (şükür tərif) ancaq Allaha məxsusdur, lakin onların (müşriklərin) əksəriyyəti (bu həqiqəti) bilməz!
Elmir Quliyev :
Аллах приводит в качестве притчи мужа, принадлежащего нескольким несговорчивым партнерам, и мужа, принадлежащего только одному человеку. Равны ли они в притче? Хвала надлежит Аллаху, но большинство их не знает этого.
Ələddin Sultanov:
Allah bir-biri ilə çəkişən bir neçə şəriyin sahib olduğu bir kişi (kölə) ilə bir tək sahibi olan kişini (köləni) misal çəkir. Onlar eyni vəziyyətdə ola bilərlərmi?! Həmd Allaha məxsusdur. Ancaq onların çoxu bunu bilməz. (Bu ayədə tövhid əqidəsinin tutarlılığı quldarlıq quruluşuna dair bir misalla izah edilmişdir. Belə ki, bir kölə ona əmrlər verən bir neçə ağasının olmasını, yoxsa yalnız bir ağasının olmasını istəyər? Əlbəttə, yalnız bir ağasının olmasını istəyər. Allaha şərik qoşmağı rədd edib tövhid əqidəsini qəbul etmək belədir.)
Kerbelayi Malik ağa:
Allah bu məsəli örnək verdi. Bir-biriylə çəkişən bir neçə şərikə təslim olmuş kimsə ilə tək bir adama təslim olan kimsənin vəziyyəti bir olarmı? Həmd Allaha məxsusdur. Amma onların çoxu bilməzlər.
Ələsgər Musayev:
Allah bir kişini məsəl vurur, hansı ki, bir-biri ilə mübahisə edən şərikləri var bir kişi ki, yalnız bir kişiyə təslim olub. Onlar məsəldə bərabərdirlərmi? Həmd Allah üçündür! Bəli, əksəriyyəti onların bilmirlər!
A.Mehdiyev və D.Cəfərli:
Allah (müşrik təkallahlı şəxs barəsində) məsəl çəkmişdir: Bir neçə pis xasiyyətli müxtəlif istəkli ağanın şərik olduğu (və hər birinin onu öz göstərişinə tərəf çəkdiyi) bir qul kişi (verdiyi əmrlərdə mane şəriki olmayan) bir nəfərin qulu olan bir kişi. Heç bu ikisi (sifətləri halları baxımından) bərabərdir? Şükr tərif Allaha məxsusdur (və bu məsələnin həqiqət olması gizli deyil), lakin onların çoxu bilmirlər.
Kövsər Tağıyev:
Allah bir-biri ilə çəkişən müştərək sahibləri olan bir (kölə) adam ilə sadəcə bir nəfərə aid olan bir (kölə) adamı misal çəkdi. Bu iki adamın halı heç eyni olarmı? Həmd Allaha məxsusdur. Xeyr, onların çoxu bilmirlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah bir-biri ilə çəkişən ağalan olan adamla tək bir ağası olan adamı misal çəkir. Məgər onlar vəziyyətcə eynidirlər? Allaha həmd olsun! Bəli, insanların çoxu (bunu) bilmir.
Sabirə Dünyamalıyeva:
Allah, hər zaman mübahisə edən şərikləri olan bir adam ilə yalnız bir şəxsə bağlı [və] amanlıqda olan bir adamı misal çəkdi. Bu ikisinin halı eyni ola bilərmi? -Bütün təriflər Allaha məxsusdur; başqasını tərifləmək olmaz.- Əksinə, onların çoxu bilməz.