Həcc Surəsi 3. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
İnsanlardan eləsi var ki, heç bilmədiyi halda Allah haqqında mübahisə edir hər bir inkarçı şeytana itaət edir.
Bünyadov-Məmmədəliyev:
Allah haqqında heç bir şey bilmədən (elmsiz-dəlilsiz “Rəbbimiz mələklərdən Özünə övlad götürmüşdür” - deyə) mübahisə edən Allaha asi olmuş hər bir şeytana uyan insanlar da vardır.
Elmir Quliyev :
Среди людей есть такие, которые спорят об Аллахе, не имея знаний, и следуют за всяким мятежным дьяволом.
Ələddin Sultanov:
İnsanlardan eləsi var ki, heç bir şey bilmədiyi halda Allah barəsində mübahisə edir hər bir üsyankar şeytana tabe olur.
Kerbelayi Malik ağa:
İnsanlardan elə kəslər vardır ki, elmi olmadan Allah haqqında mübahisə edər bütün azğın şeytanlara tabe olarlar.
Ələsgər Musayev:
İnsanlardan var ki, mücadilə edir Allah barəsində elmsiz külli azğın şeytana tabe olur.
A.Mehdiyev və D.Cəfərli:
İnsanlardan eləsi var ki, həmişə, heç bir biliyi olmadan Allah barəsində (mələklər Onun qızlarıdır, Qur’an keçmişlərin əfsanələridir, axirət yalan şeydir deyə) mübahisə edir hər bir murdar itaətsiz şeytana tabe olur.
Kövsər Tağıyev:
İnsanlardan eləsi var ki, heç bir biliyi olmadığı halda Allah haqqında mubahisə edər hər azğın şeytanın ardınca düşər.
M.Qənioğlu və T.Bilaloğlu:
insanlardan eləsi var ki, heç bilmədiyi halda Allah barəsində mübahisə edir hər bir asi şeytanın ardınca gedir.
Sabirə Dünyamalıyeva:
İnsanlardan bəziləri Allah haqqında heç bir şey bilmədiyi halda mübahisə edir hər bir azğın şeytana uyur.