Fatir Surəsi 3. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ey insanlar! Allahın sizə verdiyi lütfünü bir xatırlayın. Allahdan başqa sizə göylərdən yerdən ruzi verən bir xaliq varmı? Ondan başqa heç bir məbud yoxdur. Necə (haqdan) döndərilirsiniz!
Bünyadov-Məmmədəliyev:
Ey insanlar! Allahın sizə olan nemətini yada salın. Allahdan başqa sizə göylərdən yerdən ruzi verən bir xaliq varmı?! Ondan başqa heç bir tanrı yoxdur. Elə isə necə (aldanıb haqdan) döndərilirsiniz?
Elmir Quliyev :
О люди! Помните о милости Аллаха по отношению к вам. Есть ли наряду с Аллахом другой творец, который давал бы вам пропитание с неба и земли? Нет божества, кроме Него! До чего же вы отвращены от истины!
Ələddin Sultanov:
Ey insanlar, Allahın sizə verdiyi neməti xatırlayın! Allahdan başqa sizə göydən yerdən ruzi verən bir yaradan varmı? Ondan başqa heç bir ilah yoxdur. Bəs necə olur ki, siz (haqq yoldan) döndərilirsiniz?
Kerbelayi Malik ağa:
Ey insanlar! Allahın üzərinizdəki nemətini zikr edin. Sizə göylərdən yerdən ruzi verən Allahdan başqa bir Xaliq varmı? Ondan başqa İlah yoxdur. Elə isə necə (imandan) döndərilirsiniz?
Ələsgər Musayev:
Ay insanlar! Yad edin sizin üzərinizə olan Allahın nemətini. Varmı Allahdan qeyri xaliqlərdən sizə ruzi verən səmadan ərzdən? Yoxdur ilahi, ancaq Odur. Bəs necə döndərilirsiniz?
A.Mehdiyev və D.Cəfərli:
Ey insanlar, Allahın sizə olan nemətlərini yada salın, məgər yeganə olan Allahdan başqa elə bir yaradan varmı ki, sizə göydən yerdən ruzi versin? Ondan başqa bir tanrı yoxdur, elə isə (haqdan) necə haraya döndərilirsiniz?!
Kövsər Tağıyev:
Ey insanlar! Allahın sizə olan nemətini xatırlayın. Allahdan başqa sizə göylərdən yerdən ruzi verən bir yaradıcı varmı? Ondan başqa heç bir ilah yoxdur. O halda necə olur ki, haqdan döndərilirsiniz?
M.Qənioğlu və T.Bilaloğlu:
Ey insanlar, Allahın sizə etdiyi yaxşılıqları yada salın! Allahdan başqa sizə göydən yerdən ruzi verən bir xaliq varmı? Ondan başqa tanrı yoxdur. Siz necə olur ki, döndərilirsiniz?
Sabirə Dünyamalıyeva:
Ey insanlar! Sizə göydən yerdən ruzi verən Allahın sizin üstünüzdəki nemətini xatırlayın. Allahdan başqa bir yaradıcımı var? Ondan başqa məbud deyə bir şey yoxdur. Belə olduğu halda, necə döndərilirsiniz?!