Əlixan Musayev:
Doğrusu, əsl din ancaq Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: “Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik”– (deyirlər.) Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər barəsində onların arasında Öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz.
Bünyadov-Məmmədəliyev:
Bil ki, xalis din (sırf ibadət, təmiz itaət) ancaq Allaha məxsusdur. Allahı qoyub (bütləri) özlərinə dost tutanlar: “Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!” (deyirlər). Şübhəsiz ki, Allah ixtilafda olduqları məsələlər barəsində (qiyamət günü) onların arasında hökm edəcəkdir. Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz!
Elmir Quliyev
:
Воистину, чистая вера может быть посвящена одному Аллаху. А те, которые взяли себе вместо Него других покровителей и помощников, говорят: "Мы поклоняемся им только для того, чтобы они приблизили нас к Аллаху как можно ближе". Аллах рассудит их в том, в чем они расходились во мнениях. Воистину, Аллах не ведет прямым путем тех, кто лжет и не верует.
Ələddin Sultanov:
Bilin ki, xalis din Allahındır. Ondan başqasını özlərinə dost tutanlar: “Biz onlara yalnız bizi Allaha yaxınlaşdırsınlar deyə ibadət edirik”, - deyirlər. Əlbəttə, Allah onların ixtilafda olduqları məsələlər barəsində aralarında hökm verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və inkarçı kimsəni doğru yola yönəltməz.
Kerbelayi Malik ağa:
Xalis din Allah üçündür, elə deyilmi? Ondan (Allahdan) başqa özlərinə dost tutanlar: ‘Biz onlara (bütlərə) yalnız bizi Allaha yaxın bir məqama yaxınlaşdırmaları üçün tapınırıq.’ (dedilər). Şübhəsiz ki, Allah haqqında ixtilaf etdikləri şey barəsində onların aralarında hökm verər. Şübhəsiz ki, Allah yalanlayan və inkar edənləri hidayətə ərdirməz.
Ələsgər Musayev:
Ə, məgər yoxmu? Xalis din Allah üçündür. Və o kəslər ki,
Ondan başqasını dost götürürlər: «Biz ibadət edirik onlara
ancaq ondan ötrü ki, onlar yaxınlaşdırsınlar bizi Allahın
tərəfinə yaxınlıqla». Həqiqətən, Allah hökm edəcək onların
arasında, nədə ki, ixtilaf etdilər! Həqiqətən, Allah hidayət
etməz kim ki, yalançı və kafirdir.
A.Mehdiyev və D.Cəfərli:
Bilin ki, xalis din, etiqad və itaət Allaha məxsusdur. Allahın yerinə (mələk, cin və müqəddəs insanlardan) başçı və rəbb götürənlər «biz onlara yalnız bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik» (deyirlər). Həqiqətən Allah onların (və möminlərin) arasında, haqqında ixtilafda olduqları şey barəsində (qiyamət günü) hökm çıxaracaqdır. Əlbəttə, Allah yalançı, kafir və nankor kəsləri hidayət etməz.
Kövsər Tağıyev:
Yaxşı bilin ki, xalis din sadəcə Allahındır. Onu buraxıb başqa dostlar tutanlar: “Biz onlara sadəcə bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik”, – deyirlər. Şübhəsiz, Allah ixtilafa düşdükləri şeylər barəsində aralarında hökm verəcək. Şübhəsiz, Allah yalançı və nankor olanları doğru yola yönəltməz.
M.Qənioğlu və T.Bilaloğlu:
Saf din Allaha məxsus deyil, bəs nədir? Onu qoyub başqalarını özlərinə dost tutanlar “Biz onlara yalnız ona görə ibadət edirik ki, onlar bizi Allaha yaxınlaşdırsınlar”. - (deyərlər). Allah onların ixtilafda olduqları məsələlər barəsində onların arasında hökm verəcəkdir. Həqiqətən, Allah yalançı və kafiri düz yolla aparmaz!
Sabirə Dünyamalıyeva:
Diqqətli olun, xalis din yalnız Allaha aiddir. Onun altındakılardan bəzi köməkçi, yol göstərici, himayəçi yaxınlar qəbul edənlər: "Allahın altındakılardan qəbul etdiyimiz köməkçi, yol göstərici, himayəçi yaxınlar, bizi Allaha daha çox yaxınlaşdırsın deyə biz onlara ibadət edirik." [deyirlər]. Şübhəsiz ki, onların ixtilafa/anlaşılmazlığa düşdükləri şeylər barədə onların arasında Allah hökm verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və çox nankor olan şəxsləri doğru yola yönəltməz.