Əlixan Musayev:
Leş, qan, donuz əti, Allah-dan başqasının adı ilə kəsilmiş, boğulmuş, döyülüb öldürülmüş, (hündürbiryerdən) yıxılıb gəbər-miş, buynuzlanıb öldürülmüş, yırtıcı heyvan tərəfindən parçalanıb yeyilmiş, – ölməmiş kəsdikləriniz istisnadır, – dik qoyulmuş daşlar (bütlər və s.) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə qismət axtarmanız sizə haram edildi. Bunlar günahdır. Bu gün kafirlər (sizi) di-ninizdən (döndərməkdən) əllərini üzdülər. Onlardan qorxmayın, Məndən qorxun. Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim. Hər kəs günaha meyl etməyərək aclıq üzündən (haram olanlardan istifadə etməyə) məcbur olarsa, (bilsin ki,) Allah Bağışlayandır, Rəhmlidir.
Bünyadov-Məmmədəliyev:
Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə (bismillah deyilmədən) kəsilmiş, boğulmuş, (küt alət və ya silahla) vurulmuş, (bir yerdən) yıxılaraq ölmüş, (başqa bir heyvanın buynuzu ilə) vurulub gəbərmiş, vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş - canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır - dikinə qoyulmuş daşlar (bütlər və ya Kəbənin ətrafındakı bütpərəst qurbangahlar) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edildi. Bunlar günahdır. Bu gün kafirlər dininizdən (onu məhv edə bilmədikləri üçün) əllərini üzdülər. Onlardan qorxmayın, Məndən qorxun! Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi (Məkkənin fəthi, islamın mövqeyinin möhkəmlənməsi, Cahiliyyət dövrünün bir sıra zərərli adətlərinin aradan qaldırılması və i. a.) tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim. Kim aclıq üzündən naçar qalarsa (çətinliyə düşərsə), günaha meyl etmək niyyətində olmayaraq (zəruri ehtiyacını ödəyəcək qədər bu haram ətlərdən yeyə bilər). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!
Elmir Quliyev
:
Вам запрещены мертвечина, кровь, мясо свиньи и то, над чем не было произнесено имя Аллаха (или что было зарезано не ради Аллаха), или было задушено, или забито до смерти, или подохло при падении, или заколото рогами или задрано хищником, если только вы не успеете зарезать его, и то, что зарезано на каменных жертвенниках (или для идолов), а также гадание по стрелам. Все это есть нечестие. Сегодня неверующие отчаялись в вашей религии. Не бойтесь же их, а бойтесь Меня. Сегодня Я для вас довел до совершенства вашу религию , довел до конца Мою милость к вам и одобрил для вас в качестве религии ислам. Если же кто-либо будет вынужден пойти на это (на употребление запрещенных продуктов) от голода, а не из склонности к греху, то ведь Аллах — Прощающий, Милосердный.
Ələddin Sultanov:
Leş, qan, donuz əti, Allahdan başqasının adı ilə kəsilmiş, boğulmuş, (daş, ağac və s. ilə) vurulmuş, (yuxarıdan yuvarlanaraq) yıxılıb ölmüş, buynuzlanıb ölmüş və vəhşi heyvanların parçalayıb yediyi heyvanlar sizə haram edildi. Canı çıxmadan kəsdikləriniz isə istisnadır. Dikinə qoyulmuş daşların (bütlərin) qarşısında kəsilmiş heyvanlar və fal oxları ilə qismətinizi axtarmağınız da (haram edilmişdir). Bunlar günah işlərdir. Bu gün kafirlər sizin dininizdən (dininizi yıxmaqdan) ümidlərini kəsdilər. Artıq onlardan qorxmayın, Məndən qorxun! Bu gün dininizi sizin üçün kamil etdim. Sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyəndim. Kim aclıq səbəbilə çətinliyə düşərsə, günaha meyil etmədən (haram ətdən, ölməyəcək qədər yeyə bilər). Şübhəsiz ki, Allah bağışlayandır, mərhəmətlidir.
Kerbelayi Malik ağa:
Ölmüş heyvan, qan, donuz əti və Allahdan başqasının adına kəsilən, boğularaq, vurularaq, yüksək bir yerdən yuvarlanaraq və ya buynuzlanaraq ölən və yırtıcı heyvan tərəfindən parçalanıb yeyilən heyvan (ölmədən kəsilməsi istisna olmaqla) və bütlər adına kəsilən heyvanlar və fal oxları ilə qismət axtarmağınız sizə haram qılındı. Bunlar fisqdir. Bu gün kafirlər sizi dininizdən döndərə bilmədikləri üçün ümidsizliyə qapıldılar. Artıq onlardan qorxmayın, Məndən qorxun. Bu gün sizin dininizi kamala çatdırdım. Üzərinizdəki nemətimi tamamladım. Sizin üçün din olaraq İslamdan razı oldum. Artıq kim aclıq üzündən günaha meyl etmədən zərurətdə (yemək məcburiyyətində) qalsa, şübhəsiz ki, Allah Ğafurdur, Rəhimdir.
Ələsgər Musayev:
Sizin üçün haramdır meyyit və qan və donuz əti və
Allahdan başqası üçün kəsilənlər və boğulmuş olanlar və
zərbə ilə öldürülənlər və yıxılaraq ölənlər və başqa heyvanın
buynuzu ilə ölənlər və vəhşi heyvanların etdiyi şikarın artıq
qalan əti – onlardan başqa ki, şəriət qanunu ilə öldürəsiniz –
o heyvanlar ki,bütlərin bərabərində kəsilərlər və o heyvanların
əti ki, şansı sınamaq və qumar üçün onu şikar edələr və ətini
bölüşdürələr. Bu işlər sizin üçün fisq və günahdır. Bu gün
kafirlər sizin dininizdən məyus oldular. Onlardan şəkinməyin,
Məndən çəkinin! Bu gün sizin üçün dininizi kamala yetirib və
nemətimi sizin üzərinizdə tamam etdim və razı oldum sizin
üçün din olaraq təslim olmaya. Kim aclıq zamanında məcbur
ola və günaha meyilli olmaya - həqiqətən, Allah Ğəfurdur,
Rəhimdir!
A.Mehdiyev və D.Cəfərli:
Ölü (kəsilmədən murdar olmuş) heyvan, qan, donuz əti, (kəsilən zaman başı üzərində) Allahdan qeyrisinin adı çəkilmiş, boğulmuş, vurmaqla öldürülmüş, hündürlükdən yıxılaraq ölmüş, başqa bir heyvanın buynuzu vasitəsilə ölmüş və yırtıcı heyvanın öldürərək yediyi heyvan – (yuxarıda qeyd edilən heyvanların əti halal olanlarından canı çıxmamış) şəriət qanunu ilə kəsə bildikləriniz istisna olmaqla – (bunları yemək,) həmçinin, müqəddəs daşın üzərində (ya bütlər üçün) kəsilmiş heyvan(ın ətini yemək) və eləcə də (heyvanın ətini) qumar oxları ilə bölmək sizə haram oldu. Bu əməllərin hamısı Allaha qarşı itaətsizlikdir. Bu gün kafirlər sizin dininiz(i məhv edib aradan apara biləcəklərin)dən ümidlərini kəsiblər. Odur ki, onlardan qorxmayın, Məndən qorxun. Bu gün dininizi sizin üçün kamilləşdirdim, sizə Öz nemətimi tamamladım və (möhkəm və sabit) bir din kimi sizin üçün İslamı qəbul etdim. Beləliklə əgər kimsə qəhətlik və şiddətli aclıq halında günaha meyli olmadan (həmin haram şeylərin bəzilərindən yeməyə) məcbur olsa, Allah çox bağışlayan və mehribandır.
Kövsər Tağıyev:
Ölmüş heyvan, qan, donuz əti, Allahdan başqasının adına kəsilən, (hələ canı çıxmamışkən) kəsdikləriniz xaric; boğularaq, zərbə alaraq, yüksək yerdən düşərək, buynuzlanaraq ölmüş və yırtıcı heyvan tərəfindən parçalanmış heyvanlar ilə dik daşlar üzərində kəsilən heyvanlar, bir də fal oxları ilə qismət axtarmağınız7 sizə haram buyuruldu. Bütün bunlar günahdır. (Allaha itaətdən uzaqlaşmaqdır). Bu gün kafirlər dininizdən (onu yox etməkdən) ümidlərini kəsdilər. Artıq onlardan qorxmayın, məndən qorxun. Bu gün dininizi sizin üçün kamala çatdırdım. Sizə nemətimi tamamladım və sizin üçün din olaraq İslamı seçdim. Kim şiddətli aclıq səbəbi ilə çətin vəziyyətdə qalar, günaha meyl etmədən (haram ətlərdən) yeyərsə, şübhəsiz ki, Allah çox bağışlayandır, çox mərhəmət edəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Ölü heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə kəsilmiş, boğulmuş, zərbə ilə öldürülmüş, yıxılıb ölmüş, başqa heyvan tərəfindən öldürülmüş, vəhşi heyvan tərəfindən dağıdılmış, - (murdar olmazdan əvvəl) kəsdiyiniz istisna olmaqla, - və bütlər üçün kəsilmiş (heyvanlar) və fal oxları ilə qismət axtarmanız sizə haram edildi. Bunlara (əməl etməmək) yoldan azmaq deməkdir. Kafirlər bu gün dininizdən ümidlərini kəsmişlər. Artıq siz onlardan qorxmayın, Məndən qorxun! Mən bu gün sizin üçün dininizi kamilləşdirdim, sizə nemətimi tamamladım və islamı olaraq bəyəndim. Kim çox acmış halda günaha meyl qəsdi olmadan (onlardan yeməyə) məcbur olarsa (bilsin ki,) Allah, həqiqətən, bağışlayandır, rəhmlidir.
Sabirə Dünyamalıyeva:
Sizə leş, qan, donuzun əti, Allahdan başqasının adı ilə kəsilən, boğulmuş, vurulmuş, hündür yerdən düşmüş, buynuzla vurulmuş, yırtıcı heyvanların yedikləri (bunlardan (donuzun əti də daxil) temizleyebildikleriniz, zərərini önleyebildikleriniz xaric), dikinə qoyulmuş daşların üstündə kəsilənlər və fal oxları ilə qismət axtarmaq haram edildi. Bunların hamısı doğru yoldan çıxmaqdır. Bu gün kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlər], sizin dininizdən ümidlərini kəsdilər. Elə isə onların qarşısında hörmətlə, məhəbbətlə, elmlə ürpərməyin. Mənim qarşımda hörmətlə, məhəbbətlə, elmlə ürpərin. Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım. Sizə din olaraq da İslama razı oldum. Kim son dərəcə aclıq üzündən, günaha öz istəyi ilə meyl etməyərək, çətin vəziyyətdə qalsa, bilsin ki, həqiqətən Allah, qullarının günahlarını çox örtən, onları cəzalandırmayan və çox bağışlayandır, dərin mərhəmət sahibidir.