Əlixan Musayev:
Bu belədir. Çünki Allah Haqdır. (Kafirlərin) Ondan başqa ibadət etdikləri isə batil (bütlərdir). Həqiqətən, Allah Ən Ucadır, Ən Böyükdür.
Bünyadov-Məmmədəliyev:
Bu (deyilənlər) ona görədir ki, Allah haqq, (müşriklərin) Ondan qeyri ibadət etdikləri isə batildir. Həqiqətən, Allah (hər şeydən) ucadır, (hər şeydən) böyükdür!
Elmir Quliyev
:
Это потому, что Аллах является Истиной, а все, к чему взывают помимо Него, является ложью, а также потому, что Аллах — Возвышенный, Большой.
Ələddin Sultanov:
Bu ona görədir ki, Allah haqq, Ondan başqa ibadət etdikləri isə batildir. Şübhəsiz, Allah ucadır, böyükdür.
Kerbelayi Malik ağa:
Bu, Allahın haqq olması səbəbiylədir. Ondan başqa tapındıqları şeylər mütləq batildir. Şübhəsiz ki, Allah Alidir, Kəbirdir.
Ələsgər Musayev:
Bu ona görədir ki, Allah
– O haqdır və həqiqətən, nə ki, Onun əvəzinə çağırırlar–
batildir. Həqiqətən, Allah Alidir, Kəbirdir!
A.Mehdiyev və D.Cəfərli:
Bu (nəhayətsiz malikiyyət, elm və qüdrət) ona görədir ki, Allah (mütləq və sabit olan bir) haqdır (vücudu vacib olandır) və Ondan başqa bütün çağrılanlar isə (ilahilik və tanrılıq baxımından mütləq surətdə) batildir. Allah (hər şeydən) uca və böyükdür.
Kövsər Tağıyev:
Bu belədir. Çünki Allah haqdır, Onu buraxıb tapındıqları isə batildir. Həqiqətən, Allah ucadır, böyükdür.
M.Qənioğlu və T.Bilaloğlu:
Bu, belədir, çünki Allah haqdır. Ondan başqa onların (köməyə) çağırdıqları isə batildir. Allah uludur, böyükdür.
Sabirə Dünyamalıyeva:
Bu da o səbəblədir ki, şübhəsiz, Allah haqqın elə özüdür. Və onların, Allahın altındakılardan yalvardıqları şeylər həqiqətən qeyb olub getmişdir. Və şübhəsiz ki, Allah, ən uca, ən böyükdür.